Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • “Beniz” ləqəbli tiktokerə hökm oxundu Cəmiyyət
  • Məktəblərdə neçə gün dərs olmayacaq? Təhsil
  • Roma Papası çağırış etdi Dünya
  • Azərbaycanda bu xəstəliklə mübarizə üçün 7 milyona yaxın pul xərclənəcək Ölkə
  • Mərakeşdən olan 70 minə yaxın miqrant Seutanı tərk edib Dünya
  • Həsən Əliyev və Tbilisi prospektinin kəsişməsində YENİLİK Ölkə
  • Best Paying UK Slots This Year: Finding the Highest RTP Games Blog
  • Zelenskinin verdiyi cavab rüsvayçılıqdır – Orban Dünya

MDU-da yeni laboratoriyalar tələbələrin praktiki hazırlığını gücləndirəcək

Posted on 5 Oktyabr 2026 By admin Şərh yoxdur MDU-da yeni laboratoriyalar tələbələrin praktiki hazırlığını gücləndirəcək

Beynəlxalq Müəllimlər Günü Mingəçevir Dövlət Universitetində yeni tədris imkanları ilə qeyd olunub: Rəqəmsal Mühəndislik və “MathStage” laboratoriyalarının açılışı olub
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Mingəçevir Dövlət Universitetində Rəqəmsal Mühəndislik və “MathStage” laboratoriyalarının açılış mərasimi keçirilib.


Açılış mərasimində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov və universitetin bir qrup əməkdaşı iştirak edib.
Yeni laboratoriyaların istifadəyə verilməsi universitetdə müasir tədris infrastrukturunun inkişaf etdirilməsi, təhsil prosesində praktiki və interaktiv yanaşmaların genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.


Rəqəmsal Mühəndislik Laboratoriyası müəllim və tələbələrə mühəndislik sahəsində müasir rəqəmsal texnologiyalarla işləmək, nəzəri biliklərini praktiki fəaliyyətlə möhkəmləndirmək və yeni texnoloji bacarıqlar qazanmaq imkanı yaradacaq. Laboratoriyanın imkanlarından tədris prosesində, praktiki məşğələlərdə və tələbələrin layihə fəaliyyətində istifadə olunması nəzərdə tutulur.


“MathStage” Laboratoriyası isə riyaziyyatın daha interaktiv və tətbiqyönümlü şəkildə öyrənilməsinə, tələbələrin məntiqi düşünmə və problem həll etmə bacarıqlarının inkişaf etdirilməsinə xidmət edəcək.


Yeni laboratoriyaların açılışının məhz Beynəlxalq Müəllimlər Günündə keçirilməsi müəllim əməyinə verilən dəyərin və müasir təhsil mühitinin formalaşdırılmasının bir-birini tamamlayan istiqamətlər olduğunu nümayiş etdirir.


Mingəçevir Dövlət Universitetində bu istiqamətdə həyata keçirilən tədbirlər tələbələrin müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməsinə, praktiki hazırlığının gücləndirilməsinə və universitetin tədris imkanlarının daha da genişləndirilməsinə xidmət edir.

Esmira Hidayətova, Mingəçevir

Təhsil

Yazı naviqasiyası

Previous Post: Suraxanıda yaşayış evində uçqun – ölən və yaralı var – VİDEO
Next Post: Mingəçevirdə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Related Posts

  • İmtahan çətinliyi barədə nazirdən MESAJ Təhsil
  • Buraxılış imtahanının nəticələri elan olundu Təhsil
  • Məktəbdə insident: Müəllim valideyni döydü Təhsil
  • 2027-ci ilin qəbul imtahanları ilə bağlı xəbərdarlıq  Təhsil
  • Keçid balları enəcək – Abituriyentlərə ŞAD XƏBƏR Təhsil
  • Daha 28 məktəbdə təmayüllü siniflər olacaq – SİYAHI Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı Maraqlı
  • Ceyhun Bayramov Kirill Budanov ilə görüşdü Ölkə
  • Ceyhun Bayramov Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmalarını tövsiyə edib Ölkə
  • “Neftçi” onunla yollarını ayırdı İdman
  • Sürücülərin nəzərinə! Ölkə
  • Aktrisa direktoru məhkəməyə verdi: Töhməti ləğv etdirdi Kriminal
  • Başqa planetdən radiosiqnal qeydə alındı – Yadplanetlilər gəlir? Maraqlı
  • Xaricdə təhsil üzrə Dövlət Proqramının namizədləri ən çox hansı ölkələri seçiblər? Təhsil

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by