Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • İlham Mirzəyev son durumu açıqlandı – Vəziyyəti ağırdır Cəmiyyət
  • 100 qramı 900 kalori: Dünyanın ən yüksək enerji dəyərinə malik qidası Maraqlı
  • “Cibimdəki 200 manatı həmin dilənçiyə verdim” Mədəniyyət
  • Amerikanın “ikiqat zərbəsi” Tehranı sındıra bilməyəcək – Bloomberg  Siyasət
  • “Vaşinqton təxribatı”nı kim(lər) təşkil edib?! – Adlar, gizlinlər və təfərrüatlar… Siyasət
  • Körfəzdə savaş böyüyür: İran müharibəsi Putinin əlinə işləyir Siyasət
  • Pirşağıda dənizdə batan şəxsin axtarışları davam etdirilir Cəmiyyət
  • Taksi sürücüsündən ŞOK HƏRƏKƏT: “Uşaqlı adam götürmürəm” – VİDEO Cəmiyyət

Yeni qərar Bakının bu ərazisindəki mənzilləri bahalaşdıracaq – AÇIQLAMA

Posted on 28 Sentyabr 2026 By admin Şərh yoxdur Yeni qərar Bakının bu ərazisindəki mənzilləri bahalaşdıracaq – AÇIQLAMA

Bakının mərkəzində piyada zonaları genişləndirilir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, bir sıra mərkəzi küçələr avtomobillərin hərəkəti üçün bağlanır.

Belə ki, oktyabrın 5-dən Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsindən sonrakı hissəsi, Əbdülkərim Əlizadə, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması yalnız həftəsonları deyil, həftənin bütün günlərini əhatə edəcək.

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev  açıqlamasında bildirib ki, bu növ təcrübə nəinki şəhərin mərkəzində, şəhərin digər hissələrində də tətbiq olunmalıdır:

“Qeyd olunan ərazilər piyadalaşmış küçələr siyahısına daxil edilib. İstisna hallar kimi orada yaşayan insanlar üçün müəyyən giriş-çıxış imkanları mövcud olacaq. Həmçinin obyekt sahiblərinin gecə yarısından səhər saat 10-a qədər logistika imkanları nəzərə alınacaq. Ümumi olaraq, şəhər böyüyür amma şəhərin piyadalaşmış zonalarının sayı məhduddur. Düşünürəm ki, bu növ təcrübə nəinki şəhərin mərkəzində, şəhərin digər hissələrində də tətbiq olunmalıdır”.

Ekspert vurğulayıb ki, Bakının Baş planına görə şəhərin monosentrik quruluşdan polisentrikə doğru keçidi nəzərdə tutulub:

“Yəni, bir mərkəzli şəhərdən çox mərkəzliyə doğru keçid əsasında bu cür addımlar insanların öz yaşadığı ərazilərdə istirahətini təmin edəcək. İndiki mərhələdə piyadalaşmış küçələrimizin sayı artır. Fəvvarələr meydanı, Xəqani bağı ərazisi və İslam Səfərli küçəsini də bu layihə çərçivəsində düşünmək olar”.

R.Ağamirzəyev düşünür ki, vahid ekosistemin qurulması üçün Neftçilər prospekti boyu eyni səviyyəli piyada zolaqları və işıqforla tənzimlənən piyada keçidləri əlavə edilməlidir. Nəticədə, bir neçə nöqtədə insanların şəhərin mərkəzindən bulvara və əksinə çıxışı təmin olunar”.

“Digər tərəfdən, piyadalaşdırılma həmin ərazilərdəki biznes obyektlərinin dövriyyəsinin böyüməsinə və orada istirahət edən insanların təhlükəsizliyinin artmasına, səs-kirliliyinin azalmasına gətirib çıxaracaq. Ümumilikdə, bu infrastruktur ərazidə həm biznesin, həm kirayə mənzillərin, həm də ümumi mənzilin qiymətinə birbaşa təsir edən məqamlardandır. Belə ki, nəqliyyat əlçatanlığının yüksək olması burada yerləşən mənzil və obyektlərin qiymətinə artım istiqamətində təsir edir”, – deyə ekspert əlavə edib.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı
Next Post: Azərbaycanda bu bankın ləğvi tamamlandı

Related Posts

  • Dövlət Gömrük Komitəsində qadın şöbə rəisi TƏYİN EDİLDİ Ölkə
  • Əhalinin nəzərinə: Təşvişə düşməyin! Ölkə
  • Zamirə Ədilova vəzifəsindən azad olundu Ölkə
  • Müharibədən sülhə: Azərbaycan reallığı necə dəyişdi? Ölkə
  • Avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb Ölkə
  • XIII Qlobal Bakı Forumunun birinci günü yekunlaşıb -YENİLƏNİB Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Tramp İranla bağlı müttəfiqlərini çaşdırıb – “Bloomberg” Siyasət
  • Orban: Macarıstan Zelenskinin təhdidlərinə boyun əyməyəcək Siyasət
  • Yayda açıq havada gəzərkən bu mikroblara diqqət edin Cəmiyyət
  • Goranboyda həkim dərmandan zəhərləndi Hadisə
  • Aysberqlər Şimal Buzlu okeanında həyatı necə dəyişdi? Maraqlı
  • AzTU ilə MDU arasında mühəndislik təhsili və elmi-tədqiqat sahəsində əməkdaşlıq genişləndirilir Təhsil
  • Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib Ölkə
  • Bu ölkədə 90 gün vizasız qala biləcəyik Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by