Sosial şəbəkələrdə təhsil mövzusunda fəaliyyət göstərən ən böyük qruplardan birində universitet seçimi ilə bağlı maraqlı müzakirə baş verib.
Qrup iştirakçılarından biri forumda belə bir sual ünvanlayıb: “239 balla Mingəçevir Dövlət Universiteti, yoxsa digər universitet?”
Suala verilən cavablar isə diqqət çəkib. Qrup üzvlərinin yazdığı şərhlərdə məhz Mingəçevir Dövlət Universitetinin (MDU) seçilməsi ilə bağlı fikirlərin üstünlük təşkil etməsi xüsusilə maraqlı məqam kimi yadda qalıb.

Bir sıra istifadəçilərin 239 balla digər universitetlər əvəzinə MDU-nu seçəcəklərini bildirməsi universitetə olan marağın və müsbət münasibətin sosial şəbəkələrdə də öz əksini tapdığını göstərir.
Əslində, belə müzakirələr abituriyentlərin universitet seçiminə münasibətini öyrənmək baxımından maraqlı göstəricidir. Çünki seçim zamanı yalnız topladığı bal deyil, universitetin yerləşdiyi şəhər, təhsil imkanları, ixtisaslar, gələcək karyera perspektivləri və universitetin formalaşdırdığı nüfuz da nəzərə alınır.

Sosial şəbəkədəki bu müzakirədə MDU-nun adının xüsusi vurğulanması isə diqqətdən yayınmayıb. Xüsusilə 239 balla bağlı verilən sualın cavablarında universitetə üstünlük verilməsi Mingəçevir Dövlət Universitetinə marağın artdığını göstərən nümunələrdən biri kimi qiymətləndirilə bilər.

Görünən odur ki, MDU artıq abituriyentlərin universitet seçimi ilə bağlı sosial şəbəkələrdə apardığı müzakirələrdə də diqqət çəkən ali təhsil müəssisələrindən birinə çevrilir.
Təhsil