Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Rusiya Avropaya müharibə elan edib – Sikorski Dünya
  • 300-dən çox zəvvar Ərəbistandan təxliyə olundu Dünya
  • Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur İqtisadiyyat
  • Bu avtomobillərlə bağlı mühüm xəbər – GƏLƏN İL VAXTI BİTİR İqtisadiyyat
  • Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir  Ölkə
  • Dövlətinə sədaqətli, xalqa bağlı bir ömrün ünvanı Cəmiyyət
  • MDU rektoru Anar Eminov 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib Təhsil
  • Region mətbuatı, təhsil və gənclik – Kamal Əhmədovla söhbət Cəmiyyət

Rus bölmələrində oxuyan şagirdlər üçün yeni DƏYİŞİKLİK

Posted on 28 Avqust 2026 By admin Şərh yoxdur Rus bölmələrində oxuyan şagirdlər üçün yeni DƏYİŞİKLİK

2026-2027-ci tədris ilindən etibarən digər dillərdə təhsil alan VII siniflərdə “Azərbaycan tarixi” fənninin Azərbaycan dilində tədrisinə başlanacaq. Yenilik xüsusilə rus bölməsində oxuyan şagirdlərin fənni mənimsəmə imkanları, dil hazırlığı və müəllimlərin bu keçidə nə dərəcədə hazır olması ilə bağlı müzakirələri aktuallaşdırır.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov 2026-2027-ci tədris ilindən etibarən digər dillərdə təhsil alan VII sinif şagirdlərinə “Azərbaycan tarixi” fənninin Azərbaycan dilində tədris olunmasını müsbət və məqsədyönlü addım kimi qiymətləndirib.

Onun sözlərinə görə, bu qərar həm Azərbaycan tarixinin daha dərindən mənimsənilməsi, həm də dövlət dilinin təhsil prosesində mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

“Azərbaycan tarixi yalnız müəyyən hadisələrin, tarixlərin və şəxsiyyətlərin öyrənilməsindən ibarət deyil. Bu fənn gənc nəslin Azərbaycanın dövlətçilik tarixini, milli-mədəni irsini, xalqımızın keçdiyi tarixi yolu və müasir dövlətimizin formalaşma prosesini dərk etməsində mühüm rol oynayır. Ona görə də Azərbaycan tarixinin dövlət dilində tədrisi şagirdlərin həm tarixə, həm də Azərbaycan dilinə münasibətinin formalaşmasına müsbət təsir göstərə bilər”.

V.Qafarov bildirib ki, burada mühüm məqamlardan biri də Azərbaycan dilinin yalnız ayrıca bir fənn kimi deyil, bilik əldə etmək və düşünmək vasitəsi kimi mənimsənilməsidir:

“Şagird Azərbaycan tarixini Azərbaycan dilində öyrənərkən eyni zamanda tarixi terminologiyaya yiyələnir, dövlət dilində oxuma, anlama, təhlil etmə və fikrini ifadə etmək bacarıqlarını inkişaf etdirir. Bu baxımdan söhbət yalnız bir fənnin tədris dilinin dəyişdirilməsindən deyil, dövlət dilinin təhsil və elmi düşüncə mühitində daha da möhkəmləndirilməsindən gedir”.

Deputat qeyd edib ki, xüsusilə rus bölməsində təhsil alan şagirdlər üçün keçidin ilkin mərhələsində müəyyən çətinliklər yarana bilər:

“Şagirdlərin Azərbaycan dili üzrə bilik səviyyəsi eyni deyil. Bundan başqa, tarix fənninin özünəməxsus terminologiyası var. Buna görə də müəllimlərin hazırlığı xüsusi əhəmiyyət daşıyır”.

V.Qafarov hesab edir ki, Azərbaycan tarixinin tədrisində əsas məqsəd şagirdlərə yalnız faktları əzbərlətmək deyil, onlarda tarixi təfəkkür formalaşdırmaq olmalıdır:

“Şagird hadisələrin səbəb və nəticələrini anlamalı, hadisələri müqayisə etməyi və müstəqil nəticə çıxarmağı bacarmalıdır. Azərbaycan dilində tarix öyrənmək isə bu bacarıqların dövlət dilində formalaşmasına əlavə imkan yaradır”.

Komitə üzvünün fikrincə, qərarın səmərəli nəticə verməsi üçün onun icra mexanizmlərinə də xüsusi diqqət yetirilməlidir:

“Müəllimlərin hazırlığı, dərsliklərin keyfiyyəti, metodik təminat və şagirdlərin dil səviyyəsi nəzərə alınmalıdır. Keçidin mərhələli şəkildə həyata keçirilməsi də bu baxımdan düzgün yanaşmadır. Çünki təhsil sistemində hər bir yenilik real vəziyyət nəzərə alınmaqla, tədricən və keyfiyyət prinsipi əsasında tətbiq edilməlidir”.

V.Qafarov ümumilikdə Azərbaycan tarixinin Azərbaycan dilində tədrisini milli yaddaşın qorunması, dövlət dilinin möhkəmləndirilməsi və gənc nəslin ölkəmizin tarixini daha dərindən mənimsəməsi baxımından mühüm addım hesab etdiyini bildirib:

“Əsas məsələ bu prosesi formal dəyişiklik kimi deyil, şagirdlərin təhsil keyfiyyətinə xidmət edən sistemli və düşünülmüş islahat kimi həyata keçirməkdir. Məqsəd digər bölmələrdə təhsil alan şagirdlərin həm Azərbaycan dilini, həm də Azərbaycanın zəngin tarixini daha yaxşı mənimsəməsinə şərait yaratmaq olmalıdır”.

Təhsil eksperti Məzahir Məmmədli isə deyib ki, rus bölmələrində “Azərbaycan tarixi” fənninin Azərbaycan dilində tədrisi şagirdlər üçün ciddi problem yaratmamalıdır.

Onun sözlərinə görə, rus bölmələrində bu fənnin Azərbaycan dilində tədrisi yeni məsələ deyil və artıq bir neçə ildir tətbiq olunur:

“Ümumiyyətlə, rus bölmələrində bir neçə ildir ki, Azərbaycan tarixi məhz Azərbaycan dilində tədris olunur. Başqa bir məsələ isə odur ki, bu gün Azərbaycanda fəaliyyət göstərən rus bölmələrində digər fənlər üzrə də vəziyyət ürəkaçan səviyyədə deyil. Biz bunu ali təhsil müəssisələrinə qəbul nəticələrində də müşahidə edirik. Müqayisə apardıqda rus bölməsindən məzun olanların bal göstəricilərinin kifayət qədər fərqli və aşağı olduğunu görürük”.

Ekspert qeyd edib ki, bəzi valideynlərdə övladlarını rus bölməsinə yönəltməklə daha aşağı balla prestijli ixtisaslara qəbul imkanının yaranacağı barədə fikir formalaşıb:

“Bəzi valideynlər düşünürlər ki, övladları rus bölməsində oxusa, daha aşağı balla prestijli ixtisaslara qəbul ola bilər. Amma bu stereotip artıq dağılmaq üzrədir. Rus və Azərbaycan bölmələri arasında keçid ballarının bərabərləşdirilməsi və ya mövcud fərqin aradan qaldırılması ilə bağlı müəyyən narazılıqlar da var. Lakin Dövlət İmtahan Mərkəzinin mövcud sistemi çərçivəsində bununla bağlı hər hansı qadağanın tətbiqi və ya nəticələrin eyniləşdirilməsi imkanları məhduddur”.

M.Məmmədli bildirib ki, Azərbaycanda 200-dən çox məktəbdə rus bölməsi fəaliyyət göstərir, 14 məktəb isə tamamilə rusdillidir:

“Əgər rəqəmlər dəyişməyibsə, ölkədə 200-dən çox Azərbaycan məktəbində rus bölməsi fəaliyyət göstərir, 14 məktəb isə tamamilə rus məktəbidir. Bu məktəblərdə Azərbaycan tarixinin Azərbaycan dilində tədrisi müəllimlər baxımından hər hansı ciddi problem yaratmır”.

Ekspertin fikrincə, şagirdlərin də bu fənni mənimsəməsində ciddi çətinlik yaranmamalıdır.

“Rus bölmələrində oxuyan qeyri-azərbaycanlı, o cümlədən rus millətindən olan şagirdlərin sayı artıq çox azdır. Onların əksəriyyəti uşaqlıqdan Azərbaycan mühitində böyüyür, ətraflarındakı uşaqlar da əsasən azərbaycanlılardır. Buna görə düşünmürəm ki, Azərbaycan tarixinin Azərbaycan dilində mənimsənilməsi ciddi problem yaradacaq. Əgər şagirdin həvəsi varsa, fənni yaxşı mənimsəyə biləcək”.

M.Məmmədli rus bölmələrində digər fənlər üzrə müəllim çatışmazlığına da diqqət çəkib:

“Başqa məsələ odur ki, rus bölmələrində digər fənlər üzrə də çatışmazlıqlar var. Artıq görürük ki, V sinifdən sonra coğrafiya, biologiya, kimya, riyaziyyat kimi fənlər üzrə müəllim çatışmazlığı mövcuddur”.

Ekspert hesab edir ki, valideynlər övladlarının təhsil dilini seçərkən bu məqamları əvvəlcədən nəzərə almalıdırlar:

“Valideynlər bəri başdan düşünməlidirlər ki, övladlarının yaxşı təhsil almasını istəyirlərsə, ana dilində təhsilə üstünlük versinlər. Azərbaycan bölməsində dövlət səviyyəsində kifayət qədər potensial və imkan formalaşıb. Tədrisi müəllimlərin işə qəbulu imtahanından və sertifikatlaşdırmadan keçmiş müəllimlər aparırlar. Rus bölməsində isə müəllimlərin işə qəbulu imtahanlarında həmin istiqamətlər üzrə nəticələrin aşağı olduğunu da görürük”.

M.Məmmədli hesab edir ki, mövcud tendensiya davam edərsə, yaxın illərdə rus bölmələrinə maraq daha da azala bilər:

“Mən düşünürəm ki, yaxın 5-10 il ərzində rus bölmələrində həm oxuyan şagirdlərin, həm də tədrislə məşğul olan müəllimlərin sayı ciddi şəkildə azalacaq. Çünki artıq istiqamət dəyişir, xüsusilə ingilis dilinə maraq artır. Ali təhsil müəssisələrində də abituriyentlərin bu istiqamətə daha çox üstünlük verdiyini görürük. Bu baxımdan hesab edirəm ki, rus bölmələri müəyyən dövrdən sonra tədricən sıradan çıxa bilər”.

Təhsil

Yazı naviqasiyası

Previous Post: Azərbaycanda nə qədər pensiyaçı var?
Next Post: Mobile Casino Apps Versus Desktop Play: An Australian Player’s Guide

Related Posts

  • Buraxılış imtahanının nəticəsi bu tarixdə açıqlanacaq Təhsil
  • Yeni təmayüllü tədris modeli üzrə müəllimlərin müsahibə mərhələsinə start verildi Təhsil
  • Sabahdan lisey və gimnaziyalara qəbul başlayır Təhsil
  • Diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb Təhsil
  • DİM-dən 300 bal toplasa da, adı siyahıda olmayan abituriyentlə bağlı AÇIQLAMA Təhsil
  • Dayanıqlı region, güclü insan kapitalı: Mingəçevir Dövlət Universitetində növbəti “Məzun Günü” keçirilib Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Arda Turan futbol tarixinə düşdü İdman
  • Milli Qəhrəman komaya düşüb – Vəziyyəti ağırdır Cəmiyyət
  • Ərdoğanla Tramp danışdı: Nələr müzakirə edildi? İqtisadiyyat
  • Babasıgilə gedib dayısının 10 min manat pulunu oğurladı Cəmiyyət
  • Niyə uşağı “2” qiymətinə görə danlamaq olmaz? Cəmiyyət
  • Portağal şirəsindən daha yaxşı: D vitamini ilə zəngin 5 içki Maraqlı
  • Xankəndidə 27 Sentyabr- Anım Gününə həsr olunmuş tədbir keçirilib – FOTO Ölkə
  • “Neftçi” Kenan Piriçlə müqaviləyə xitam verdi İdman

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by