Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Mingəçevir Dövlət Universiteti ilə “FLEX” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb Təhsil
  • Başı stadionun dəmirləri arasında qalan uşaq belə xilas edildi – ANBAAN VİDEO Hadisə
  • Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu Kriminal
  • Müharibə bu tarixədək bitəcək – İran Siyasət
  • Crupieres en vivo: cómo funcionan en España Blog
  • Mingəçevir Dövlət Universitetinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə komandasının iclası keçirilib Cəmiyyət
  • Mingəçevirdə Üzeyir Hacıbəyli adına musiqi məktəbinə yeni direktor təyin olunub Cəmiyyət
  • Pensiya artımları kimlərə şamil olunacaq? Cəmiyyət

Mingəçevirin inkişafı və şəhər sakinlərinin təklifləri İlham İsmayılovla görüşdə müzakirə olunub

Posted on 29 Oktyabr 2026 By admin Şərh yoxdur Mingəçevirin inkişafı və şəhər sakinlərinin təklifləri İlham İsmayılovla görüşdə müzakirə olunub

Oktyabrın 29-da Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ictmaiyyət nümayəndələri ilə görüşüb. İcra Hakimiyyətinin məsul əməkdaşlarının, ziyalıların, təqaüddə olan dövlət qulluqçularının, tibb işçilərinin, şəhər Bələdiyyəsinin üzvlərinin, ağsaqqalların, ictimai təşkilatların təmsilçilərinin, icma nümayəndələrinin, mətbuat işçilərinin iştirak etdiyi dəyirmi masa ətrafında söhbət əsasən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərə həsr olunmuşdu.


Görüşü açan İlham İsmayılov bildirib ki, cənab Prezidentin imzaladığı regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı layihələrinə əsasən ölkəmizin bütün bölgələrində 2004-cü ildən bəri geniş abadlıq-quruculuq, əsaslı təmir işləri aparılır. Bütün bunlar əsasən vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi daşıyır.

Mingəçevirdə həyata keçirilən layihələrin sahəsi ilbəil genişlənir. Bildiyiniz kimi, cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə elan olunan “Şəhərsalma və Memarlıq İli” çərçivəsində şəhərimizdə 90-dan artıq çoxmənzilli yaşayış binasıının fasad hissələrinin izolyasiya edilərək rənglənməsi, xiyabanlarda bərpa-təmir işlərinin reallaşması ürəkaçan hadisələrdəndir. Son illərdə Mingəçevirin 26 məhəlləsi nümunəvi məhəlləyə çevrilib, ərazilərdə oturacaqlar, kölgəliklər qoyulub, uşaq və gənclər üçün idman meydançaları yaradılıb, işıqlanma sistemi çəkilib.

Park və xiyabanlarda, istirahət məskənlərində İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq yenidənqurma layihələrinin gerçəkləşməsi, idman qurğularının quraşdırılması, yaşıllıq zolaqlarına texniki su xəttinin çəkilməsi işlərinə əlavə olaraq mövsüm ərzində ağac tingləri, dekorativ gül kollarının əkiləcək və digər işlər görüləcəkdir. Şəhər rəhbəri cənab Prezidentin iştirakı ilə onlayn formatda Mingəçevirdə yeni sənaye müəssisəsinin təməlinin qoyulduğunu, yeni iş yerlırinin açılacağının diqqət mərkəzində olduğunu qeyd edib.


Diskussiya şəraitində davam edən görüşdə çıxış edən şəhər sakini İntiqam İbadov vətəndaşların səyyar qəbulu zamanı qaldırdığı problemin həll olunduğunu deyib. Mingəçevir kəndi yaşayış massivinin icma sədri Etibar Əhmədov ərazidə görüləcək işlərlə əlaqədar təkliflərini bildirib. Adil İsmayılov, Rizvan Mikayıllı, İranə Həsənova Bağlar yaşayış massivinə, yaşıllıq zolaqlarına su xəttinin çəkilməsi təklifini irəli sürərək asfalt örtüyündə yaranan bərbad vəziyyətdən söz açıblar.

Yunis Yolçuyev marşrut xəttinin sahəsinin genişləndirilməsi, .Əbülfət Ədilov energetiklər yaşayış massivində yeni parkın və uşaqlar üçün idman meydançasının yaradılması istəklərini bildiriblər. Famil Əhmədov sağ sahil yaşayış massivində görülən işlərlə bağlı fikirlərini qeyd edib. Vaqif Sadıxov görülən işlərə görə minnətdarlığını bildirərək iş yerlərinin yaradılması, yeni fabriklərin təməlinin qoyulmasından danışıb, gənclərin pis vərdişlərdən uzaqlaşdırılması üçün perspektivli addmların atılmasının vacibliyini vurğulayıb. Zahid Qasımlı yaradılan gözəlliyi qorumaq ətrafında söhbət açıb, ideoloji təbliğatların aparılmasının, dövlətçiliyimizin qorunması naminə görüşlərin keçirilməsinin vacibliyindən bəhs edib. Sərdar Xankişiyev, Sevil Əliyeva, Ədalət Quliyeva ürək sözlərini çatdırıblar.

Ağsaqqallar şurasının sədri Mustafa Muradov Azərbaycanın dünyada qalib ölkə kimi tanınmasından, bu qələbəni xalqımıza bəxş edən Ali Baş Komandan İlham Əiyevin nüfuzunun günbəgün çoxalmasından fərəhləndiyini deyib.
Tədbirdə yeniyetmə və gənclərin təhsili- tərbiyəsi, milli-mənəvi dəyərlərə uyğun böyümələri üçün maarifləndirmə tədbirlərinin keçirilməsinin zəruriliyindən, yaşıllıq zolaqlarının genişləndirilməsindən, yas mərasimlərində ehsan süfrəsinin sadələşdirilməsindən, qanunsuz küçə ticarətindən də söhbət açılıb.

İlham İsmayılov görüşün sonunda belə tədbirlərin səmərəliliyini, abadlıq-quruculuq işlərinin bundan sonra daha yeni çərçivədə həyata keçiriləcəyini və verilən təkliflərin nəzərə alınacağını bildirib.

Esmira Hidayətova, Mingəçevir

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Manatın real məzənnəsi ARTDI
Next Post: Mingəçevir Dövlət Universiteti Naxçıvanda keçirilən respublika elmi konfransında təmsil olunub

Related Posts

  • Əməkdar jurnalist Nurani dəfn olundu Cəmiyyət
  • Ramazan ayının on ikinci gününün DUASI Cəmiyyət
  • Azərbaycanda tanınmış idmançıya hökm oxundu Cəmiyyət
  • Ucuz yeni çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? – Hansını alaq? Cəmiyyət
  • Fermerin becərdiyi məhsul satılmalıdır, satılmasa üzü gülməz – Deputat Cəmiyyət
  • Quduzluq: vaxtında müdaxilə həyati əhəmiyyət daşıyır – həkim-infeksionist Şəfəq Kərimova ilə MÜSAHİBƏ Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Free Spins Offers: Best Aussie Casino Deals Blog
  • Data mərkəzləri yükə çevrilir: Mask və Til çıxış yolu tapdı Dünya
  • Cəmiyyət
  • Təqaüd və ünvanlı sosial yardım alanlara ŞAD XƏBƏR Cəmiyyət
  • MDU-nun Rektordan yeni təyinatlar – SİYAHI Təhsil
  • Mingəçevirdə üç müəllim Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub Təhsil
  • Tramp İranla bağlı müttəfiqlərini çaşdırıb – “Bloomberg” Siyasət
  • Şəhid Şahin Heydər oğlu Kərimovun nəşi Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılıb Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by