Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • ASCO sədrindən tapşırıq – Qohumlar bir yerdə işləyə bilməyəcəklər Ölkə
  • Son 4 mövsümün ən böyük hesabı İdman
  • Sonsuzluqla bağlı hansı yanlış inanclar var? – AÇIQLAMA Cəmiyyət
  • Məşhur professor 50 kq arıqladı Maraqlı
  • Hamiləlik iddialarına cavab vermədi, konsertlərini ləğv etdi Mədəniyyət
  • “Nyukasl”la oyunun biletləri bu gün satışa çıxarılır İdman
  • Əməkdar incəsənət xadimi vəfat edib Cəmiyyət
  • AFFA “Qarabağ” və “Sabah”ı sərt cəzalandırdı İdman

Bakı Metropolitenindən bloqerin şikayətinə cavab – “Xətdən qatar çıxarılmayıb”

Posted on 22 Avqust 2026 By admin Şərh yoxdur Bakı Metropolitenindən bloqerin şikayətinə cavab – “Xətdən qatar çıxarılmayıb”

Bloqer Afət Abdullayeva “Bakı Metropoliteni” QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətindən kəskin narazılığını bildirib.

O sosial şəbəkə hesabında paylaşım edərək ictimai nəqliyyatda ciddi problemlərin yaşandığını iddia edib.

“Vəziyyət ağırdır. Metropoliten rəhbərliyindən kimsə qatarlardan istifadə edir? Vəziyyətdən xəbərləri var? Beş stansiyadır, haradasa 1 saat 10 dəqiqədir qatar gözləyirik. Gah yarıda düşürür, gah gec-gec gəlir. AYNA-ya nə deyəsən, 20 dəqiqə avtobus gözləyirsən. Avtobusların saylarını çoxaltmaq lazımdır. Arada səlahiyyətli şəxslər nəqliyyat vasitələrindən istifadə etsinlər ki, sıravi şəxslərin nə çəkdiyini görsünlər. Müsahibə verməklə deyil”, – deyə A. Abdullayeva vurğulayıb.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo“ya bildirilib ki, Qırmızı xətt üzrə qatarların hərəkəti normal iş rejimi şəraitində təmin olunub və hər hansı texniki nasazlıq səbəbindən xətdən qatar çıxarılmayıb:

“Hətta xətlərin ayrılması layihəsinə başlandıqdan sonra Qırmızı xətt üzrə müstəqil hərəkət təşkil olunması intervalın 1 dəqiqə azaldılması ilə bağlı ilk tədbirləri görməyə şərait yaradıb. Nəticədə, interval iki xəttin hər birinin ayrı-ayrılıqda fəaliyyət sahəsində 3 dəqiqə 30 saniyə idisə, hazırda Qırmızı xəttin “İçərişəhər” stansiyasında aparılmış gücləndirmə tədbirləri sayəsində 2 dəqiqə 30 saniyəyə endirilib.

Məlumdur ki, “Həzi Aslanov” stansiyasının dalan yolunda yenidənqurma işləri 2 ilə yaxındır davam edir. Bu səbəbdən, “Əhmədli” və “Həzi Aslanov” stansiyaları arasında məkik hərəkət təşkil edilib və interval günün sərnişin axını saatlarına uyğun olaraq, 5 və 7 dəqiqə təşkil edir. Həmçinin xəttə xidmət göstərən “Nərimanov” elektrik deposu xəttin orta sahəsində yerləşir. Gün ərzində normativ tələblərə uyğun baxış, qulluq və xidmət göstərilməsi və “Bakmil” istiqamətində sərnişinlərin hərəkətini təmin etmək üçün qrafik əsasında qatarların depoya çıxarılması təmin edilir və digər qatarla əvəzlənir. Qatarlar xəttə “Nərimanov” stansiyasından daxil olur”.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Əməkdar jurnalist Nurani dəfn olundu
Next Post: Daha bir ölkə “Məkkə Sazişi”nə qoşulmaq istəyir

Related Posts

  • Miqren yalnız baş ağrısı deyil – Həkimdən xəbərdarlıq Cəmiyyət
  • Mingəçevir məktəbliləri üçün növbəti maarifləndirici görüş təşkil olunub. Cəmiyyət
  • Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! – FOTO Cəmiyyət
  • Mingəçevirdə Azərbaycan Polisi Günü münasibətilə təntənəli tədbir keçirilib, fərqlənən əməkdaşlar təltif olunublar Cəmiyyət
  • Təbiət qoynunda istirahət edənlərin diqqətinə – Nazirlik XƏBƏRDAQLIQ yaydı Cəmiyyət
  • Esmira Fuad: Kəlağayı Azərbaycan qadınının zərifliyini, milli-mənəvi dəyərləri əks etdirir Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Rusiya təhlükədir, Türkiyə isə… – Rama Siyasət
  • Ölkə
  • “Bölgə.az” xəbər portalından Esmira Hidayətovaya 8 Mart təbriki Cəmiyyət
  • Avropanın səhvi, Bakının üstünlüyü- Azərbaycansız nə enerji, nə təhlükəsizlik Ölkə
  • Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı Cəmiyyət
  • ABŞ və İran razılığa gəldi Siyasət
  • Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR Ölkə
  • Mövsümün sonunda İngiltərə nəhəngindən ayrılacaq İdman

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by