Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Overçuk: Ermənistanda Rusiya qazından başqa heç bir qaz olmayacaq Dünya
  • Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir Dünya
  • Telefona cavab verməmək xarakteriniz barədə nə deyir? Maraqlı
  • “20 ildir millidəyəm, ilk dəfədir utanıram” İdman
  • “Bildirərik ki, pilləkəndən yıxılıb ölüb…” – 6 yaşlı uşağa işgəncə verən ögey ata məhkəmədə Kriminal
  • Bakıda 19 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb Hadisə
  • Yeniyetmələr arasında şiddəti bitirəcək 3 strategiya: zorakılığa meyilli uşaqlar bunları edir Dünya
  • La vérité sur les systèmes de paris infaillibles Blog

Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı

Posted on 28 Sentyabr 2026 By admin Şərh yoxdur Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı

Mütəxəssislər müntəzəm mütaliənin beyin sağlamlığına və ümumi rifaha müsbət təsir göstərə biləcəyini müəyyənləşdirib. Araşdırmalara görə, bunun üçün hər gün uzun saatlar kitab oxumağa ehtiyac yoxdur.

 Kembric Universiteti və “Queen’s Reading Room” təşkilatının alimləri oxumağın beyin və psixi sağlamlığa təsirini araşdırmaq üçün müxtəlif sorğuların, uzunmüddətli tədqiqatların və beyin görüntüləmə nəticələrinin məlumatlarını birləşdiriblər.

“Psychological Medicine” jurnalında dərc olunan nəticələrə əsasən, insanın öz seçimi ilə, zövq üçün mütaliə etməsi stress səviyyəsinin azalması, əhvalın yaxşılaşması və sosial əlaqələrin möhkəmlənməsi ilə əlaqələndirilir. Eyni zamanda, müntəzəm oxuyan insanlarda yaşlandıqca koqnitiv funksiyaların zəifləməsi riskinin daha aşağı olduğu müşahidə edilib.

55 yaşdan yuxarı 5400-dən çox sağlam insanın iştirak etdiyi araşdırmada mütəmadi kitab oxuyanların beşillik müşahidə dövründə koqnitiv pozuntularla üzləşmə ehtimalının daha aşağı olduğu müəyyənləşdirilib. 65 yaşdan yuxarı şəxslərlə aparılan başqa bir tədqiqatda isə mütaliənin Alzheimer xəstəliyi riskinin azalması ilə əlaqəli olduğu aşkarlanıb.

75 yaşdan yuxarı insanlar arasında aparılan başqa araşdırmada müntəzəm oxuyanlarda beş il ərzində demensiya inkişafı riskinin 35 faiz daha aşağı olduğu bildirilib.

Mütəxəssislər oxumağın stressin azalmasına da kömək edə biləcəyini qeyd edirlər. Araşdırmalardan birində cəmi altı dəqiqəlik mütaliənin stress səviyyəsinin aşağı düşməsi ilə əlaqəli olduğu müəyyən olunub. Sorğularda iştirak edənlərin böyük hissəsi isə kitab oxumağın psixi sağlamlıqlarına və ümumi əhvallarına müsbət təsir etdiyini bildirib.

Beyin görüntüləmə tədqiqatları da ömrü boyu daha çox oxuyan insanlarda dil məlumatlarının emalı ilə əlaqəli bəzi beyin bölgələrində toxuma qalınlığının daha çox olduğunu göstərib. Bədii əsər oxuyanlarda isə başqalarının düşüncə və baxışlarını anlamaqla əlaqəli beyin şəbəkələrində xüsusi aktivlik müşahidə edilib.

Bununla belə, alimlər vurğulayırlar ki, araşdırmaların əhəmiyyətli hissəsi müşahidə xarakterlidir. Bu səbəbdən mütaliənin qeyd olunan faydaların birbaşa səbəbi olduğunu qəti şəkildə demək mümkün deyil.

Mütəxəssislərin fikrincə, əsas məsələ oxunan səhifələrin sayı deyil, mütaliənin müntəzəm olmasıdır. Hətta gündə bir neçə dəqiqə, o cümlədən yatmazdan əvvəl təxminən 10 dəqiqə kitab oxumaq vərdişi uzunmüddətli perspektivdə faydalı ola bilər.

Maraqlı

Yazı naviqasiyası

Previous Post: Saçları ilə rəqibə iki qırmızı vərəqə aldırdı – VİDEO
Next Post: Yeni qərar Bakının bu ərazisindəki mənzilləri bahalaşdıracaq – AÇIQLAMA

Related Posts

  • Yer kürəsi 54 il fərqlə.. – FOTO Maraqlı
  • 4200 il əvvəl Yerdə güclü sivilizasiyaların süqutuna səbəb ola biləcək hadisə baş verib? Maraqlı
  • Ağırlıq qaldırmaq ömrü uzadırmı? Maraqlı
  • Qədim şəhərlər niyə yerin altında tikilib – Maraqlı SƏBƏB Maraqlı
  • Uşağın doğulduğu ay onun inkişafına təsir edir? – Araşdırma Maraqlı
  • Qəhvə diabet riskini azalda bilər Maraqlı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Kiyevdə daha bir körpü hədəfə alındı – Nəqliyyat dayandırıldı Siyasət
  • Azərbaycanda yüksək dəyəri olan sərvəti bilmədən zibilliyə atırlar – AÇIQLAMA Cəmiyyət
  • “Məhkəməyə verib 50 min təzminat tələb edəcəyəm” Mədəniyyət
  • Sinif yoldaşı tərəfindən yandırılan şagirddən XƏBƏR VAR Hadisə
  • Sumqayıtda zavod əməkdaşı avtobusda öldü Hadisə
  • Kremlin çirkli savaşı: Qafqazdan silinən Rusiya İlham Əliyevə qarşı ailə üzərindən hücum edir – Aqil Ələsgər yazır Siyasət
  • “Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim” Mədəniyyət
  • Toyuğu isti su ilə əridirsiniz? – Bu məlumatdan sonra fikriniz dəyişəcək Maraqlı

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by