Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Müharibədən sülhə: Azərbaycan reallığı necə dəyişdi? Ölkə
  • Zidan Fransa millisinin sükanı arxasına keçir: Deşamı əvəz edəcək İdman
  • Mingəçevirdə Prokurorluğun 108-ci ildönümü qeyd edildi Cəmiyyət
  • Ayın 2-də şimşək çaxacaq, yağış yağacaq – PROQNOZ Ölkə
  • Köçəryanın oğlu haqqında həbs qətimkan tədbiri seçilib Dünya
  • OPEK nazirləri görüşəcəklər: Hasilat həcmi artırılacaq? Ölkə
  • Qaz uğrunda savaş: İsrail bazara girir, Bakı üstünlüyünü qoruyur Siyasət
  • Qarpızı bu formada yeməyin – Faydası olmayacaq Maraqlı

Milyonçunun qızı atası haqda: Ağıllı olsa da, bəzən düşüncəsiz insan kimi davranırdı

Posted on 20 Mart 2026 By admin Şərh yoxdur Milyonçunun qızı atası haqda: Ağıllı olsa da, bəzən düşüncəsiz insan kimi davranırdı

Rusiyada tanınmış biznesmen və keçmiş senator Umar Cəbrailovun 32 yaşlı qızı Alvina Cəbrailova sosial şəbəkədə canlı yayıma çıxaraq ailəsi, atasının sərvəti və onların mürəkkəb münasibətləri barədə sensasion açıqlamalar verib.

Alvina atasından qalan mirasın gözlənildiyi qədər böyük olmadığını deyib.

Onun sözlərinə görə, biznesmenin böyük sərvəti illər ərzində dəbdəbəli həyat tərzinə – məşhurlarla keçirilən gecələrə, yaxtalara və bahalı əyləncələrə xərclənib: “Sağa-sola milyonlar, milyardlar paylayırdı. İndi isə mənim mirasım – sadəcə bu gün sahib olduğumdur. Artıq böyümüşəm və hər şeyi qaydaya salmaq mənim məsuliyyətimdir”.

Alvina uşaqlığını “əyləncəli” adlandırsa da, indi anlayır ki, əsas olan var-dövlət yox, insanın özünü təmin etmə bacarığıdır. O, atasını həm sevdiyini, həm də tənqid etdiyini gizlətməyib: “Onu sevirəm, amma eyni zamanda tənqid edə bilirəm. İnsan həm yaxşı, həm də pis ola bilər”.

O bildirib ki, atasını daha çox media vasitəsilə tanıyıb: “Atam хаrizmatik, ağıllı və zarafatcıl idi. Amma içində çox təhlükəli, qaranlıq tərəf də var idi. Mən onu insan kimi o qədər də yaxşı tanımırdım”.

Ən sarsıdıcı açıqlamalardan biri isə zorakı davranışlarla bağlı olub. Onun sözlərinə görə, atası onu illərlə spirtli içki içməyə məcbur edib: “Məni içki içməyə vadar edirdi. Bəzi şeylər var ki, danışmaq belə istəmirəm. O, ağıllı olsa da, bəzən düşüncəsiz insan kimi davranırdı”.

Qeyd edək ki, Umar Cəbrailov martın 2-də Moskvadakı mənzilində ölü tapılıb. Rəsmi versiyaya görə, o, intihar edib. Bildirilir ki, biznesmen uzun müddət depressiyadan və narkotik asılılığından əziyyət çəkib, son illər isə külli miqdarda borclanmışdı.

Onun ikinci qızı Danata hazırda Avropada yaşayır.

Dünya

Yazı naviqasiyası

Previous Post: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Next Post: Azərbaycan neftinin qiyməti 123 dollara yaxınlaşıb

Related Posts

  • Milyarder ulduzlar: “Forbes”in 2026-cı il siyahısına kimlər daxil olub? Dünya
  • İzləyicilərinin qarşısında rəqəmsal maska ​​​​taxdı: yayım zamanı əsl siması ortaya çıxdı və… Dünya
  • Bu ölkədə bloqerlərə nəzarət sərtləşdirilir Dünya
  • Alimlər Qədim Misir mumiyalarını qoxlamağa başladılar Dünya
  • Amerikalı jurnalist Bağdadda oğurlanıb Dünya
  • “Hər səhər 6 yumurta yeyirəm, 54 kiloyam” Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Azərbaycanda bu sahəyə 12 milyon manat ayrıldı Ölkə
  • Mingəçevirdə Şuşa fatehi Təbriz Cüməzadənin xatirəsinə həsr olunmuş genişmiqyaslı boks turniri keçirilib Cəmiyyət
  • “Aclıq daşları” yenidən göründü: Avropada şiddətli quraqlıq həyəcanı Dünya
  • “Əfsanə” sözünün üstündə durdu: filin qurbanı oldu Dünya
  • İlham Əliyev Slovakiya Prezidentinə mövqeyinə görə təşəkkür etdi Ölkə
  • Xırdalanda obyekt yandı – YENİLƏNİB Hadisə
  • Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb Ölkə
  • Husilər Səudiyyə Ərəbistanı hərbçilərinə hücum edib – KİV Siyasət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by