Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Bu günün valyuta məzənnələri İqtisadiyyat
  • Ülvi Quliyevdən ilk AÇIQLAMA İdman
  • Avropa İttifaqı Gürcüstanı hədələdi  Dünya
  • ABŞ-İran savaşının səssiz qalibi – Pekin Dünya
  • Trampın telekanallarla bağlı yeni QƏRAR Dünya
  • İsmayıllıda zəncirvari qəza – xəsarət alanlar var Hadisə
  • “İsrail Yaxın Şərq müharibəsinin son fəslinə yaxınlaşır” Siyasət
  • Sakit okeanda zəlzələ baş verdi Dünya

BMT-nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib – XİN

Posted on 12 Sentyabr 2026 By admin Şərh yoxdur BMT-nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib – XİN

7-11 sentyabrda Azərbaycanın ev sahibliyi və təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) dördüncü İqlim Həftəsi və paralel olaraq Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Həftə çərçivəsində ümumilikdə 68 tədbir təşkil olunub, 140-dan çox ölkədən 2 700-dək nümayəndə iştirak üçün qeydiyyatdan keçib.

Tədbirlərdə dövlətlərin nümayəndə heyətləri ilə yanaşı, müxtəlif beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, özəl sektor və akademik dairələrin nümayəndələri də iştirak edib.

UNFCCC-nin İqlim Həftəsi çərçivəsində Tərəflər Konfransının qərarlarından irəli gələn beynəlxalq iqlim gündəliyinin müxtəlif istiqamətləri üzrə 8 mandatlı iclas, həmçinin COP30 və COP31 sədrliyinin tədbirləri və UNFCCC-nin İcra Forumu çərçivəsində bir sıra sessiyalar keçirilib.

Paralel olaraq təşkil olunan Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Azərbaycanın COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə uyğun olaraq, eləcə də digər aktual mövzular üzrə Azərbaycan tərəfindən ümumilikdə 37 tədbir təşkil edilib.

Bununla yanaşı, COP30-da qəbul edilmiş müvafiq mandata uyğun olaraq, COP29, COP30 və COP31 sədrliyini həyata keçirən Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın iştirakı ilə Milli Adaptasiya Planlarının (NAP) və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) icrası ilə bağlı “Belém Missiyası 1.5” Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib.

Qeyd edək ki, UNFCCC İqlim Həftələrinə ev sahibliyi BMT-nin regional qrupları arasında rotasiya prinsipi əsasında təşkil olunur.

2026-cı ildə keçirilmiş iki UNFCCC İqlim Həftəsindən birincisi cari ilin aprel ayında Asiya və Sakit Okean regionunda Koreya Respublikasında, ikincisi isə Şərqi Avropa regionunda Azərbaycanda təşkil edilib.

Dünya

Yazı naviqasiyası

Previous Post: 60 ildir səhnədədir – indi isə sədr oldu
Next Post: Gürcüstanın keçmiş dövlət naziri həbs edildi

Related Posts

  • Alimlər Pompeydəki qazıntılar zamanı itmiş məkana aparan gizli pilləkənlər tapdı Dünya
  • İsveçrə Aİ-nin sanksiyalarına dəstək verdi Dünya
  • İstanbulda XİN rəhbərlərinin İran üzrə görüşü keçiriləcək Dünya
  • Hatayda güclü yağış sel və daşqınlara səbəb oldu – ölənlər var Dünya
  • Böyük Britaniyanın 32 dövlət xidmətinin saytı sıradan çıxarıldı Dünya
  • Ən yaxınlarından üz döndərənlər: valideynləri ilə ünsiyyət qurmayan Hollivud ulduzları Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb İdman
  • Ukraynada “Yoxa çıxmış sivilizasiya — Diqqətdən kənarda qalan fəlakət” kitabı nəşr olunub Dünya
  • “Orada konsertinə icazə verilirsə, deməli, səviyyəsi var” Mədəniyyət
  • İranda orduya qoşulmaq istəyənlərin sayı artır Dünya
  • Yeni müdir işçini nə zaman işdən çıxara bilməz? – AÇIQLANDI Cəmiyyət
  • Dünyanın ən xoşbəxt ölkəsi başqalarına da xoşbəxt olmağı öyrədəcək Dünya
  • Mingəçevirdə İlaxır Çərşənbə böyük coşqu ilə qeyd olundu Cəmiyyət
  • ABŞ miqrasiya siyasətini sərtləşdirmək üçün bundan istifadə edə bilər Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by