Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Ərdoğan komandasında ciddi dəyişikliklərə hazırlaşır Dünya
  • Bu il uşaqlara ən çox qoyulan adlar – SİYAHI Cəmiyyət
  • Reallıq çox sadədir: Bakı böhranların açar oyunçusudur Siyasət
  • Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb Kriminal
  • Ukrayna Tambov vilayətində logistika mərkəzini vurdu – 7 nəfər öldü Dünya
  • “Turan Tovuz” 1 qolla 3 xal qazandı İdman
  • Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb – FOTO Ölkə
  • Əli Əhmədovun oğluna yeni vəzifə verildi Ölkə

Mingəçevirdə ilan və zərərli həşəratlara qarşı profilaktik tədbirlər görüldü – Zəngəzur küçəsində dərmanlama aparıldı

Posted on 21 Avqust 202621 Avqust 2026 By admin Şərh yoxdur Mingəçevirdə ilan və zərərli həşəratlara qarşı profilaktik tədbirlər görüldü – Zəngəzur küçəsində dərmanlama aparıldı

Mingəçevir şəhərində əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması, həmçinin isti mövsümdə ilan və digər zərərli həşəratların yarada biləcəyi təhlükələrin qarşısının alınması istiqamətində profilaktik tədbirlər davam etdirilir.

Bu məqsədlə Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən 21 avqust 2026-cı il tarixində Zəngəzur küçəsində ilan və digər zərərli həşəratlara qarşı növbəti profilaktik dərmanlama və dezinfeksiya işləri həyata keçirilib.

Məlumata görə, tədbirlər şəhər sakinlərinin müraciətlərinin, eləcə də ərazidə zərərvericilərin yayılmasının qarşısının alınması məqsədilə təşkil olunub. İşlər zamanı ərazinin sanitariya vəziyyətinin yaxşılaşdırılması və əhali üçün potensial təhlükə yarada biləcək ilan, həşərat və digər zərərvericilərin qarşısının alınması əsas hədəf kimi götürülüb.

Qeyd edək ki, bu istiqamətdə görülən tədbirlər birdəfəlik xarakter daşımır. Şəhərin müxtəlif ərazilərində, xüsusilə yaşayış məntəqələri, məhəllələr və zərərvericilərin müşahidə oluna biləcəyi sahələrdə dərmanlama və profilaktik dezinfeksiya işləri mütəmadi olaraq, aylıq əsasda həyata keçirilir.

Tədbirlərin keçirilməsi şəhər sakinlərinin sağlamlığının qorunması və ətraf mühit amillərinin insan orqanizminə mənfi təsirinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Mingəçevir şəhər İcra Hakimiyyətinin və Mingəçevir Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) diqqətində saxlanılan əsas məsələlərdən biri də sanitariya-epidemioloji salamatlığın təmin edilməsi, əhalinin sağlamlığı üçün təhlükə yarada biləcək amillərin vaxtında müəyyənləşdirilməsi və onların aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsidir.

Görülən işlər “Sanitariya-epidemioloji salamatlıq haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarının tələbləri çərçivəsində əhalinin sağlamlığının mühafizəsinə və təhlükəsiz yaşayış mühitinin təmin edilməsinə yönəlib.

Xüsusilə yay aylarında havaların temperaturunun yüksəlməsi ilə əlaqədar ilan və müxtəlif həşəratların aktivliyinin artması nəzərə alınaraq, belə profilaktik tədbirlərin vaxtında və mütəmadi şəkildə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Bildirək ki, Zəngəzur küçəsində aparılan işlər sosial şəbəkələrdə ictimai fəal Anar Mehdiyevin ərazi ilə bağlı müraciətindən sonra şəhər İcra Hakimiyyətinin tapşırığı əsasında təşkil olunub.

Sakinlərin müraciətlərinin aidiyyəti qurumlar tərəfindən nəzərə alınması və problemin yerində araşdırılaraq müvafiq tədbirlərin görülməsi şəhərdə sanitariya vəziyyətinin qorunmasına və əhalinin narahatlığının aradan qaldırılmasına xidmət edir.

Aidiyyəti qurumlar tərəfindən bu istiqamətdə profilaktik tədbirlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.

Esmira Hidayətova, Mingəçevir

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Rektor Anar Eminovdan abituriyentlərə mesaj: “MDU sizi gözləyir!”
Next Post: Todo sobre el blackjack en vivo online: guía completa para jugadores en España

Related Posts

  • Sonsuzluqla bağlı hansı yanlış inanclar var? – AÇIQLAMA Cəmiyyət
  • Günəşlidə evlərin ətrafında ilanlar peyda olub – VİDEO Cəmiyyət
  • Şamil Heydərov və Ramiz Mehdiyev kölgəsi: “İdeal” MTK-da 600 minlik hesabat sirri və sakinlərin üsyanı Cəmiyyət
  • Mingəçevirdə uzun illər məktəb direktoru olmuş Yaqub Babayev vəfat edib Cəmiyyət
  • Yeni müdir işçini nə zaman işdən çıxara bilməz? – AÇIQLANDI Cəmiyyət
  • Avtobus sürücüsünün görüntüləri müzakirə yaratdı – VİDEO Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı Mədəniyyət
  • Ən yaxınlarından üz döndərənlər: valideynləri ilə ünsiyyət qurmayan Hollivud ulduzları Dünya
  • Azərbaycanda nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanların sayı artırılıb Cəmiyyət
  • Pavel Durov müasir dövrün 11 fırıldağını açıqladı Maraqlı
  • İsrail ordusu HƏMAS komandirini məhv etdi Siyasət
  • Əməkdar jurnalist vəfat edib Cəmiyyət
  • Qonşu ölkədə apteklərin sayı Avropadakından üç dəfə çoxdur Dünya
  • MDU əməkdaşlarının sağlamlığı diqqət mərkəzində Təhsil

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by