Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • “Aclıq daşları” yenidən göründü: Avropada şiddətli quraqlıq həyəcanı Dünya
  • “O vaxtın keyfiyyətsiz musiqiçilərini indi korifey kimi təqdim edirlər” Mədəniyyət
  • Mingəçevirdə İlham İsmayılov sakinlərlə səyyar görüş keçirib Cəmiyyət
  • Avtobusda kart oxunmur, amma pul çıxılır – ARAŞDIRMA Cəmiyyət
  • MDU-da “The Journal of Scientific Vectors” jurnalının rəsmi saytı təqdim olunub Təhsil
  • Azərbaycanda 9-cu sinif şagirdi özünü güllələyərək ÖLDÜRDÜ Hadisə
  • İki İran diplomatı ABŞ-dan qovuldu Siyasət
  • Tanınmış vəkilin ailəsində AĞIR İTKİ Cəmiyyət

Mingəçevir məktəbliləri üçün növbəti maarifləndirici görüş təşkil olunub.

Posted on 5 Mart 20265 Mart 2026 By admin Şərh yoxdur Mingəçevir məktəbliləri üçün növbəti maarifləndirici görüş təşkil olunub.

Mingəçevir şəhər 16 nömrəli texniki və təbiət fənləri təmayüllü liseydə ŞPŞ rəisi,polis polkovniki Ədalət Əliyev və polis əməkdaşları şagirdlərlə profilaktik xarakterli tədbir keçirib. Görüşdə “Narkotiklərə yox deyək!”, “Təhlükəsiz yol hərəkəti – təhlükəsiz gələcək” və “Rəqəmsal mühitdə təhlükəsizlik qaydaları” mövzularına həsr olunub.
Tədbirdə çıxış edən polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərindən, bu maddələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərdən, xüsusilə də gənc nəslin fiziki və mənəvi inkişafına göstərdiyi mənfi təsirlərdən danışıblar. Qeyd olunub ki, sağlam həyat tərzi seçimi hər bir gəncin gələcəyinin əsas təminatıdır.


Şagirdlərə yol hərəkəti qaydalarına düzgün əməl etməyin vacibliyi izah edilib, yol nişanları, işıqforların tələbləri və piyada keçidlərindən təhlükəsiz istifadə ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, qaydalara riayət etmək həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edir.


Eyni zamanda, sosial şəbəkələr və digər internet platformalarında rast gəlinən kiberdələduzluq halları barədə məlumat verilib, naməlum şəxslərlə ünsiyyət zamanı diqqətli olmağın, şəxsi məlumatları paylaşmamağın vacibliyi vurğulanıb. Polis əməkdaşları tərəfindən bu kimi hüquqazidd əməllərə qarşı həyata keçirilən qabaqlayıcı tədbirlər barədə də şagirdlər məlumatlandırılıb.


Görüş çərçivəsində mövzulara dair maarifləndirici videoçarxlar nümayiş etdirilib, real hadisələr əsasında müzakirələr aparılıb və şagirdlərin fəal iştirakı təmin olunub.
Həmçinin, Polis Akademiyasında təhsil imkanları, qəbul şərtləri və daxili işlər orqanlarında xidmətin üstünlükləri barədə də geniş məlumat verilib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


Esmira Hidayətova,Mingəçevir

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Mingəçevir Dövlət Universitetinin idmançıları ölkə çempionatında fərqləndi
Next Post: Ağdaş rayonunda Vətən müharibəsi şəhidinin atası vəfat edib.

Related Posts

  • İradə Aşumova və tələbəsi məhkəməyə məcburi gətirildilər: “Cəmi 30 manat verilib” Cəmiyyət
  • Azərbaycana qarşı saxta xəbərlər yayan kanalın təsisçisi deport edildi Cəmiyyət
  • Sarıkökün bu faydalarını bilirdiniz? Cəmiyyət
  • Prezidentin sosial media hesablarında “SABAH.city” ilə bağlı video paylaşılıb Cəmiyyət
  • Şəhid Şahin Heydər oğlu Kərimovun ailəsinə başsağlığı Cəmiyyət
  • Bakıda bu binalar plana düşdü Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Çox zülal qəbul etmək arıqladır? – Həkim açıqladı Maraqlı
  • Sürücülərin nəzərinə! Ölkə
  • Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazanıb İdman
  • Dünya rekordunu yenilədi İdman
  • NYT: Hörmüz boğazında gəmilərə hücumlar artır Siyasət
  • ABŞ dəniz piyadaları Cənubi Çin dənizində drona zərbə endirdi Siyasət
  • Pezeşkian bütün icra orqanlarına təcili tapşırıq verdi Dünya
  • DİM-dən 300 bal toplasa da, adı siyahıda olmayan abituriyentlə bağlı AÇIQLAMA Təhsil

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by