Fikrət Zeynalov: “Səhiyyə və təhsil müəssisələri ilə yerli media arasında birbaşa dialoq və əməkdaşlıq gücləndirilməlidir”
22 İyul – Milli Mətbuat Günü ərəfəsində silsilə müsahibələrimizi davam etdiririk. Budəfəki həmsöhbətimiz Səhiyyə Nazirliyi Mingəçevir Tibb Kollecinin direktoru Fikrət Zeynalovdur. Qeyd edək ki, Mingəçevir Tibb Kolleci 1991-ci ildən etibarən ölkənin səhiyyə sisteminə peşəkar orta tibb işçilərinin hazırlanmasında mühüm rol oynayır. Təhsil müəssisəsi bu tədris ilində 35 illik yubileyini qeyd edib. 2005-ci ildən kollecə rəhbərlik…