Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Latviya Rusiyaya etiraz notası təqdim edib Siyasət
  • Şagirdlər Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim ediblər Cəmiyyət
  • Yevlaxın bir hissəsində qaz kəsiləcək Cəmiyyət
  • Sabah hava necə olacaq? Ölkə
  • Məşhur türkiyəli aktrisa həbs edildi Dünya
  • Bu gün 14 min abonentin qazı KƏSİLƏCƏK Ölkə
  • Sadə ürək yanması deyilmiş: təhlükəli xəstəliyin gizli əlaməti Cəmiyyət
  • Hökumətdən yeni qərar – ƏT UCUZLAŞACAQ? İqtisadiyyat

Mingəçevir Dövlət Universiteti Naxçıvanda keçirilən respublika elmi konfransında təmsil olunub

Posted on 29 Oktyabr 202629 Oktyabr 2026 By admin Şərh yoxdur Mingəçevir Dövlət Universiteti Naxçıvanda keçirilən respublika elmi konfransında təmsil olunub

Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə “Orqanik və dayanıqlı kənd təsərrüfatı: Ekoloji tarazlıq və dayanıqlı inkişaf” mövzusunda II Respublika Elmi Konfransı keçirilib. Mingəçevir Dövlət Universiteti (MDU) tədbirdə tərəfdaş qismində iştirak edib.

Konfransın plenar iclasında çıxış edən Mingəçevir Dövlət Universitetinin nümayəndəsi dayanıqlı kənd təsərrüfatı, iqlim dəyişmələri, ekoloji təhlükəsizlik və elmi innovasiyaların əhəmiyyətindən danışıb. Universitetdə yaşıl transformasiya, dayanıqlı enerji, su ehtiyatlarının idarə olunması və ekoloji monitorinq istiqamətlərində həyata keçirilən təşəbbüslər diqqətə çatdırılıb.

Dörd əsas elmi istiqamət üzrə 11 bölmə iclasını və 90-dan çox elmi məruzəni əhatə edən konfransda biomüxtəlifliyin qorunması, ekoloji tarazlığın təmin edilməsi, orqanik əkinçilik və innovativ aqrar texnologiyalarla bağlı aktual məsələlər müzakirə olunub.

Tədbir elmi əməkdaşlığın genişləndirilməsi, regional və respublika səviyyəsində birgə tədqiqatların təşviqi, yaşıl iqtisadiyyatın inkişafı və dayanıqlı gələcəyə yönəlmiş yeni tərəfdaşlıqların qurulması baxımından əhəmiyyət daşıyıb.

Mingəçevir Dövlət Universiteti elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsini və dayanıqlı inkişaf istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsini əsas prioritetlərindən biri kimi müəyyənləşdirib.

Konfransın yüksək səviyyədə təşkilinə və səmərəli elmi müzakirələrə görə universitetin adından Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevə, Zəfər Qurbanova, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyevə, kənd təsərrüfatı naziri Rafail Quliyevə, AMEA-nın həqiqi üzvü, akademik Tariyel Talıbova, eləcə də təşkilat komitəsinə, tərəfdaş qurumların nümayəndələrinə və Naxçıvan Dövlət Universitetinin kollektivinə təşəkkür bildirilib.

Mingəçevir Dövlət Universiteti elmi əməkdaşlığın gücləndirilməsi, yaşıl iqtisadiyyatın təşviqi və dayanıqlı inkişaf naminə fəaliyyətini davam etdirir.

Esmira Hidayətova, Mingəçevir

Təhsil

Yazı naviqasiyası

Previous Post: Mingəçevirin inkişafı və şəhər sakinlərinin təklifləri İlham İsmayılovla görüşdə müzakirə olunub

Related Posts

  • Mingəçevirdə beynəlxalq standartlı İngilis dili olimpiadası Təhsil
  • Kolleclərə qəbul olanların siyahısı açıqlandı Təhsil
  • Bu gün imtahan var – YENİLƏNİB Təhsil
  • Mingəçevirdə 100 faizlik möhtəşəm nəticə: 16 şagirdin 16-sı ali məktəbə qəbul oldu Təhsil
  • Mingəçevir liseyinin növbəti qürur mənbəyi: Burlaxatun qəbul imtahanında yüksək nəticə göstərdi Təhsil
  • Mingəçevir Dövlət Universiteti kiberdayanıqlı rəqəmsal kampus mühitinin formalaşdırılması istiqamətində “Cybersign” MMC ilə əməkdaşlığa başlayıb Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Çempionlar Liqasının əsas favoritləri AÇIQLANDI İdman
  • Mingəçevirdə yay aylarında irinli xəstəliklər artır – Cərrah Kərim Kərimovdan əhaliyə mühüm xəbərdarlıq Cəmiyyət
  • Deputat: Çalışmalıyıq ki, yerli süni intellektlə bağlı proqramlar yaradılsın Ölkə
  • Azərbaycan neftinin qiyməti 123 dollara yaxınlaşıb İqtisadiyyat
  • Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? Ölkə
  • Rusiyada qətldə ittiham olunan azərbaycanəsilli iş adamı üçüncü dəfə bəraət aldı Kriminal
  • “Qarabağ” Martin Zlomisliçi transfer edib İdman
  • Məşhur Xalq artistinin villası satışa çıxarıldı Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by