Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Azərbaycanda yüksək dəyəri olan sərvəti bilmədən zibilliyə atırlar – AÇIQLAMA Cəmiyyət
  • Tramp İrana təşəkkür edib Siyasət
  • Ceyhun Bayramov Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmalarını tövsiyə edib Ölkə
  • Avtomobil inəkləri vurub, aşdı – Xəsarət alanlar var Hadisə
  • Seneqal millisi çempionluğunu bu şəhərdə qeyd edəcək İdman
  • Dostluq parkında yaşıllıqlara qulluq işləri aparılıb Cəmiyyət
  • Qonşu ölkədə apteklərin sayı Avropadakından üç dəfə çoxdur Dünya
  • Xamanei ilə vida mərasimi təxirə salındı Dünya

Həkim açıqladı: Melatonin nə vaxt faydalı, nə vaxt təhlükəlidir

Posted on 9 Aprel 2026 By admin Şərh yoxdur Həkim açıqladı: Melatonin nə vaxt faydalı, nə vaxt təhlükəlidir

Həkim Aleksandr Kazaçenkobildirib ki, melatonin ağır yan təsir riski yüksək olan preparatlar sırasına daxil olmasa da, onun nəzarətsiz qəbulu təhlükəli ola bilər.

Ölkə.az xəbər verir ki, bu barədə o, “Gazeta.ru” nəşrinə açıqlamasında danışıb.

Somnoloq izah edib ki, nəzarətsiz istifadə dedikdə dərmanın həkim təyinatı olmadan qəbulu, tövsiyə olunan dozaların pozulması və ya istifadə müddətinin uzadılması nəzərdə tutulur. Melatoninin tövsiyə olunan dozası 0,1–3 mq arasında dəyişir, maksimal icazə verilən doza isə 6 mq-dır (bəzi ölkələrdə bu hədd 10 mq-a qədərdir). Mütəxəssis bu dozanın aşılmamasını tövsiyə edir, çünki yüksək dozaların uzunmüddətli istifadəsinin təhlükəsizliyi ilə bağlı kifayət qədər elmi məlumat yoxdur.

Həkimin sözlərinə görə, əsas problemlərdən biri də melatoninin yuxusuzluğun səbəbləri araşdırılmadan istifadə edilməsidir. Onun “universal vasitə” kimi qəbul edilməsi yalnız qısa müddətli effekt verə bilər və daha sonra simptomlar geri qayıda bilər. Uzunmüddətli istifadə isə əsasən yalnız orqanizmində bu hormonun səviyyəsi aşağı olan pasiyentlərə tövsiyə olunur.

Melatoninin endokrin sistemə mənfi təsiri hələ tam sübut olunmayıb, lakin bu istiqamətdə əlavə araşdırmalara ehtiyac var.

Ən çox rast gəlinən yan təsirlər baş ağrısı və gündüz yuxululuğudur. Bundan əlavə, əsəbilik, narahatlıq, həyəcan, dəri qaşınması və arterial təzyiqin artması da müşahidə oluna bilər.

Mütəxəssis sonda vurğulayıb ki, melatonin müəyyən hallarda faydalı ola bilər, lakin yuxusuzluğun universal həlli deyil. Dərmanın istifadəsi diqqətlə yanaşma, düzgün doza seçimi və yuxu problemlərinin səbəblərinin anlaşılması ilə həyata keçirilməlidir. Bir çox hallarda isə düzgün yuxu rejiminə əməl etmək kifayət edir və əlavə preparata ehtiyac qalmır.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: AQTA-dan sahibkarlara XƏBƏRDARLIQ
Next Post: Yevlaxın bir hissəsində qaz kəsiləcək

Related Posts

  • Mingəçevirdə İlaxır Çərşənbə böyük coşqu ilə qeyd olundu Cəmiyyət
  • Şəbnəmdən İDDİALI AÇIQLAMA – “Onlara ən çox pul verən mənəm” Cəmiyyət
  • Bu iltihab uşaqlar üçün ciddi haldır – Valideynlərə XƏBƏRDARLIQ Cəmiyyət
  • Aktiv ƏDV ödəyicilərinin sayı çox artıb Cəmiyyət
  • Nadir Qafarzadə: Kül o ailənin başına ki, hədiyyəyə görə söz-söhbət yaranır Cəmiyyət
  • Test Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Ayaz Müseyibova yeni vəzifə verildi Cəmiyyət
  • “Avropada ölüm doğumu üstələyir” – İlon Maskdan xəbərdarlıq Dünya
  • Mingəçevir məktəbliləri üçün növbəti maarifləndirici görüş təşkil olunub. Cəmiyyət
  • “Əl-Əhli” erməni futbolçunu 25 milyona aldı İdman
  • AB liderləri Orbanın tələsinə düşdülər – KİV Siyasət
  • “TikTok” ABŞ-yə 400 milyon dollar ödəyəcək Dünya
  • 44 yaşlı müəllimə faciəli şəkildə öldü – FOTO Hadisə
  • Özbəkistan zəvvarların Ümrəyə göndərilməsini dayandırıb Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by