Elm və Təhsil Nazirliyi tərəfindən təhsil sahəsində səmərəli fəaliyyəti və uzunmüddətli pedaqoji əməyilə seçilən müəllimlərə göstərilən diqqət və yüksək qiymətin daha bir nümunəsi olaraq bir sıra təhsil işçiləri “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunublar.
Təltif olunanlar arasında Mingəçevir şəhərinin ümumtəhsil müəssisələrində çalışan üç müəllim də yer alıb.
Fəxri Fərmana layiq görülən müəllimlər:
🔹 Abbasova Mətanət Vahid qızı — Noel Ahəngari adına 13 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi;
🔹 Mehtiyeva Xanım Mehti qızı — Nəriman Nərimanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi;
🔹 Quliyeva Aynur Zakir qızı — Ruslan Muradov adına texniki və humanitar fənlər liseyinin ibtidai sinif müəllimi.
Müəllimlərin bu yüksək təltifə layiq görülməsi onların təhsil sahəsindəki fəaliyyətinə, peşəkarlığına və gənc nəslin formalaşmasına verdikləri töhfəyə göstərilən diqqətin ifadəsi kimi qiymətləndirilir.
Bizdə dəyərli müəllimlərimizi ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, pedaqoji fəaliyyətlərində yeni uğurlar və gələcəkdə daha böyük nailiyyətlər arzulayırıq!
Əməyi ilə gələcəyə işıq saçan bütün müəllimlərimizə təşəkkür edirik.
Esmira Hidayətova, Mingəçevir