Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Kolleclərə qəbul olanların siyahısı açıqlandı Təhsil
  • Bu gün 14 min abonentin qazı KƏSİLƏCƏK Ölkə
  • “Qalatasaray”ın oyunçusu Fransa klubuna transfer olundu İdman
  • BƏƏ: İran təhdidləri qarşısında müdafiəyə hazırıq Siyasət
  • CBS: Bazadan çıxan ABŞ hərbçiləri yalanı ifşa etdilər Siyasət
  • Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edildi Ölkə
  • Ventajas de jugar con criptomonedas en casino: guía para jugadores en España Blog
  • MDU-dan Azərbaycanda ilk: Süni intellekt müəllim seçiminə cəlb olunur Cəmiyyət

“Azərbaycan İtaliyanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır”

Posted on 5 May 2026 By admin Şərh yoxdur “Azərbaycan İtaliyanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır”

“Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin mətbuata bəyanatlarında iki ölkə arasındakı starteji tərəfdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2025-ci ildə Azərbaycan ticarət dövriyyəsinin 24 faizi bu ölkənin payına düşüb. Eyni zamanda, Azərbaycan ixracat etdiyi məhsulların 45,3 faizini İtaliyaya göndərir. Bu o deməkdir ki, Azərbaycanın ixrac etdiyi hər 100 dollarlıq məhsulun 45 dolları İtaliyaya ünvanlanır”.

Bu barədə millət vəkili Vüqar Bayramov İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 4.0 faiz artaraq 11 milyard 390 milyon dollardan 11 milyard 860 milyon dollaradək yüksəlib:

“İtaliya ilə ticarət dövriyyəsində Azərbaycan 10 milyard 824 milyon dollarlıq müsbət saldoya malikdir. Azərbaycan eyni zamanda İtaliyanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 93 %-i Azərbaycanın payına düşür. Belə ki, ötən il İtaliyanın Ermənistanla ticarət dövriyyəsi 453, Gürcüstan ilə isə 442 milyon dollar olub. Bu da onu göstərir ki, Azərbaycan İtaliya üçün regional olaraq strateji müttəfiq ölkədir. Növbəti mərhələdə də iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənəcəyi gözlənilir.

Son illər qarşılıqlı sərmayə qoyluşlarında da artımlar müşahidə olunur. Azərbaycan son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Göründüyü kimi, son dövrlərdə iki tərəf arasında müsbət addımların atılması strateji tərəfdaşlığın yalnız sənədlərdə deyil, real həyatda və praktiki əməkdaşlıq sahələrində də təsdiqini tapdığını göstərir.

Qeyri neft-qaz sahəsində əməkdaşlığın gücləndirilməsi əsas prioritetlərdəndir. Ölkələr arasındakı səmimi və strateji tərəfdaşlığa əsaslanan münasibətlər birgə layihələrin icrası üçün yeni imkanlar yaradır. İtaliya baş nazirinin Azərbaycana səfəri ölkələr arasındakı strateji münasibətlərin daha da dərinləşməsinə töhvə verəcək”.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Les meilleures méthodes de retrait rapide pour vos gains de casino
Next Post: Nazir yeni rəis təyin etdi – FOTO

Related Posts

  • Ceyhun Bayramov Kirill Budanov ilə görüşdü Ölkə
  • Qeyri-sabit hava bu tarixədək davam edəcək – XƏBƏRDARLIQ Ölkə
  • Həsən Əliyev və Tbilisi prospektinin kəsişməsində YENİLİK Ölkə
  • Azərbaycanda ekologiya sahəsində qəbul edilmiş dövlət standartı yenilənib Ölkə
  • Prokurorluq orqanlarına məxsus avtomobillərlə bağlı yeni qaydalar Ölkə
  • Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • KİV: İranda toplaşan PKK terrorçuları Türkiyə və Azərbaycan üçün təhlükə yaradır Siyasət
  • Cüdoçumuz Avropa Kubokunun qalibi oldu İdman
  • Azərbaycanlı gəlin toy qızılları ilə yoxa çıxdı – Video Hadisə
  • Oğlumla bir gün əvvəl danışdıq, dedi ki.. Nəsimi Musayevin atası Cəmiyyət
  • Ermənistandan Naxçıvana dəmir yolu ilə bağlı QƏRAR Siyasət
  • Şamil Heydərov və Ramiz Mehdiyev kölgəsi: “İdeal” MTK-da 600 minlik hesabat sirri və sakinlərin üsyanı Cəmiyyət
  • KİV: ABŞ İrana qarşı uzunmüddətli hərbi əməliyyata hazırlaşır Dünya
  • Məşhur “La casa de papel” qayıdır Mədəniyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by