Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • İlham Əliyev Müctəba Xameneyini İranın ali rəhbəri seçilməsi münasibətilə təbrik edib Ölkə
  • Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib Ölkə
  • “Rəhbərlə bir gün”: Mingəçevər gəncləri İlham İsmayılovla görüşdü Siyasət
  • “Veliaht” izləyicilərinə pis xəbər Mədəniyyət
  • 27 sentyabr: müasir hərb tarixini dəyişən paradiqma Ölkə
  • SEPAH İsraili ABŞ ilə danışıqları pozmağa cəhddə ittiham edir Siyasət
  • Məscidə girib yarıçılpaq video çəkdi, saxlanıldı  Dünya
  • Qətər: İran raketi neft tankerinə düşüb Dünya

Azərbaycanda 23 minə yaxın namizəd magistraturaya imtahan verəcək

Posted on 16 Fevral 2026 By admin Şərh yoxdur Azərbaycanda 23 minə yaxın namizəd magistraturaya imtahan verəcək

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) baş tutacaq, imtahanda iştirak etmək üçün 22 780 bakalavr ərizə təqdim edib.
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Qeyd edilib ki, onlardan 20 790 nəfər Azərbaycan bölməsi, 1 990 nəfər rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 15 391-i cari ilin, 7 389-u isə əvvəlki illərin məzunlarıdır, 47 nəfər xarici ölkə vətəndaşıdır.
Qəbul imtahanı Bakıda 64, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 4, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 16 499, Naxçıvanda 542, Gəncədə 1 533, Sumqayıtda 1 712, Abşeronda 1 235, Mingəçevirdə 828, Lənkəranda 431 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 88 ümumi rəhbər, 248 imtahan rəhbəri, 2 069 nəzarətçi, 297 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İmtahanın müddəti 3 saat 30 dəqiqədir. İmtahan başlanandan üç saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları zal nәzarәtçisi tәrәfindәn yığılır. Bundan sonra iştirakçılara xarici dil fənni üzrə yazı işi (esse) vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə fevralın 14-də imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.
Ölkə

Yazı naviqasiyası

Previous Post: “HƏMAS”ın tərk-silah ediləcəyi vaxt açıqlandı
Next Post: Ən çox qızıl alan ölkələr – Azərbaycan neçəncidir?

Related Posts

  • Bu saatlarda qətiyyən ATM-dən pul çıxartmayın! Ölkə
  • İntensiv yağış, şimşək, dolu – XƏBƏRDARLIQ Ölkə
  • İlham Əliyev Slovakiya Prezidentinə mövqeyinə görə təşəkkür etdi Ölkə
  • Kəmaləddin Heydərovun ortağının şirkətində yoxlama aparılacaq: Xeyli miqdarda vergi borcu da var Dünya
  • Sabah 3 rayonda qaz olmayacaq Ölkə
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Azərbaycanda tanınmış musiqiçi VƏFAT ETDİ – FOTO Mədəniyyət
  • Evlərini əvəzləşmə qaydasında MTK-ya verənlərə XƏBƏRDARLIQ Ölkə
  • Azərbaycanda hər sürücünün tanıdığı adamdan ETİRAF: “Özüm də 40 manat cərimə olunmuşam” – VİDEO Cəmiyyət
  • Azərbaycanın Xalq artisti dəhşətli qəzaya düşüb, vəziyyəti ağırdır  Hadisə
  • FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb Ölkə
  • Qırğızıstanda sabiq nazir həbs edildi Dünya
  • “Ərimdən çox qazanıram, amma ondan PUL ALIRAM” Mədəniyyət
  • Bakıda MOTOSİKLET QƏZASI: ana və oğlu öldü Hadisə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by