Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • “Milla Dairy” yenidən təşkil olunur İqtisadiyyat
  • “Zirə” 5 futbolçu ilə yollarını ayırıb İdman
  • “Qarabağ” – “Tvente” matçına hakim təyinatı oldu İdman
  • Amerikanın “ikiqat zərbəsi” Tehranı sındıra bilməyəcək – Bloomberg  Siyasət
  • Dibinə heç kim çatmayıb: Dünyanın ən dərin şirin su mağarası Maraqlı
  • “Bu gün adının mənasını düşünən şagird sabah düzgün ad seçəcək” Təhsil
  • Milyonçunun qızı atası haqda: Ağıllı olsa da, bəzən düşüncəsiz insan kimi davranırdı Dünya
  • “Öldüyünə sevinirəm, artıq günahsız insanlara zərər verə bilməyəcək” – FOTO Dünya

Taksi sürücüsündən ŞOK HƏRƏKƏT: “Uşaqlı adam götürmürəm” – VİDEO

Posted on 14 Avqust 2026 By admin Şərh yoxdur Taksi sürücüsündən ŞOK HƏRƏKƏT: “Uşaqlı adam götürmürəm” – VİDEO

Bakıda taksi sürücüsü uşaqlı sərnişini yolda düşürüb.

Baku.ws xəbər verir ki, sərnişinin sözlərinə görə, o, taksi sifariş edib və avtomobilin gəlməsi üçün təxminən 8 dəqiqə gözləyib. Taksi gəldikdən sonra azyaşlı uşağı ilə birlikdə avtomobilə əyləşib.

İddiaya görə, sürücü əvvəlcə sərnişinlə kobud davranıb. Ardınca, təxminən 5-6 dəqiqə yol getdikdən sonra sürücü qəfil – “mən uşaqlı adam götürmürəm”, – deyərək avtomobili saxlayıb.

Sərnişin sürücüdən belə vəziyyətdə nə etməli olduğunu soruşsa da, sürücü onun avtomobildən düşməsini istəyib.

Hadisənin baş verdiyi avtomobilin dövlət nömrə nişanının 77-UY-148 olduğu bildirilir.

Sərnişin sürücünün bu davranışından narazı qalaraq məsələ ilə bağlı tədbir görülməsini istəyib.

“Bolt” şirkətinin mətbuat xidmətindən bildirilib ki, şirkətin əsas məqsədi sərnişinlər və tərəfdaş sürücülər üçün rahat, təhlükəsiz və keyfiyyətli xidmət təmin etməkdir.

“Platforma üzərindən qəbul edilmiş sifarişlərin məsafəsindən və ya ödəniş üsulundan asılı olmayaraq yerinə yetirilməsi gözlənilir.

Sürücünün sərnişindən əlavə ödəniş tələb etməsi, sifarişi ləğv etməsini istəməsi, əsassız səbəbdən sifarişi ləğv etməsi, sərnişinə qarşı qeyri-peşəkar davranması, o cümlədən narahatlıq yaradan şəxsi suallar verməsi və ya hər hansı digər uyğunsuz davranış nümayiş etdirməsi platformanın qaydalarına ziddir və qəbuledilməzdir. Bu kimi hallarla qarşılaşan sərnişinlərdən hadisə barədə tətbiq vasitəsilə məlumat vermələri xahiş olunur. Daxil olan hər bir müraciət araşdırılır və qaydaların pozulduğu təsdiqləndiyi hallarda müvafiq tədbirlər görülür.

“Bolt”un dəstək xidməti daxil olan bütün müraciətləri araşdırır. Şikayət təsdiqləndiyi təqdirdə sürücü ilə əlaqə saxlanılır, bu hallar onun reytinqinə təsir göstərir və təkrarlanarsa, hesabın deaktiv edilməsinə qədər tədbirlər görülə bilər.

Qeyd etmək istərdik ki, “Bolt” sürücülərlə mütəmadi olaraq kommunikasiya aparır, onlara platforma qaydaları, müştəri məmnuniyyətinin əhəmiyyəti və peşəkar xidmət standartları barədə məlumatlar təqdim edir. Məqsədimiz həm sərnişinlərin rahatlığını və təhlükəsizliyini, həm də platformada göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə saxlamaqdır”.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenə işləyəcək
Next Post: Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ

Related Posts

  • 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı – VİDEO Cəmiyyət
  • Brusellyoz təhlükəsi: xəstəlik necə yayılır və ondan necə qorunmaq olar? Cəmiyyət
  • Vətənin məğrur oğlu: Qazi Ceyhun Həsənovun doğum günü mübarək! Cəmiyyət
  • Məhkəmə sədrinə AĞIR İTKİ Cəmiyyət
  • Azərbaycana qarşı saxta xəbərlər yayan kanalın təsisçisi deport edildi Cəmiyyət
  • Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Tbilisidə keçirilən XVI Regional Dayanıqlı İnkişaf Forumunda iştirak edir. Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Kiyev: Moskva ilə gizli danışıqlar iflasa uğradı Dünya
  • Bakıda bu yollar BAĞLANACAQ Ölkə
  • Top Tips for Playing Progressive Jackpots in the UK Blog
  • Əmək bazarında yeni dinamika – Yerli kadrlar əcnəbi işçiləri üstələyirlər Ölkə
  • Qəzzada ölənlərin sayı 74 min nəfəri keçib Dünya
  • Azərbaycanda süni intellektlə bağlı yeni cəzalar hansı risklər yarada bilər? Ölkə
  • Sabah bu ərazilərdə qaz olmayacaq Cəmiyyət
  • La vérité sur les systèmes de paris infaillibles Blog

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by