Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Mingəçevir Turizm Kollecinin direktoru jurnalistlər üçün Milli Mətbuat Günü münasibətilə səhər süfrəsi təşkil edib Ölkə
  • Babasıgilə gedib dayısının 10 min manat pulunu oğurladı Cəmiyyət
  • Kreml: İrəvan qərar verməlidir, nə qədər tez olsa.. Dünya
  • Mingəçevir Dövlət Universitetində bakalavriat səviyyəsi üzrə qəbul planı 100% dolub: 1750 nəfər tələbə adını qazanıb Təhsil
  • Top Mobile Pokies for Real Money in Australia Blog
  • Qəhrəmanlar unudulmur Cəmiyyət
  • Xalq artisti yenidən teatr səhnəsində: “Rəhbərlik dəvət etdi” Mədəniyyət
  • Mingəçevirdə baharın gəlişi münasibətilə ümumşəhər tədbiri keçirilib – Mingəçevir Dövlət Universiteti fəallığı ilə seçilib Təhsil

Rektor Anar Eminovdan abituriyentlərə mesaj: “MDU sizi gözləyir!”

Posted on 20 Avqust 202620 Avqust 2026 By admin Şərh yoxdur Rektor Anar Eminovdan abituriyentlərə mesaj: “MDU sizi gözləyir!”

Mingəçevir Dövlət Universitetində (MDU) yeni tədris ili ilə bağlı hazırlıqlar davam edərkən, abituriyentlər üçün də həyəcanlı gözlənti günləri yaşanır. Ali məktəblərə qəbulun nəticələrinin açıqlanmasına sayılı günlər qaldığı bir vaxtda MDU rektoru Anar Eminov abituriyentlərə müraciət edib.
Rektor öz müraciətində nəticələrini gözləyən gənclərin keçirdiyi həyəcanı bölüşdüklərini vurğulayıb və universitetin yeni tələbələrini böyük bir ailənin üzvü kimi qarşılamağa hazır olduğunu bildirib.
“Əziz abituriyentlər, nəticələrin açıqlanmasına cəmi bir neçə gün qalıb. İnanın, bu həyəcanı sizlər qədər biz də yaşayırıq”, – deyə Anar Eminov qeyd edib.
Rektor müraciətində abituriyentlərin aylarla göstərdiyi zəhmətə, gecə-gündüz çəkdikləri əziyyətə və böyük arzularına diqqət çəkərək, onların həyatında mühüm mərhələlərdən birinin artıq yaxınlaşdığını bildirib.
Onun sözlərinə görə, gənclərin uzun müddət hazırlaşaraq gözlədiyi nəticələrin elan olunacağı günə çox az vaxt qalıb. Anar Eminov hər bir abituriyentə uğurlar arzulayıb və yaxın günlərdə bir çox gəncin sevincini birlikdə paylaşacaqlarına ümid etdiyini bildirib.
“Ümid edirəm ki, yaxın günlərdə çoxunuzun sevincini birlikdə paylaşacağıq”, – rektor vurğulayıb.
Anar Eminov həmçinin Mingəçevir Dövlət Universitetinin yeni tələbələri qəbul etməyə hazır olduğunu xüsusi qeyd edib. Rektor abituriyentlərə müraciətində universitetin yalnız təhsil müəssisəsi deyil, eyni zamanda tələbələrin özlərini böyük bir ailənin parçası hiss edə biləcəkləri bir mühit olduğunu ifadə edib.
“Mingəçevir Dövlət Universiteti olaraq sizi böyük bir ailənin üzvü kimi qarşılamağa hazırıq. Uğurlarınız bol olsun! MDU sizi gözləyir!” – deyə Anar Eminov müraciətini tamamlayıb.
Qeyd edək ki, qəbul nəticələrinin açıqlanması minlərlə abituriyentin səbirsizliklə gözlədiyi əsas məqamlardan biridir. Nəticələrin elanından sonra gənclər topladıqları ballara uyğun olaraq ali təhsil müəssisələrində ixtisas seçimlərini müəyyənləşdirəcəklər.
Mingəçevir Dövlət Universitetinin rektorunun bu müraciəti isə xüsusilə MDU-da təhsil almağı planlaşdıran abituriyentlərə mənəvi dəstək xarakteri daşıyır. Universitet rəhbərliyi yeni tədris ilində tələbə adını qazanacaq gəncləri qarşılayacağı günü səbirsizliklə gözləyir.

Esmira Hidayətova, Mingəçevir

Təhsil

Yazı naviqasiyası

Previous Post: Pünhan Əlizadəyə yüksək vəzifə VERİLDİ
Next Post: Mingəçevirdə ilan və zərərli həşəratlara qarşı profilaktik tədbirlər görüldü – Zəngəzur küçəsində dərmanlama aparıldı

Related Posts

  • Komitə sədrindən məktəbli geyimləri ilə bağlı açıqlama: “Doğru deyil” Təhsil
  • Beynəlxalq uğurların arxasında dayanan əzm və məqsədyönlü fəaliyyət Təhsil
  • MDU əməkdaşlarının sağlamlığı diqqət mərkəzində Təhsil
  • Mingəçevirdə baharın gəlişi münasibətilə ümumşəhər tədbiri keçirilib – Mingəçevir Dövlət Universiteti fəallığı ilə seçilib Təhsil
  • MDU-nun Rektordan yeni təyinatlar – SİYAHI Təhsil
  • Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Baş nazir qazla bağlı yeni qərar imzaladı Cəmiyyət
  • Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı İdman
  • Kosmosda qiyamət sınağı: İki qara dəlik toqquşmağa hazırlaşır Maraqlı
  • 44 yaşlı müəllimə faciəli şəkildə öldü – FOTO Hadisə
  • Axtarışda olan 80 nəfər saxlanıldı Kriminal
  • Masallıda faciə: Baba və nəvə yanaraq ÖLDÜ – YENİLƏNİB Hadisə
  • Azərbaycanda 23 minə yaxın namizəd magistraturaya imtahan verəcək Ölkə
  • Maltadan dünyaya nümunə – ChatGPT Plus-a pulsuz giriş Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by