Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Unikal tısbağa dünyanın ən ölümcül yırtıcılarından biri tərəfindən ovlanır – Harada yaşayır? Maraqlı
  • Bakıda DƏHŞƏTLİ YANĞIN – Ölən var – VİDEO Hadisə
  • “Qalatasaray”ın oyunçusu Fransa klubuna transfer olundu İdman
  • İran Hörmüz boğazını tamamilə bağlamaqla hədələyib Siyasət
  • Milyonçunun qızı atası haqda: Ağıllı olsa da, bəzən düşüncəsiz insan kimi davranırdı Dünya
  • Arda Turan futbol tarixinə düşdü İdman
  • Azərbaycanda inflyasiya artıb, azalıb? – Rəsmi rəqəmlər İqtisadiyyat
  • Təzəpir məscidində bayram namazı qılınıb Cəmiyyət

MDU-da “The Journal of Scientific Vectors” jurnalının rəsmi saytı təqdim olunub

Posted on 23 İyun 2026 By admin Şərh yoxdur MDU-da “The Journal of Scientific Vectors” jurnalının rəsmi saytı təqdim olunub

Mingəçevir Dövlət Universitetində “The Journal of Scientific Vectors” beynəlxalq elmi jurnalının rəsmi saytının təqdimatı keçirilib.

2026-cı ilin 23 iyun tarixində keçirilən təqdimat mərasimində universitetin bir qrup akademik-inzibati heyət üzvü iştirak edib.

Tədbirin əsas məqsədi MDU-da elmi nəşr fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili, tədqiqat nəticələrinin daha geniş akademik auditoriyaya çatdırılması və universitetin elmi kommunikasiya imkanlarının rəqəmsal mühitdə gücləndirilməsi olub.

Tədbiri giriş sözü ilə açan MDU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova universitetdə elmi-tədqiqat fəaliyyətinin inkişafı, akademik nəşr mədəniyyətinin formalaşdırılması və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından yeni jurnal platformasının əhəmiyyətini vurğulayıb.

Prorektor qeyd edib ki, “The Journal of Scientific Vectors” iqtisadiyyat və enerji mühəndisliyi sahələrində nəzəri, empirik və tətbiqi tədqiqatların dərcinə yönələn beynəlxalq, resenziyalı akademik jurnal kimi MDU-nun elmi potensialının beynəlxalq müstəvidə tanıdılmasına mühüm töhfə verəcək.

Bildirilib ki, jurnal iqtisadi sistemlər, siyasət çərçivələri, enerji istehsalı və infrastrukturunun mühəndislik əsasları, enerji texnologiyaları, enerji səmərəliliyi, ənənəvi enerji sistemlərindən bərpa olunan enerji mənbələrinə keçid və iqtisadi inkişafla enerji texnologiyaları arasındakı qarşılıqlı əlaqələr üzrə elmi araşdırmalar üçün akademik platforma rolunu oynayacaq.

Daha sonra MDU-nun Rəqəmsal transformasiya şöbəsinin baş mütəxəssisi Əziz Əmiraslanov jurnalın rəsmi saytının funksional imkanları barədə təqdimat edib və iştirakçılara saytın strukturu, istifadəçi interfeysi, məqalə qəbulu və redaksiya proseslərinin idarə olunması haqqında ətraflı məlumat verib.

Təqdimat zamanı saytın elmi məqalələrin qəbulu, qiymətləndirilməsi və nəşrə hazırlanması prosesinin daha sistemli, şəffaf və operativ şəkildə həyata keçirilməsinə imkan yaradacağı, həmçinin beynəlxalq elmi bazalar və akademik axtarış sistemləri üçün əlçatanlığı artıracağı diqqətə çatdırılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb, saytın gələcək inkişaf istiqamətləri, jurnalın beynəlxalq indeksləşmə perspektivləri və MDU-da elmi nəşr fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Esmira Hidayətova, Mingəçevir

Təhsil

Yazı naviqasiyası

Previous Post: 23 İyun Dövlət qulluqçularının peşə bayramı günü qeyd edildi.
Next Post: Guía de depósitos y retiros con PayPal en casinos online de España

Related Posts

  • Rus bölmələrində oxuyan şagirdlər üçün yeni DƏYİŞİKLİK Təhsil
  • MDU-nun Rektordan yeni təyinatlar – SİYAHI Təhsil
  • MDU-da yeni laboratoriyalar tələbələrin praktiki hazırlığını gücləndirəcək Təhsil
  • Rektor Anar Eminov: “Universitet-sənaye əməkdaşlığı tələbə, məzun və əməkdaşlarımız üçün yeni imkanlar yaradır” Təhsil
  • 239 balla hansı universitet? Sosial şəbəkələrdə MDU-ya maraq diqqət çəkdi Təhsil
  • “Bu gün adının mənasını düşünən şagird sabah düzgün ad seçəcək” Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb Ölkə
  • Azərbaycanda hər sürücünün tanıdığı adamdan ETİRAF: “Özüm də 40 manat cərimə olunmuşam” – VİDEO Cəmiyyət
  • Konqoda üsyançılar tərəfindən ən azı 300 mülki şəxs qaçırılıb Dünya
  • La vérité sur les systèmes de paris infaillibles Blog
  • İranlı deputat: Müharibə illərlə davam etsə raketimiz tükənməyəcək Siyasət
  • “Beşiktaş” Medinanı transfer etmək istəyir İdman
  • Mingəçevirli 700 bal toplayan Burlaxatun Məcidliyə Prezident təqaüdü verildi Təhsil
  • “Rəhbərlə bir gün”: Mingəçevər gəncləri İlham İsmayılovla görüşdü Siyasət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by