Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • BƏƏ Tehrandakı səfirliyini bağlayır Dünya
  • Pavel Durov müasir dövrün 11 fırıldağını açıqladı Maraqlı
  • Mingəçevir Dövlət Universiteti Naxçıvanda keçirilən respublika elmi konfransında təmsil olunub Təhsil
  • Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalında iştirak ediblər Ölkə
  • İran Aİ ölkələrinin Hərbi Hava və Hərbi Dəniz Qüvvələrini terror təşkilatı elan edib Dünya
  • Désinscription d’un casino en ligne : procédure pas à pas Blog
  • Sabah çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı Ölkə
  • Rusiyada dəhşətli yanğın: Ana və dörd övladı həlak oldular Dünya

3 il qızını axtaran ata acı həqiqəti DNT analizi ilə öyrəndi

Posted on 9 Mart 2026 By admin Şərh yoxdur 3 il qızını axtaran ata acı həqiqəti DNT analizi ilə öyrəndi

2023-cü ildə Kahramanmaraşda baş verən zəlzələ zamanı ailəsinin bütün üzvlərini itirən Fatih Karacanın 3 il davam edən ümidli axtarışı uğursuz sonluqla bitib.

Türkiyənin Gaziantep vilayətinin İslahiyə rayonunda yaşayan Karaca ailəsi zəlzələdə dağıntılar altında qalıb. Enerji şirkətində işləyən Fatih Karaca həmin gecə növbədə olduğu üçün sağ qalıb. Dağıntı nəticəsində onun həyat yoldaşı Duyğu Karaca, övladları Mehmet, Sıla, Adilə Nur, 13 yaşlı İrem, həmçinin anası və qayınanası həyatını itirib.

Ailənin ən kiçik üzvlərindən biri olan İrem Karacanın cəsədi isə tapılmadığı üçün ata uzun müddət qızının sağ qaldığına ümid edib. Hətta bəzi şəxslər zəlzələdən sonra İremi gördüklərini söyləyərək onun ümidini daha da artırıblar.

Fatih Karaca qızına olan həsrətini “Haradasan İrem, çıxıb gəlsənə” misraları ilə başlayan şeirdə də ifadə edib və bu sözlər sosial şəbəkələrdə geniş yayılıb.

Lakin İslahiyə Baş Prokurorluğunun yenidən başladığı araşdırma həqiqəti üzə çıxarıb. Kimliyi müəyyən edilməyən cəsədlərlə bağlı aparılan istintaq çərçivəsində 7 məzar açılaraq DNT analizi həyata keçirilib.
Araşdırma nəticəsində məlum olub ki, İrem Karaca zəlzələ zamanı həyatını itirib və baş verən qarışıqlıq səbəbindən anası Duyğu Karacanın kimliyi ilə dəfn edilib.

Beləliklə, 3 il qızından xəbər gözləyən acılı ata DNT nəticələri ilə qızının taleyini öyrənmiş olub.

Dünya

Yazı naviqasiyası

Previous Post: Ceyhun Bayramov ilə Bolqarıstanın xarici işlər naziri arasında telefon danışığı olub
Next Post: “Veliaht” izləyicilərinə pis xəbər

Related Posts

  • Bu ölkədə balıq yemək qadağan edildi Dünya
  • İran sərhədçiləri dizel daşıyan gəmini ələ keçirdi Dünya
  • Əraqçi: İranın qonşu ölkələrlə problemi yoxdur Dünya
  • Qonşu ölkədə şagirdlərin telefonlarına nəzarət gücləndi: Xüsusi SIM-kartlar tətbiq olunacaq Dünya
  • Uzunömürlülük kefiri hazırlanır Dünya
  • Myanmada minlərlə məhbus əfv edilib Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • AFFA “Qarabağ” və “Sabah”ı sərt cəzalandırdı İdman
  • Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu İdman
  • “Bölgə.az” xəbər portalından Esmira Hidayətovaya 8 Mart təbriki Cəmiyyət
  • Los mejores giros gratis en casinos online de España Blog
  • Komitə sədrindən məktəbli geyimləri ilə bağlı açıqlama: “Doğru deyil” Təhsil
  • Çinarə Fətəliyeva direktor təyin edildi İqtisadiyyat
  • İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib Ölkə
  • Bakıda dəbdəbəli toyu olan bəyin kimliyi məlum olub – FOTO Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by