Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Almaniyada məktəbə hücum: Ölənlər var Dünya
  • Daha 7 məşhur SAXLANILDI: Hande Erçel, Sabancılar.. Dünya
  • Fikrət Zeynalov: “Səhiyyə və təhsil müəssisələri ilə yerli media arasında birbaşa dialoq və əməkdaşlıq gücləndirilməlidir” Cəmiyyət
  • Köçəryanın oğlu haqqında həbs qətimkan tədbiri seçilib Dünya
  • Neosurf vs Paysafecard: Which Voucher Deposit Method Suits Australian Punters? Blog
  • Qavi “Barselona”ya qayıtmağa hazırlaşır İdman
  • Boliviyada yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 22-yə çatıb Dünya
  • Uşaqlar və yeniyetmələr üçün təhlükəli saç prosedurları AÇIQLANDI Dünya

YAP Mingəçevir şəhər təşkilatının 5 saylı ərazi partiya təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

Posted on 24 Oktyabr 2026 By admin Şərh yoxdur YAP Mingəçevir şəhər təşkilatının 5 saylı ərazi partiya təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatının 5 saylı ərazi partiya təşkilatında (Mingəçevir Dövlət Universiteti) partiyanın VIII Qurultayından irəli gələn vəzifələrə, yeni strateji hədəflərə və yerli təşkilatların fəaliyyət istiqamətlərinə həsr olunmuş tədbir keçirilib.


Tədbirdə Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, 5 saylı ərazi partiya təşkilatının sədr müavini Esmira Cəfərova, universitetin Tələbələrlə iş şöbəsinin mütəxəssisi Aslan Ələkbərzadə, eləcə də universitetin əməkdaşları, partiya fəalları və tələbələr iştirak ediblər.


Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin universitetdəki büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbiri giriş sözü ilə açan Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov qonaqları və iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətindən bəhs edib. O, Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələrin müzakirəsinin, yerli partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin və qarşıya qoyulan strateji hədəflərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Rektor ali təhsil müəssisələrinin gənclərin dünyagörüşünün formalaşmasında, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsində və fəal vətəndaş mövqeyinin inkişafında mühüm rol oynadığını qeyd edib. O, gənclərin təşəbbüslərinin dəstəklənməsinin, ictimai fəallığının artırılmasının və onların cəmiyyətin inkişafında iştirakının əhəmiyyətinə diqqət çəkib.


Daha sonra YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Yeni Azərbaycan Partiyasının Qurultayından irəli gələn vəzifələr və yerli təşkilatların fəaliyyət istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib. O, partiyanın VIII Qurultayının əhəmiyyətindən, qarşıya qoyulan strateji hədəflərdən və həmin vəzifələrin həyata keçirilməsində yerli partiya təşkilatlarının rolundan danışıb. Bildirib ki, təşkilati fəaliyyətin səmərəli qurulması, partiya üzvləri ilə işin gücləndirilməsi, ictimai təşəbbüslərin dəstəklənməsi və gənclərin partiya həyatında fəal iştirakının təmin edilməsi mühüm istiqamətlərdəndir.


5 saylı ərazi partiya təşkilatının sədr müavini Esmira Cəfərova “Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: tarixi zəfərdən yeni strateji hədəflərə” mövzusunda məruzə ilə çıxış edib. O, partiyanın inkişaf yoluna, Azərbaycanın qazandığı tarixi nailiyyətlərə və qarşıda duran yeni hədəflərə toxunub. Qeyd edib ki, əldə olunmuş uğurların davam etdirilməsi, müasir çağırışlara uyğun fəaliyyətin təşkili və partiyanın müəyyənləşdirdiyi strateji istiqamətlərin ardıcıl şəkildə həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.


Mingəçevir Dövlət Universitetinin Tələbələrlə iş şöbəsinin mütəxəssisi Aslan Ələkbərzadə “Yeni Azərbaycan Partiyasının gələcək hədəflərində gənclərin iştirakı” mövzusunda məruzə ilə çıxış edib. O, gənclərin ictimai-siyasi həyatda fəal iştirakının, onların bilik və bacarıqlarının, liderlik keyfiyyətlərinin və təşəbbüskarlığının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Gənclərin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və fəal vətəndaşlar kimi yetişməsinin, onların potensialının ölkənin inkişafı naminə səfərbər olunmasının əhəmiyyətini diqqətə çatdırıb.


Tədbirdə iştirak edən digər qonaqlar və iştirakçılar da müzakirələrə qoşularaq mövzular ətrafında fikir mübadiləsi aparıblar. Çıxışlarda VIII Qurultaydan irəli gələn vəzifələrin yerinə yetirilməsi, yerli partiya təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi, universitetlə partiya təşkilatı arasında əməkdaşlığın genişləndirilməsi və gənclərin ictimai-siyasi fəallığının artırılması məsələləri diqqət mərkəzində olub.


Tədbir qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində birgə fəaliyyətin, təşkilati işin gücləndirilməsinin və gənclərin ictimai təşəbbüslərinin dəstəklənməsinin əhəmiyyətinin vurğulanması ilə başa çatıb. Sonda xatirə şəkili çəkdirildi.

Esmira Hidayətova, Mingəçevir

Siyasət

Yazı naviqasiyası

Previous Post: İran asimmetrik müharibəyə tam hazırdır
Next Post: Sərhədləri aşan təhsil, qlobal akademik imkanlar: Mingəçevir Dövlət Universitetinin tələbələri xarici universitetlərdə təhsilə başlayıblar

Related Posts

  • Tramp: İran səbirsizliklə razılaşma gözləyir Siyasət
  • Tramp: “Bomba səsini eşitməyəndə əsəbləşirlər” Siyasət
  • İranda məktəbi bombalayan pilot ÖLDÜRÜLDÜ Siyasət
  • Hakan Fidan: Yekun sülh üçün Bakının haqlı narahatlıqları həll olunmalıdır Siyasət
  • Müharibə bu tarixədək bitəcək – İran Siyasət
  • İsrail əsgərləri Livanda minaya düşdülər Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Ülvi Quliyevdən ilk AÇIQLAMA İdman
  • “İndiki gənclər uşaq dünyaya gətirmək istəmir” Cəmiyyət
  • 90 yaşlı insanlar ən çox nəyə görə peşman olurlar? – Psixoloq cavabları açıqladı Cəmiyyət
  • Tragamonedas de frutas: clásicos que nunca fallan Blog
  • Rusiya: Fevralın əvvəlindən Ukraynada 12 yaşayış məntəqəsini ələ keçirmişik Dünya
  • 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Dövlətçilik Tarixində Dönüş Nöqtəsi Siyasət
  • Zaurun verilişinin yerinə bu layihə başlayır Mədəniyyət
  • “Bolmart” qiymətdə müştəriləri belə aldadır – Fotofakt Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by