Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • İradə Aşumova və tələbəsi məhkəməyə məcburi gətirildilər: “Cəmi 30 manat verilib” Cəmiyyət
  • Şəhid atası dünyasını dəyişdi (FOTO) Ölkə
  • Kreml Bakının Avrasiya İnkişaf Bankının səhmdar olmasını istəyir – Qaluzin Siyasət
  • 4000 metr buzun altındadır, amma mənfi temperaturda belə donmur: Bu hansı göldür? Maraqlı
  • Amerikanın “ikiqat zərbəsi” Tehranı sındıra bilməyəcək – Bloomberg  Siyasət
  • Yeni qərar Bakının bu ərazisindəki mənzilləri bahalaşdıracaq – AÇIQLAMA Ölkə
  • Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu Dünya
  • Evlərini əvəzləşmə qaydasında MTK-ya verənlərə XƏBƏRDARLIQ Ölkə

Milli Mətbuat Günü ərəfəsində: Mingəçevir Şəhər İcra Hakimiyyətindən media ilə əməkdaşlıq haqqında mühüm açıqlamalar

Posted on 15 İyul 202615 İyul 2026 By admin Şərh yoxdur Milli Mətbuat Günü ərəfəsində: Mingəçevir Şəhər İcra Hakimiyyətindən media ilə əməkdaşlıq haqqında mühüm açıqlamalar

Müəllif: Esmira Hidayətova

Azərbaycanda hər il 22 iyul Milli Mətbuat Günü kimi qeyd olunur. Bu tarix Azərbaycan mətbuatının ən qədim nümunəsi olan “Əkinçi” qəzetinin nəşrə başlaması (1875-ci il) ilə bağlıdır. Milli Mətbuat Günü ərəfəsində silsilə müsahibələrimizə Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Hikmət Kərimovla həmsöhbət olduq.

Esmira Hidayətova: Hörmətli Hikmət müəllim, Milli Mətbuat Günü ərəfəsində öncə ümumi olaraq Azərbaycan mətbuatının bu günkü vəziyyətini və mətbuat azadlığını necə qiymətləndirirsiniz?

Hikmət Kərimov:
Milli Mətbuat Günümüzü təbrik edirəm. Azərbaycan mətbuatı bu gün yüksək inkişaf mərhələsindədir. Ölkəmizdə söz və mətbuat azadlığı Konstitusiya ilə təmin olunub və bu hüququn həyata keçirilməsi üçün geniş imkanlar yaradılıb. “Əkinçi”dən başlayan ənənə bu gün müasir texnologiyalarla zənginləşərək davam edir. Medianın cəmiyyətin inkişafındakı rolu danılmazdır.

Esmira Hidayətova: İcra hakimiyyəti ilə bölgə media qurumları arasında informasiya mübadiləsi hansı səviyyədə təşkil olunub?

Hikmət Kərimov:
İnformasiya mübadiləsi çox yüksək səviyyədədir. Rəsmi məlumatlar operativ şəkildə media nümayəndələrinə çatdırılır. Press-relizlər, açıqlamalar, foto və video materiallar daim paylaşılır. Media ilə əlaqələr daimidir, onların suallarına və sorğularına operativ cavab verilir. Bu, şəffaflığın və ictimai etimadın artırılması baxımından vacibdir.

Esmira Hidayətova: Rəsmi məlumatların operativ yayılmasında onlayn medianın imkanlarını necə qiymətləndirirsiniz?


Hikmət Kərimov:
Onlayn medianın imkanlarını çox yüksək qiymətləndiririk. Bu gün informasiya real vaxt rejimində milyonlarla insana çata bilir. Biz də bu fürsətdən istifadə edərək şəhərdə aparılan abadlıq işləri, sosial layihələr və vacib tədbirlər barədə vətəndaşları operativ məlumatlandırırıq. Onlayn media eyni zamanda əks əlaqəni gücləndirir.

Esmira Hidayətova: Bölgə jurnalistlərinin fəaliyyəti ictimaiyyətlə dövlət qurumları arasında körpü rolunu oynayırmı?

Hikmət Kərimov:
Əlbəttə, oynayır. Bölgə jurnalistləri vətəndaşların problemlərini, təkliflərini bizə çatdırır, dövlətin gördüyü işləri isə əhaliyə obyektiv şəkildə təqdim edirlər. Bu körpü sayəsində bir çox məsələlər tez həllini tapır. Biz jurnalistlərin fəaliyyətini yüksək qiymətləndirir və onları hər cür dəstəkləyirik.

Esmira Hidayətova: Milli mədəniyyətin inkişafında mətbuatın rolunu necə görürsünüz?

Hikmət Kərimov:
Mətbuat milli mədəniyyətin inkişafında əvəzolunmaz rol oynayır. O, xalqımızın mənəvi dəyərlərini, dilimizi, ədəbiyyatımızı və tariximizi geniş auditoriyaya çatdırır. Mingəçevirdə də mətbuat vasitəsilə mədəni tədbirlər, ədəbi görüşlər və milli bayramlarımız geniş işıqlandırılır. Bu, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində böyük əhəmiyyət kəsb edir.

Esmira Hidayətova: Bu gün bölgə mətbuatının inkişaf səviyyəsini necə qiymətləndirərsiniz?

Hikmət Kərimov:
Bölgə mətbuatı son illər əhəmiyyətli dərəcədə inkişaf edib. Texniki baza yaxşılaşır, peşəkar kadrlar yetişir. Mingəçevir mediası şəhərin həyatını dolğun əks etdirir. Əlbəttə, inkişaf davamlı prosesdir və biz bu istiqamətdə media ilə əməkdaşlığı daha da genişləndirməyə hazırıq.

Esmira Hidayətova: Gələcəkdə region mediası ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində hansı addımlar nəzərdə tutulur?

Hikmət Kərimov:
Gələcək planlarımızda birgə layihələr, press-turlar, seminar və treninq-lər, həmçinin rəsmi məlumatların müasir formatlarda (infografika, video) hazırlanması var. Media ilə birgə sosial və mədəni layihələr həyata keçirmək niyyətindəyik. Məqsədimiz Mingəçevirin inkişafına media dəstəyini artırmaq və əməkdaşlığı yeni səviyyəyə qaldırmaqdır.

Esmira Hidayətova: Müsahibəyə görə təşəkkür edirik, Hikmət müəllim.

Silsilə müsahibələrimiz digər dövlət qurumları ilə davam edəcək.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Dövlət qulluğuna həsr olunan ömür: İlham İsmayılov 63 yaşını qeyd edir
Next Post: Vətənin məğrur oğlu: Qazi Ceyhun Həsənovun doğum günü mübarək!

Related Posts

  • Prezident Ramiz Fətəliyevlə bağlı Sərəncam imzaladı Ölkə
  • Azərbaycanda yağıntılı hava davam edir – FAKTİKİ HAVA Ölkə
  • Bakıda və Abşeronda güclü külək əsir, regionlarda duman var – FAKTİKİ HAVA Ölkə
  • “Azərbaycan İtaliyanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır” Ölkə
  • Prokurorluq orqanlarına məxsus avtomobillərlə bağlı yeni qaydalar Ölkə
  • Sabah dörd şəhər və rayonda qaz olmayacaq Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Deputatdan təklif: Belçika ilə parlamentlərarası qrupunun fəaliyyəti dayandırılsın Siyasət
  • Amerikanın “ikiqat zərbəsi” Tehranı sındıra bilməyəcək – Bloomberg  Siyasət
  • Zelenski: Ukrayna əsl sülh gətirəcək razılaşmaya hazırdır Dünya
  • “Uzak şehir”in aktyoru məşhur serialda – FOTO Mədəniyyət
  • Nazir ərzaq təhlükəsizliyindən danışdı Ölkə
  • Sadə ürək yanması deyilmiş: təhlükəli xəstəliyin gizli əlaməti Cəmiyyət
  • Bu qidalar hamilə xanımlara olmaz Cəmiyyət
  • “Ərinizin subay dostlarını evinizə buraxmayın” Mədəniyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by