Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Ötən gün 124 nəfər tutulub, 100-ü borca görə Kriminal
  • UFC prezidentindən azərbaycanlı azarkeşlərə xüsusi çağırış – VİDEO İdman
  • Sabunçuda evdən 9 min manat oğurlanıb Kriminal
  • Livan hökuməti Hizbullahın hərbi fəaliyyətini qadağan etdi Dünya
  • “Hansı əmr və ya tapşırıq alsalar da, bunu dəyişə bilməzlər” – Kobaxidze Siyasət
  • Sabah Yardımlıda qaz olmayacaq Cəmiyyət
  • İsrail qırıcıları Macarıstan təyyarəsinə görə havaya qalxdı Dünya
  • Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb Cəmiyyət

Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib

Posted on 9 Fevral 202610 Fevral 2026 By admin

Mingəçevir Dövlət Universitetində (MDU) 2025/2026-cı tədris ili üzrə Elmi Şuranın növbəti və geniştərkibli iclası keçirilib. İclas 6 fevral 2026-cı il tarixində baş tutub. Toplantıda Elmi Şura üzvləri ilə yanaşı, universitetin struktur bölmə rəhbərləri də iştirak ediblər.

İclası giriş sözü ilə açan MDU-nun rektoru Anar Eminov gündəlikdə duran məsələlər barədə iştirakçılara ətraflı məlumat verib və müzakirələrin əhəmiyyətini vurğulayıb.

Gündəlikdə ilk olaraq 2025/2026-cı tədris ilinin payız imtahan sessiyasının nəticələrinə dair hesabat dinlənilib. Hesabatda imtahanların nəticələri, mövcud vəziyyət və qarşıda duran əsas vəzifələr diqqətə çatdırılıb. Məsələ Elmi Şura üzvlərinin təklif və tövsiyələri nəzərə alınmaqla qəbul edilib.

Daha sonra universitetdə təcrübə və karyera inkişafı sahəsində görülən işlərə dair hesabat təqdim olunub. Hesabatda tələbə və magistrantların istehsalat və pedaqoji təcrübələrinin təşkili, təcrübə yerlərinin və rəhbərlərin müəyyənləşdirilməsi, eləcə də karyera imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib və müzakirələr aparılıb.

İclas cari məsələlərin müzakirəsi ilə davam edib. Bu çərçivədə Apellyasiya Komissiyasının hesabatı dinlənilib, edilən müraciətlərin statistik göstəriciləri Elmi Şuranın diqqətinə çatdırılıb. Eyni zamanda, 2025/2026-cı tədris ilinin payız imtahan sessiyasında 100 bal toplayan tələbələrə, həmçinin Orhun Mübadilə Proqramı çərçivəsində keçirilən müsabiqələrin qaliblərinə 500 manat məbləğində rektorun birdəfəlik təqaüdünün verilməsi barədə qərar qəbul edilib.

Bununla yanaşı, Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında əməkdaşlığın genişləndirilməsi, tələbə və müəllim mübadiləsinin təşkili məqsədilə İşçi Qrupunun yaradılması məsələsi müzakirə olunaraq təsdiq edilib.

İclasda Elmi-Metodiki Şuranın yeni tərkibinin təsdiqi, bakalavr və magistratura təhsil səviyyələri üzrə imtahan və tədris prosesinə dair bir sıra normativ məsələlər də müzakirə edilib. Xüsusilə imtahan qayda pozuntuları ilə bağlı tətbiq edilən mexanizmlər, magistratura səviyyəsi üzrə fənn proqramlarının təsdiqi və bakalavriat təhsil səviyyəsində imtahan prosesində qayda pozuntusuna yol verən tələbələrə münasibətdə tətbiq ediləcək prosedurlar barədə qərarlar qəbul olunub.

İclasın sonunda rektor Anar Eminov 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının obyektiv və şəffaf şəkildə təşkilinə görə universitetin akademik və inzibati heyətinə təşəkkür edib.

Esmira Hidayətova, Mingəçevir

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Xalq artisti Aygün Kazımova yeni görüntüləri ilə gündəmə gəlib.
Next Post: “Biri ilə çay içirəm, başqa yerə yozur”

Related Posts

  • Sürücülərin diqqətinə! Cəmiyyət
  • Mingəçevirdə əmək yarmarkası keçirilib, çoxsaylı vakansiyalar təklif olunub. Cəmiyyət
  • Dəhlizdə bu 5 əşyanı saxlamayın – Uğurun qarşısını kəsir Cəmiyyət
  • Yayda açıq havada gəzərkən bu mikroblara diqqət edin Cəmiyyət
  • Mingəçevir məktəbliləri üçün növbəti maarifləndirici görüş təşkil olunub. Cəmiyyət
  • Miqren yalnız baş ağrısı deyil – Həkimdən xəbərdarlıq Cəmiyyət

  • Ukraynanın bu ərazilərində məcburi təxliyə elan edildi Dünya
  • Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı – SİYAHI Maraqlı
  • Dostluq parkında yaşıllıqlara qulluq işləri aparılıb Cəmiyyət
  • ABŞ-İran danışıqlarına töhfə vermək üçün Tehrana getdilər Siyasət
  • Meşədən 43 yaşlı kişinin meyiti tapıldı Hadisə
  • Cómo funciona el programa de puntos VIP en los casinos online Blog
  • Xocalı rayonuna qayıdan daha 41 ailəyə açarlar təqdim edilib – YENİLƏNİB Cəmiyyət
  • “Qələmimlə qəhrəmanlarımızın yolunu işıqlandırmağa çalışıram” – Mingəçevirli gənc şair Nərmin Əliyeva ilə müsahibə Mədəniyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by