Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Bəzi yerlərdə külək güclənəcək – XƏBƏRDARLIQ Ölkə
  • Beynəlxalq uğurların arxasında dayanan əzm və məqsədyönlü fəaliyyət Təhsil
  • Rusiya dayansa, dayanarıq – Zelenski Siyasət
  • Manatın real məzənnəsi ARTDI İqtisadiyyat
  • Mingəçevir məktəbliləri üçün növbəti maarifləndirici görüş təşkil olunub. Cəmiyyət
  • Sakinlər narahatdır: Sahibsiz itlər uşaqlara hücum edir Cəmiyyət
  • Evlərini əvəzləşmə qaydasında MTK-ya verənlərə XƏBƏRDARLIQ Ölkə
  • Azərbaycanda xəstəxana direktoru cərimələndi – SƏBƏB Ölkə

Deputatdan təklif: Cərimələr minimum məbləğlə müəyyənləşdirilsin

Posted on 10 Aprel 2026 By admin Şərh yoxdur Deputatdan təklif: Cərimələr minimum məbləğlə müəyyənləşdirilsin

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər mütərəqqidir və dəstəkləyirəm. Bununla yanaşı, müzakirə etdiyimiz təkliflər ilə bağlı bir sıra təkliflərimi də təqdim etmək istərdim. Məcəllənin 308-1 maddəsində təklif edilən dəyişikliklərə əsasən, dövlət vəsaitindən təyinatı üzrə istifadə edilmədikdə xeyili miqdarda törədildikdə cinayət predmetinin dəyərinin, yəni təyinatından kənar istifadə olunan vəsaitin 100 faizi miqdarında cərimə edilməklə azadlıqdan mərhum olunma nəzərə tutulur. Mövcud mətndə cərimələr 9-13 min manat intervalında dəyişir”.

Bunu deputat Vüqar Bayramov parlamentdə çıxışı zamanı deyib.
Deputat bildirib ki, yəni, yeni dəyişikliklər ilə fiks cərimə mexanizmdən faiz meyarına keçidi reallaşdırır: “Bununla yanaşı, təklif edərdim ki, bu maddə üzrə konkret cərimə məbləğlərinin minimum həddləri müəyyənləşdirilsin. Çünki bu zaman dövlət vəsaitinin təyinatından yayındırmağa görə dəymiş ziyan məbləği üzrə cərimələrin minimum məbləği müəyyənləşə bilər. Bu baxımdan təklif edirəm ki, müzakirə etdiyimiz dəyişiklik bu redaktədə təqdim olunsun: “Dövlət vəsaitindən təyinatı üzrə istifadə edilmədikdə xeyili miqdarda törədildikdə minimum əmək haqqının bəlli mislindən az olmamaq şərti ilə cinayət predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) 100 faizi miqdarında cərimə edilməklə azadlıqdan mərhum edilsin”. Burada minimum əmək haqqı misli ilə bağlı konkret rəqəm qanunverici dəyişiklik təşəbbüsü  ilə çıxış edən qurum tərəfindən müyyənləşdirilə bilər.

Həmin məcəllənn 308-1-2 maddəsinə təklif edilən düzəlişlərdən biri bu maddədə nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət predmetinin dəyərini (təyinatından kənar istifadə olunan vəsaitin)  tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunmasıdır. Məcəllə ilə xeyili miqdarda ziyan 50-250 min manat arası ziyan, külli miqdarda isə 250 min manatdan çox olan ziyan kimi təsnifləşdirilir. İnkişaf etmiş ölkələrdə, eləcə də bir sıra MDB dövlətlərində məsuliyyətdən azad olunma halı sadəcə kiçik məbləğli cinayət törədənlərə şamil edilir. Xeyili miqdarda ziyanın məbləği Azərbaycanda minimum əmək haqqının 125 mislindən 625 misli arasında dəyişir. Külli miqdarda olan ziyan isə minimum əmək haqqnın 625 mislindən baslayan rəqəmlər ilə ifadə olunur. Ona görə, bu maddə üzrə dəymiş ziyanın məbləğinin konkretləşdirilməsinə və həmin halın böyük rəqəmlər ilə ifadə olunan vəsait yayındırmalarına şamil olunmaması təklif edərdim”.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Bakıda idman qidaları ilə bağlı fitness zallarında reyd keçirib, qanunsuzluqlar aşkarlanıb
Next Post: Buraxılış imtahanının nəticəsi bu tarixdə açıqlanacaq

Related Posts

  • Əməkdar jurnalist Nurani dəfn olundu Cəmiyyət
  • İlham İsmayılovdan Mingəçevir xanımlarına 8 Mart təbriki Cəmiyyət
  • Sadə ürək yanması deyilmiş: təhlükəli xəstəliyin gizli əlaməti Cəmiyyət
  • Gecə yemək yeyənlərin nəzərinə – Bu xəstəliyə səbəb olur Cəmiyyət
  • Şəhid Şahin Heydər oğlu Kərimovun ailəsinə başsağlığı Cəmiyyət
  • Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • ABŞ miqrasiya siyasətini sərtləşdirmək üçün bundan istifadə edə bilər Dünya
  • Başqa planetdən radiosiqnal qeydə alındı – Yadplanetlilər gəlir? Maraqlı
  • WUF13-də iştirak edən dövlət başçılarının və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafət verilib Ölkə
  • “İmişli” “Kəpəz”ə, “Sumqayıt” “Qəbələ”yə qalib gəldi İdman
  • Xırdalandakı güclü yanğın olub – VİDEO Hadisə
  • II Qareginin Gürcüstana getməsinə icazə vermədilər Dünya
  • Azərbaycan nefti cüzi ucuzlaşıb İqtisadiyyat
  • KİV: İranın yeni müvəqqəti ali liderinin evi vuruldu – VİDEO Siyasət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by