Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Tarif Şurası QƏRAR VERDİ Ölkə
  • Bu ölkədə “France 24″ün yayımı dayandırıldı Dünya
  • Həkim açıqladı: Melatonin nə vaxt faydalı, nə vaxt təhlükəlidir Cəmiyyət
  • London nəhəngindən 25 milyon avroluq addım: Niderlandlı qolkiper “Çelsi”yə keçir – FOTO İdman
  • İran Hörmüz boğazını tamamilə bağlamaqla hədələyib Siyasət
  • Kosmosda qiyamət sınağı: İki qara dəlik toqquşmağa hazırlaşır Maraqlı
  • Deputata ağır itki üz verdi – FOTO  Ölkə
  • Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb Kriminal

İnqilab Şirinli:”Biz mütləq öz kəndimizə qayıdacağıq”

Posted on 2 Sentyabr 2026 By admin Şərh yoxdur İnqilab Şirinli:”Biz mütləq öz kəndimizə qayıdacağıq”

Kəlbəcər sakinlərinin vətən həsrəti, Müzəffər Ordumuzun qəhrəmanlığı və 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində bitmişdir. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu bir güllə atılmadan, siyasi-diplomatik yolla düşmən tapdağından azad edilmiş və tarixi ədalət bərpa olunmuşdur. Hazırda “Böyük Qayıdış” proqramı çərçivəsində kəlbəcərlilərin öz doğma yurdlarına köçürülməsi prosesi mərhələli şəkildə davam edir. İlk sakinlərin qayıdışı ilə Kəlbəcərin qədim kəndləri və dağları yenidən canlanır, bu torpaqlara əbədi sülh və həyat qayıdır desək, yanılmarıq.
Uşaqlığının ən gözəl illərini Kəlbəcər rayonunun Abdullauşağı kəndində keçirən müsahibimiz tanınmış telejurnalist, keçmiş məcburi köçkün, politoloq İnqilab Şirinli bizimlə müsahibəsində öz arzularının kerçəkləşməsi sevincini bizimlə bölüşüb.İnqilab Şirinli deyir ki, Şərqi Zəngəzuru tərk edəndə cəmi 15 yaşı vardı.

İllər ötüb, həyat davam edib. İnqilab müəllim isə uşaqlıq illərində ayrıldığı doğma torpağa bu dəfə öz övladları ilə geri dönəcək. 30 illik həsrətə son qoyulub.
İnqilab müəllim doğma torpaqlarda gələcəyə böyük ümidlə baxdıqlarını vurğulayıb. Bildirib ki,kəndi tez-tez gedib ziyarət edirlər:” Biz illərlə bu günün həsrətini çəkdik. İndi isə həmin arzunun gerçəkləşməsinin sevincini yaşayırıq,ən böyük arzumuz gənclərimiz,övladlarımız bundan sonra dədə-baba torpaqlarımızda firavan həyat sürsünlər”.
Qeyd edək ki,Kəlbəcər rayonunun Abdullauşağı kəndinin sakinləri ermənilər tərəfindən dağıdılmış tarixi körpünü şəxsi vəsaitləri və fiziki imkanları hesabına tam bərpa ediblər.İnqilab Şirinli bu barədə bizə geniş məlumat verib.(Müsahibə videomaterialda)
Onun sözlərinə görə, sakinlər bərpa etdikləri körpünü kəndin tarixi ilə əlaqədar “Şahsevənlər körpüsü” adlandırıblar. Həmçinin kəndin giriş hissəsində fərqli formatda kəndin tarixini əks etdirən tanıtım simvolu quraşdırılıb.
Bundan başqa, erməni vandallığı nəticəsində dağıdılmış kənd qəbiristanlığında da sakinlər tərəfindən abadlıq işləri aparılıb.
Qeyd edək ki, Abdullauşağı kəndinin tarixi kökləri Güney Azərbaycanın Ərdəbil mahalından gələn Şahsevən tayfası ilə bağlıdır.


Kənd sakinləri bildiriblər ki, bu addımları dövlətimizin “Böyük Qayıdış” strategiyasına dəstək olmaq, doğma torpaqlara qayıdışı təşviq etmək və kəndin tarixi-mədəni irsini yaşatmaq məqsədi daşıyır.

Esmira Hidayətova,Mingəçevir.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Mingəçevir Dövlət Universitetində Turizm Sənaye Şurası yaradılır
Next Post: İran sərhədçiləri dizel daşıyan gəmini ələ keçirdi

Related Posts

  • Bu ərazilərdə işıq olmayacaq Cəmiyyət
  • Mingəçevirdə kommunal xidmətlərin gücləndirilməsi istiqamətində yeni texnika istifadəyə verildi Cəmiyyət
  • Azərbaycanda bu ailələrə güzəşt tətbiq olunacaq Cəmiyyət
  • Bakıda xala tiktoker olan bacısı qızını məhkəməyə verdi Cəmiyyət
  • Şəbnəmdən İDDİALI AÇIQLAMA – “Onlara ən çox pul verən mənəm” Cəmiyyət
  • Brusellyoz təhlükəsi: xəstəlik necə yayılır və ondan necə qorunmaq olar? Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb Ölkə
  • MİDA güzəştli mənzillərin satışına BAŞLADI Ölkə
  • Sabaha olan hava proqnozu açıqlanıb Ölkə
  • Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalında iştirak ediblər Ölkə
  • BƏƏ 24 saatda bu qədər raket və dron ələ keçirdi Dünya
  • Şamil Basayev və Xəttabın dəstəsinin üç üzvü həbs olundu Dünya
  • Rusiya Ukraynanın Luqansk vilayətini tam ələ keçirdiyini açıqlayıb Dünya
  • Xırdalanda evlər ucuzlaşıb – VİDEO Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by