Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Azərbaycanın xarici dövlət borcu bu qədərdir  İqtisadiyyat
  • İsrailin Azərbaycandakı səfiri Ronen Krausz Mingəçevirə səfər edib – icra başçısı ilə görüş keçirilib Siyasət
  • Mingəçevirdə Şuşa fatehi Təbriz Cüməzadənin xatirəsinə həsr olunmuş genişmiqyaslı boks turniri keçirilib Cəmiyyət
  • Ağcabədidə minik avtomobilləri toqquşub – ölən yaralanan var Hadisə
  • İsveçrədə 80 sərnişini daşıyan qatar relsdən çıxıb Hadisə
  • Bakıda dəyişkən iş qrafikinə nə vaxtdan başlanılacaq? – AÇIQLAMA Ölkə
  • Elgiz Əkbərin yeni işi Cəmiyyət
  • ABŞ-nin nüvə planına Polşadan sərt cavab Siyasət

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir?

Posted on 20 Avqust 2026 By admin Şərh yoxdur Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir?

Rusiyanın Azərbaycan vətəndaşını zorla Ukraynadakı müharibəyə apardığı iddia edilir.

 Rusiya ordusunda xidmət edən Azərbaycan vətəndaşı Tural Həqiqət oğlu Əliyev hərbi komandanlıq tərəfindən qanunsuz şəkildə müharibə zonasına göndərildiyinə dair videomüraciət yayımlayıb.

1994-cü il oktyabrın 20-də anadan olan Tural Əliyev Azərbaycan vətəndaşı olsa da, 2023-cü ildə Rusiya Ordusunda müqaviləli hərbi xidmətə başlayıb. O, bir neçə dəfə hücum əməliyyatlarında iştirak edib.

Hərbi xidmətdən rəsmi şəkildə azad edilməsinə baxmayaraq, həmyerlimiz barəsində qanunsuz olaraq “hərbi hissəni özbaşına tərk etmə” ittihamının irəli sürüldüyünü bildirib. Hazırda isə onun iradəsinə zidd olaraq döyüş bölgəsinə, “Ştorm V” həmlə qrupuna göndərildiyi iddia olunur.

Azərbaycan vətəndaşı bildirib ki, pasportunun müddəti başa çatıb və onun hərbi bileti yoxdur. İddiasına görə, əvəzində ona heç vaxt sahib olmadığı sənədin dəyişdirilməsi barədə saxta arayış verilib və bundan sonra yenidən döyüş bölgəsinə göndərilib.

O, Rusiya ordusunda sistemli qanunsuzluqlardan, sənədlərin saxtalaşdırılmasından, qanunsuz şəkildə istintaq təcridxanasında saxlanılmasından və komandanlıq tərəfindən təhdidlərə məruz qalmasından danışıb.

Tural Əliyev müraciətində bildirib ki, o sonuna qədər mübarizə aparacaq: “Məni aradan götürmək istəyirsiniz? Bilin ki, sizin bütün köpəklərinizi özümlə o biri dünyaya aparacağam. Artıq itirəcək heç nəyim yoxdur”.

Onun iddiasına görə, 2026-cı il mayın 2-də ona birbaşa “səni aradan götürmək istəyirlər” deyilib. T.Əliyev bunun onun komandanlıqla bağlı kompromat xarakterli məlumatlara malik olması və baş verənləri ictimailəşdirməsi ilə əlaqəli olduğunu bildirib.

Tural Əliyev həmçinin prokurorun uzun müddət hərbi hissənin komandanlığına təzyiq göstərdiyini iddia edir. Onun sözlərinə görə, prokuror onu ya cəbhə xəttinə göndərməyi, ya da yenidən istintaq təcridxanasına qaytarmağı tələb edib. Azərbaycan vətəndaşı bildirir ki, bu proseslər Rusiya müdafiə nazirinin onun hərbi xidmətdən azad edilməsi barədə əmrinə və məhkəmənin iş üzrə cinayət prosesini dayandırmasına baxmayaraq baş verib.

T.Əliyev əlavə edib ki, onun işi ilə bağlı təxminən 40 məhkəmə iclası keçirilib. O bu iclaslarda hüquqlarının və təqdim etdiyi sübutların nəzərə alınmadığını, bəzi sənədlərin isə saxtalaşdırıldığını iddia edir.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
Next Post: Başına ot bağlaması düşən kişi öldü

Related Posts

  • İsrail ABŞ-ni hücuma məcbur edib? – Trampdan qəribə cavab   Siyasət
  • “Amerikalıların qisasını alacağıq, aydın məqsədimiz var” Siyasət
  • ABŞ-nin nüvə planına Polşadan sərt cavab Siyasət
  • Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır Siyasət
  • Ərdoğan Makronu Ermənistandan Türkiyəyə buraxmayıb Siyasət
  • Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Mingəçevir Dövlət Universitetində nümunəvi addım – Rektor Anar Eminov əməkdaşlara bayram münasibətilə mükafat verdi Cəmiyyət
  • “Formula-1” üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? – AÇIQLAMA İdman
  • Pünhan Əlizadəyə yüksək vəzifə VERİLDİ Ölkə
  • Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb – FOTO Ölkə
  • Türkiyədə üç məşhurun narkotik test nəticələri müsbət çıxdı Dünya
  • Əfv sərəncamının icrası başa çatdı – YENİLƏNİB Cəmiyyət
  • Neymar Messi ilə yenidən komanda yoldaşı ola bilər İdman
  • Hindistanda vacib görüş: İran Prezidenti BƏƏ vəliəhdi ilə danışıqlar apardı Siyasət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by