Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • MDU-da “The Journal of Scientific Vectors” jurnalının rəsmi saytı təqdim olunub Təhsil
  • Martın 2-si lə bağlı əhaliyə XƏBƏRDARLIQ Cəmiyyət
  • Əməkdar incəsənət xadimi vəfat edib Cəmiyyət
  • İranda turizm iflic vəziyyətə: Tur agentlikləri müflis olur Dünya
  • Netanyahu növbədənkənar seçkilərə gedə bilər – KİV Dünya
  • Azərbaycanda inflyasiya artıb, azalıb? – Rəsmi rəqəmlər İqtisadiyyat
  • Tovuzda ana körpə qızını atıb gedib – FOTO – YENİLƏNİB Cəmiyyət
  • Premyer Liqada IV turun oyunları davam edir: Azarkeşləri iki gərgin matç gözləyi İdman

Ermənistanda keçmiş baş nazirin oğlu HƏBS EDİLDİ

Posted on 9 Avqust 2026 By admin Şərh yoxdur Ermənistanda keçmiş baş nazirin oğlu HƏBS EDİLDİ

Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın oğlu Arqam Abramyan iki ay müddətinə həbs edilib.

Bu barədə İstintaq Komitəsinin mətbuat katibi məlumat verib.

Abramyan “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Sarukyanın kürəkənidir.

Dünən İstintaq Komitəsi Arqam Abramyanın sifarişli qətldə ittiham olunaraq saxlanıldığını bildirmişdi.

Daha əvvəl Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə, İrəvan Şəhər İstintaq İdarəsinin Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq Şöbəsi tərəfindən aparılan cinayət işinin ibtidai istintaqı, eləcə də Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü il aprelin 30-da İrəvan şəhərinin Myasnikyan prospektindəki evlərdən birinin girişində törədilən qətlin Artaşat icmasının keçmiş rəhbəri və parlamentin sabiq deputatı Arqam Abramyan tərəfindən sifariş edildiyinə dair məlumatlar əldə olunub.

İstintaqın versiyasına görə, planlaşdırılmış və hərtərəfli istintaq-prosessual tədbirlər nəticəsində müəyyən edilib ki, Arqam Abramyan həyat yoldaşının “Yevangelist inancının xristianları” dini təşkilatının üzvü olan ruhani ilə şəxsi münasibətlərinin olmasından, eləcə də ona külli miqdarda pul köçürməsindən şübhələnərək qisas məqsədilə pastorun həyatına son qoymaq niyyətinə düşüb. Lakin o, bu cinayətkar niyyətini şəxsən deyil, özünə sadiq, ondan maddi və şəxsi cəhətdən asılı olan təhlükəsizlik xidmətinin əməkdaşı vasitəsilə həyata keçirmək qərarına gəlib.

İstintaqın məlumatına əsasən, Arqam Abramyan təhlükəsizlik əməkdaşı üzərindəki təsirindən, eləcə də onun sədaqətindən və özünə xidmət etməyə hazır olmasından istifadə edərək göstəriş vermək yolu ilə onu pastoru öldürməyə razı salıb.

Arqam Abramyanın göstərişini və verdiyi məlumatları sifariş kimi qəbul edən təhlükəsizlik əməkdaşı 2023-cü il aprelin 30-da İrəvanın Myasnikyan prospektindəki yaşayış evinin qarşısında pastoru odlu silahla öldürüb.

Cinayət işi üzrə ibtidai istintaq zamanı müstəntiqin vəsatəti və nəzarətçi prokurorun qərarı əsasında Arqam Abramyan barəsində Cinayət Məcəlləsinin 46-155-ci maddəsinin 2-ci hissəsinin 11-ci bəndi (muzdla adam öldürməyə təhrik etmə) üzrə cinayət təqibinə başlanılıb.

2026-cı il avqustun 8-də müstəntiqin qərarı əsasında Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Arqam Abramyanı saxlayıblar.

Dünya

Yazı naviqasiyası

Previous Post: Rusiyada böyük korrupsiya qalmaqalı
Next Post: Hörmüzün açılması üçün 6 ŞƏRT

Related Posts

  • İmplant dövrü bitir – Yeni diş yetişdirən preparat sınaqda Dünya
  • “Diesel”in yaradıcısı vəfat etdi Dünya
  • 5000 il yaşı olan bakteriya müasir antibiotiklərə davamlı çıxdı: Bu nə deməkdir? Dünya
  • Çində 26 mərtəbəli bina cəmi 120 günə tikildi – VİDEO Dünya
  • ABŞ-nin ən yeni nüvə aviadaşıyıcısı Qırmızı dənizə keçid edib Dünya
  • Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasını çağırdı Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş Kriminal
  • Nadir Qafarzadədən yaşlı sənətçilərə: “Sənət var, baş gedib” Cəmiyyət
  • “Azərbaycanda gördüklərim məni sevincdən ağlatdı” – Balkhisa Bashir Ölkə
  • Qanunsuz saxlanılan avtomat və tüfəng aşkarlandı Kriminal
  • XİN: Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının böyük hissəsi təxliyə edilib Siyasət
  • Sakinlər narahatdır: Sahibsiz itlər uşaqlara hücum edir Cəmiyyət
  • Cómo funciona el programa de puntos VIP en los casinos online Blog
  • WUF13 Bakıda bayraq endirmə mərasimi ilə başa çatıb – FOTO Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by