Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Şəhid atası dünyasını dəyişdi (FOTO) Ölkə
  • Casusluqda ittiham edilən Fransa vətəndaşının məhkəməsinə bəzi şahidlər məcburi gətiriləcək Dünya
  • Tramp İrana təşəkkür edib Siyasət
  • Keçmiş məhkumda 7 kq marixuana aşkarlandı Hadisə
  • Türkiyədə güclü zəlzələ oldu Dünya
  • “Bölgə.az” xəbər portalından Esmira Hidayətovaya 8 Mart təbriki Cəmiyyət
  • Milyonçunun qızı atası haqda: Ağıllı olsa da, bəzən düşüncəsiz insan kimi davranırdı Dünya
  • “Atam o geyimə görə mənimlə 2 il danışmadı” Mədəniyyət

Yaxın Şərqdəki münaqişə Ukraynanın müdafiə qabiliyyətinə təsir edir – Kaya Kallas

Posted on 6 Mart 2026 By admin Şərh yoxdur Yaxın Şərqdəki münaqişə Ukraynanın müdafiə qabiliyyətinə təsir edir – Kaya Kallas

Avropa İttifaqının baş diplomatı Kaya Kallas bildirib ki, Yaxın Şərqdə baş verən döyüşlər Ukraynanın Rusiya təcavüzünə qarşı müqavimət göstərmək imkanlarını zəiflədə bilər.
Bu barədə “Politico” yazır.
Kallasın sözlərinə görə, İran münaqişəsi Ukrayna müharibəsinə açıq təsir göstərir. Regionda baş verən hərbi əməliyyatlar qlobal hava hücumundan müdafiə sistemlərinin, o cümlədən dronları ələ keçirmək üçün nəzərdə tutulmuş vasitələrin ehtiyatlarını tükədir.
“İndi Ukraynanın ehtiyacı olan hava hücumundan müdafiə vasitələri Yaxın Şərqə yönəlir. Təchizat zəncirlərində də problem var… Bu vasitələr həm Ukraynaya, həm də Yaxın Şərq ölkələrinə lazımdır”, deyə Kallas izah edib.
Hazırda Fars körfəzi ölkələri İranın hücumlarını dəf etmək üçün hava hücumundan müdafiə ehtiyatlarını istifadə edir.
Bundan əlavə, Kallas qeyd edib ki, Yaxın Şərqdəki münaqişənin neft qiymətlərinin artmasına səbəb olması Moskvanın xeyrinə işləyə bilər. Bu isə Rusiya üçün Ukraynaya qarşı müharibəni maliyyələşdirmək baxımından üstünlük yaradır.
“Buna görə də biz dəniz xidmətlərinə qadağa qoyulması üçün qətiyyətlə çalışmalıyıq ki, Rusiya üçün kölgə flotu və neft gəlirləri məhdudlaşdırılsın”, deyə Kallas Rusiyaya qarşı yeni sanksiya paketindən danışarkən vurğulayıb.
Kallas həmçinin bildirib ki, Ukrayna müharibə dövründə əldə etdiyi təcrübəyə əsaslanaraq Fars körfəzi ölkələrinə dron hücumlarına qarşı müdafiədə yardım edə bilər, çünki Ukrayna dronları ələ keçirmək və onlardan müdafiə sistemlərini hazırlayıb.
Siyasət

Yazı naviqasiyası

Previous Post: Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
Next Post: Babasıgilə gedib dayısının 10 min manat pulunu oğurladı

Related Posts

  • SEPAH-ın Tehrandakı xəstəxanası hücuma məruz qalıb Siyasət
  • İran Ərbil hava limanına zərbə endirib Siyasət
  • İrandan Türkiyəyə atılan raket məhv edildi Siyasət
  • İran casuslarının Avropadakı “paytaxtı” AÇIQLANDI Siyasət
  • KİV: İranın yeni müvəqqəti ali liderinin evi vuruldu – VİDEO Siyasət
  • ABŞ İranın Ali Rəhbərindən “yaşıl işıq” gözləyir – Axios Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Hakan Fidan: İrandakı savaş dərhal dayandırılmalıdır Siyasət
  • Tramp İranla bağlı müttəfiqlərini çaşdırıb – “Bloomberg” Siyasət
  • Yeni dövlət rüsumu müəyyənləşir İqtisadiyyat
  • İntensiv yağışlarla əlaqədar fəsadların aradan qaldırılması və suçəkmə işləri davam etdirilir Ölkə
  • Mingəçevir Dövlət Universitetinin idmançıları ölkə çempionatında fərqləndi Təhsil
  • İmplant dövrü bitir – Yeni diş yetişdirən preparat sınaqda Dünya
  • Bakıdakı universitetlərin köçürülməsi ilə bağlı hökumətdən təklif Ölkə
  • Valideynin əsəb və gərginliyi uşağa necə keçir? Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by