Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Qədim şəhərlər niyə yerin altında tikilib – Maraqlı SƏBƏB Maraqlı
  • Azərbaycanda inflyasiya artıb, azalıb? – Rəsmi rəqəmlər İqtisadiyyat
  • Skuter sürənlərə XƏBƏRDARLIQ Cəmiyyət
  • 80 milyon baxış, 1 milyon layk gəldi – Həmin VİDEO İdman
  • Xərçəngin qarşısını almağa və ürəyi qorumağa kömək edən məşhur giləmeyvə Maraqlı
  • “Oğlum məni rədd etməyib” – Mahir Emrelidən DANIŞDI Mədəniyyət
  • Məşhur erməni idmançını fitə basdılar İdman
  • Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak etdi Ölkə

Uşağın doğulduğu ay onun inkişafına təsir edir? – Araşdırma

Posted on 1 Avqust 2026 By admin Şərh yoxdur Uşağın doğulduğu ay onun inkişafına təsir edir? – Araşdırma

Harvard Universiteti və Kvinslend Universitetinin alimləri 21 minə yaxın uşaq üzərində araşdırma aparıb.

Tədqiqat zamanı uşaqların doğum ayı ilə koqnitiv inkişafı arasındakı əlaqə araşdırılıb.

Alimlər uşaqların inkişafını doğulduqları andan 7 yaşınadək izləyiblər.

Araşdırmanın nəticələrinə görə, oktyabr, noyabr və dekabr aylarında doğulan uşaqlar koqnitiv testlərdə yaşıdları ilə müqayisədə daha yüksək nəticələr göstərib.

Məlum olub ki, ilin son üç ayında doğulan uşaqlar yay aylarında dünyaya gələn yaşıdları ilə müqayisədə doğulduqları zaman orta hesabla bir qədər daha uzun və ağır olublar. Onların baş çevrələrinin də daha geniş olduğu müəyyən edilib.

Araşdırmada uşaqların 7 yaşında keçirilən zehni performans testlərinin nəticələri də diqqət çəkib. Qış aylarında doğulan uşaqların bu testlərdə statistik baxımdan cüzi üstünlüyə malik olduğu müəyyənləşib.

Alimlər bunun birbaşa doğum ayı ilə bağlı olmadığını bildirirlər.

Mütəxəssislərin fikrincə, hamiləlik dövründə mövsümi amillər də müəyyən rol oynaya bilər. Belə ki, qış aylarında doğuş edən anaların hamiləliyinin son ayları əsasən yay mövsümünə təsadüf edir. Günəş işığının çox olması, D vitamini və təzə qidalara çıxış kimi amillərin dölün inkişafına təsir göstərə biləcəyi ehtimal edilir.

Bununla yanaşı, alimlər “nisbi yaş effekti”nin də mühüm rol oynaya biləcəyini vurğulayırlar.

Eyni sinifdə oxuyan uşaqlar arasında bir neçə aya çatan yaş fərqi yarana bilər. Erkən uşaqlıq dövründə isə cəmi bir neçə aylıq inkişaf fərqi belə dil bacarıqları, diqqət müddəti və öyrənmə qabiliyyətinə təsir göstərə bilər.

Alimlər qeyd edirlər ki, bu nəticələr qış aylarında doğulan uşaqların daha ağıllı olduğu anlamına gəlmir. Uşağın koqnitiv inkişafına doğum ayı ilə yanaşı, genetika, ətraf mühit, ailə şəraiti və təhsil kimi bir çox amil təsir göstərir.

Maraqlı

Yazı naviqasiyası

Previous Post: Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Next Post: İspaniya Baş naziri Aİ-ni ittiham etdi: “Bu yanaşma qəbuledilməzdir”

Related Posts

  • Gölün dibində kosmik fəlakət izləri – 13 min il əvvəl nə baş verib? Maraqlı
  • Süni intellekt botları internetdə insanları geridə qoydu – “Cloudflare” Maraqlı
  • Altıncı hissi çox güclü olan BÜRCLƏR Maraqlı
  • Kosmos səyahəti insan bədəninə necə təsir edir? Maraqlı
  • Əhvalınızı düzəldəcək kiçik vərdişlər Maraqlı
  • Bu BÜRCLƏR gözlənilməz yerdən pul ALACAQ Maraqlı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • “TikTok” ABŞ-yə 400 milyon dollar ödəyəcək Dünya
  • Çinarə Fətəliyeva direktor təyin edildi İqtisadiyyat
  • “Sea Breeze”dən şəhərin mərkəzinə tramvay xətləri ÇƏKİLƏCƏK Cəmiyyət
  • İran ordusu Bəhreynin ən böyük telekom operatoruna dron zərbəsi endirib Siyasət
  • Azərbaycanlı gəlin toy qızılları ilə yoxa çıxdı – Video Hadisə
  • Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana gətirildi Kriminal
  • Azərbaycanda aviabilet qiymətləri daha əlçatan ola bilər Ölkə
  • Dövlətinə sədaqətli, xalqa bağlı bir ömrün ünvanı Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by