Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Dibinə heç kim çatmayıb: Dünyanın ən dərin şirin su mağarası Maraqlı
  • İnsidentdən sonra “Okuklu Holding”in tikinti cəhdi dayandırılıb – TƏFƏRRÜAT Hadisə
  • Mingəçevir Bələdiyyəsində 22 İyul – Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib Cəmiyyət
  • İsrailin hərbi maşınları Suriyaya daxil olub Siyasət
  • Həyat dinozavrlardan sonra düşündüyümüzdən daha tez qayıtdı – Alimlərin tədqiqatı Dünya
  • Rusiya dayansa, dayanarıq – Zelenski Siyasət
  • Bu, əsl qan tökülməsidir! – Ximenez İdman
  • Bağçalara qəbul prosesi davam edir: Bu il hansı dəyişikliklər tətbiq olunur? Ölkə

60 ildir səhnədədir – indi isə sədr oldu

Posted on 12 Sentyabr 2026 By admin Şərh yoxdur 60 ildir səhnədədir – indi isə sədr oldu

Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib.

 Şəfiqə Məmmədova haqqında maraqlı məlumatları sizinlə bölüşüruk.

Şəfiqə Məmmədova 30 mart 1945-ci ildə Dağıstanın Dərbənd şəhərində doğulub. Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini 1968-ci ildə bitirib.
Elə həmin il Azərbaycan Milli Dram Teatrının truppasına qəbul olunub. 1980-ci ildə teatrdan uzaqlaşaraq bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb.

Şəfiqə Məmmədova “Qaraca Qız” (Pəricahan xanım), “Dədə Qorqud” (Burla xatun), “İstintaq” (Gülya), “Bizim Cəbiş müəllim” (Cəbişin arvadı), “Ad günü” (Fəridə), “Çarvadarların izi ilə” (Səriyyə) bədii filmlərinə çəkilib.

Aktrisa Uilyam Şekspirin “Hamlet” (Gertruda), Aleksandr Şirvanzadənin “Nakam qız” (Sona), Lev Tolstoyun “Canlı meyit” (Maşa), Çingiz Aytmatovun “Ana torpağı” (Cenşengülün arvadı), Hüseyn Cavidin “Xəyyam” (Sevda), Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” (Pırpız Sona), Fridrix Şillerin “Məkr və məhəbbət” (Ledi Milford), Yucin O’Nilin “Qızıl” (Süzen) və s. kimi faciələrində  cazibədar səhnə obrazları yaradıb.

Şəfiqə Məmmədova Anarın “Şəhərin yay günləri” pyesinin tamaşasındakı Dilarə roluna görə Azərbaycan Dövlət mükafatına (1980), Rasim Ocaqovun çəkdiyi “İstintaq” filmindəki müstəntiqin arvadı obrazına görə isə SSRİ Dövlət mükafatına (1981) layiq görülüb.
Aktrisa 1974 -cü ildə “Azərbaycanın əməkdar artisti”, 1982-ci ildə “Azərbaycan SSR xalq artisti”, 2013-cü ildə “Şərəf” ordeni”, 2018-ci ildə “Cəfər Cabbarlı mükafatı” və 2020-ci ildə isə “I dərəcəli “Əmək” ordeni” qazanıb.

1995-2000-ci illərdə Azərbaycan Respublikası I çağırış Milli Məclisinin deputatı olub.
Qeyd edək ki, Şəfiqə Məmmədovanın qardaşı Məmməd Məmmədov da aktyor olub. Şəfiqə Məmmədova Azərbaycanın görkəmli teatr rejissoru Mehdi Məmmədovun həyat yoldaşı olub. Mehdi Məmmədovla birgə nikahından Ülvi adlı oğlu var. Ülvi Mehdi də valideynlərinin sənət ömrünü davam etdirir. Kinossenarist kimi fəaliyyət göstərir.

Mədəniyyət

Yazı naviqasiyası

Previous Post: Qubada avtomobillər toqquşdu – Xəsarət alanlar var – FOTO
Next Post: BMT-nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib – XİN

Related Posts

  • Məşhur müğənniyə ilik köçürüləcək Mədəniyyət
  • İbrahim Tatlısəs qızını məhkəməyə verdi Mədəniyyət
  • Hamiləlik iddialarına cavab vermədi, konsertlərini ləğv etdi Mədəniyyət
  • Mədəniyyəti yeni iqtisadi gücə necə çevirək? – Deputatdan maraqlı açıqlama Mədəniyyət
  • Mətanətdən qalmaqallı açıqlama: “Kişilər güclü qadın sevmir” Mədəniyyət
  • Əməkdar artist Aygün Bəylərin doğum günüdür Mədəniyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • KİV: “Tottenhem” rəhbərliyi İqor Tudora ultimatum verdi İdman
  • Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib Ölkə
  • Qrenlandiyalılar ABŞ konsulluğunun yaxınlığında etiraz aksiyası keçirdilər Dünya
  • Şəhid Şahin Heydər oğlu Kərimovun nəşi Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılıb Ölkə
  • Uşağın doğulduğu ay onun inkişafına təsir edir? – Araşdırma Maraqlı
  • Qué es el jackpot progresivo y cómo funciona Blog
  • Husilər Səudiyyə Ərəbistanı hərbçilərinə hücum edib – KİV Siyasət
  • Məşhur professor 50 kq arıqladı Maraqlı

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by