Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • İki İran diplomatı ABŞ-dan qovuldu Siyasət
  • Naxçıvanda avtomobil su kanalına aşıb – xəsarət alanlar var Hadisə
  • Məşhur cütlük bu gün evlənir Dünya
  • Taksi sürücüsündən ŞOK HƏRƏKƏT: “Uşaqlı adam götürmürəm” – VİDEO Cəmiyyət
  • Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ Cəmiyyət
  • Bakıda turist hoteldə qarət edildi Hadisə
  • Əraqçi: İranın qonşu ölkələrlə problemi yoxdur Dünya
  • 15 yaşında ailə qurub uşaq dünyaya gətirdi – Cinayət işi açıldı Cəmiyyət

Skuter sürənlərə XƏBƏRDARLIQ

Posted on 5 Sentyabr 2026 By admin Şərh yoxdur Skuter sürənlərə XƏBƏRDARLIQ

“Skuterlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsi istifadəçilər və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır. Unutmaq olmaz ki, skuter nəqliyyat vasitəsidir və onu idarə edən şəxs yol hərəkətinin iştirakçısı kimi müəyyən edilmiş qaydalara əməl etməli, ətrafdakı şəxslərin təhlükəsizliyini nəzərə almalıdır.”

Bu sözləri Baş DYP İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev deyib.

Qurum rəsmisinin sözlərinə görə, avqustun 22-də paytaxtın Yasamal rayonunda skuter idarə edən şəxsin yıxılaraq ağır xəsarət alması və sonradan həyatını itirməsi bu nəqliyyat vasitəsindən istifadə zamanı yol verilən kiçik bir ehtiyatsızlığın belə ağır, bəzən isə geri dönüşü olmayan nəticələrə səbəb ola biləcəyini bir daha göstərir:

“Skuterlərin ümumi istifadədə olan avtomobil yollarında  yol nişanlarının və nişanlanma xətlərinin tələblərinə riayət edilməklə yalnız yolun sağ kənar zolağı ilə hərəkətinə icazə verilir. Skuterlərin avtomagistrallarda hərəkəti qadağandır. Həmçinin skuter sürücülərinin piyadaların hərəkətinə maneə yaratması və sükanı tutmadan hərəkət etməsi yolverilməzdir.

Bir skuterdə iki nəfərin hərəkət etməsi tarazlığın saxlanılmasını və nəqliyyat vasitəsinin idarə edilməsini çətinləşdirir, yıxılma və toqquşma ehtimalını artırır. Səkilərdə piyadaların arasından sürətlə keçmək isə xüsusilə uşaqlar, yaşlılar və hərəkət imkanları məhdud şəxslər üçün ciddi təhlükə törədir.

İşıqforun siqnallarına və yol nişanlarının tələblərinə əməl edilməməsi, nəqliyyat axınının əksinə hərəkət edilməsi ağır nəticəli yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Hərəkət zamanı mobil telefondan istifadə diqqətin yayınmasına və yaranan təhlükəyə vaxtında reaksiya verilməməsinə gətirib çıxarır. Valideynlər azyaşlıların elektrik skuterlərindən istifadəsinə xüsusi məsuliyyətlə yanaşmalıdırlar. Uşağın skuteri hərəkətə gətirə bilməsi onun yol şəraitini, sürəti və məsafəni düzgün qiymətləndirmək bacarığına malik olması demək deyil. Bu vasitəyə oyuncaq kimi yanaşılması və uşaqların ondan istifadəsinə qeyd-şərtsiz şərait yaradılması ağır nəticələr doğura bilər.

Bir daha skuter istifadəçilərini yol hərəkəti qaydalarına ciddi riayət etməyə, piyadaların və digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə almağa, valideynləri isə uşaqların bu vasitələrdən istifadəsinə nəzarəti gücləndirməyə çağırırıq”.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Qisasını qardaşı arvadının maşınından aldı – Bakıda qəribə ailə münaqişəsi
Next Post: Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub – YENİLƏNİB

Related Posts

  • Azərbaycanda elektrik oyuncaqlar üçün texniki reqlament hazırlanıb Cəmiyyət
  • Mingəçevir Dövlət Universitetində “Novruz Ənənəsi: Baharın Yaşıl Nəfəsi” adlı ədəbi-bədii tədbir keçirilib Cəmiyyət
  • Bakıda dəbdəbəli toyu olan bəyin kimliyi məlum olub – FOTO Cəmiyyət
  • Ucuz yeni çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? – Hansını alaq? Cəmiyyət
  • Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun başsağlığı Cəmiyyət
  • Bədən siqnallarını düzgün oxumaq – Harda nə baş verir? Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • ABŞ-İran müharibəsi yenidən alovlanır: Tehrandan Ağ Evə xəbərdarlıq Siyasət
  • Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib Siyasət
  • Bərdədə avtomat silah və patronlar aşkarlandı, saxlanılan var Kriminal
  • Mingəçevir Dövlət Universiteti 5 il müddətinə akkreditasiya olundu Təhsil
  • Tramp ilə aramda şəxsi ədavət yoxdur – Zelenski Siyasət
  • Bloger Hüseyn Həsənovun toyudur – VİDEO Cəmiyyət
  • Hikmət Hacıyev: “Azərbaycanın xarici siyasət gündəliyi sülhə yönəlib”  Ölkə
  • Azərbaycanda bu xəstəliklə mübarizə üçün 7 milyona yaxın pul xərclənəcək Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by