Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər Cəmiyyət
  • Şəbnəmdən İDDİALI AÇIQLAMA – “Onlara ən çox pul verən mənəm” Cəmiyyət
  • Esmira Fuad: Kəlağayı Azərbaycan qadınının zərifliyini, milli-mənəvi dəyərləri əks etdirir Cəmiyyət
  • Metrodan istifadə edənlərə ŞAD XƏBƏR Cəmiyyət
  • “Bu dörd kənd Ermənistanın deyil” – Nikol Paşinyan ELAN ETDİ Siyasət
  • Mingəçevirdən olan Birinci Qarabağ müharibəsi şəhidinin nəşi tapıldı Hadisə
  • Bilgəhdə dənizdə bir nəfər batdı Hadisə
  • Mingəçevirin “kiçik rəqqası”: Uşaq sanatoriyasından yüksələn ümid dolu bir hekayə Cəmiyyət

Azərbaycanın ən çox və ən az pul xərcləyən rayonları – SİYAHI

Posted on 24 İyul 2026 By admin Şərh yoxdur Azərbaycanın ən çox və ən az pul xərcləyən rayonları – SİYAHI

Azərbaycanda adambaşına düşən pərakəndə ticarət dövriyyəsi üzrə rayon və şəhərlərin reytinqi məlum olub. Rəsmi statistika göstərir ki, paytaxt bu göstəricidə digər bölgələri böyük fərqlə geridə qoyur. Siyahıda iri şəhərlərlə yanaşı, ticarətin daha aktiv olduğu bir sıra rayonlar da ön sıralarda qərarlaşıb.

 Modern.az Dövlət Statistika Komitəsinin “Azərbaycanda ticarət – 2026” statistik məcmuəsinin məlumatlarını təhlil edib.

Statistikaya görə, burada söhbət qiymətlərin bahalığından deyil, əhalinin bir nəfərinə düşən pərakəndə ticarət dövriyyəsindən gedir. Bu göstərici bir nəfərin il ərzində mağaza, market və digər pərakəndə ticarət obyektlərində orta hesabla nə qədər alış-veriş etdiyini göstərir və istehlak səviyyəsinin əsas göstəricilərindən hesab olunur.

Ən çox alış-veriş bu rayon və şəhərlərdə edilir

2025-ci ilin nəticələrinə əsasən, Bakı şəhəri adambaşına düşən pərakəndə ticarət dövriyyəsinə görə ölkə üzrə birinci yerdədir. Paytaxtda hər bir sakinə orta hesabla 17 min 547,9 manatlıq pərakəndə ticarət dövriyyəsi düşür.

Bakıdan sonra Mingəçevir (5 613,8 manat) ikinci, Sumqayıt (5 165,4 manat) üçüncü yerdə qərarlaşıb.

İlk onluğu daha sonra Şirvan (5 067,1 manat), Gəncə (4 997,9 manat), Bərdə (4 825,2 manat), Quba (4 457,4 manat), Hacıqabul (4 374,8 manat), Ağdaş (4 374,1 manat) və Şəki (4 340,0 manat) tamamlayır.

İlk onluğa yaxın rayonlar
Reytinqdə növbəti yerlərdə Xaçmaz (4 327,5 manat), Yevlax (4 289,6 manat), Göyçay (4 114,6 manat) və Tovuz (4 036,8 manat) qərarlaşıb.

Sonrakı yerləri Neftçala (3 874,5 manat), Biləsuvar (3 835,6 manat), Kürdəmir (3 800,9 manat), Göygöl (3 760,6 manat), Lənkəran (3 758,9 manat), Abşeron rayonu (3 755,6 manat), Goranboy (3 665,9 manat), İsmayıllı (3 651,4 manat), Şəmkir (3 601,9 manat) və Naftalan (3 393,4 manat) tutur.

Orta göstəriciyə malik rayonlar

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkənin bir çox rayonunda adambaşına düşən pərakəndə ticarət dövriyyəsi 2,8-3,4 min manat arasında dəyişir.

Bu qrupa Balakən (3 338,0 manat), Cəlilabad (3 290,9 manat), Ucar (3 215,7 manat), Saatlı (3 110,7 manat), Ağcabədi (3 101,3 manat), Salyan (3 061,1 manat), İmişli (3 008,7 manat), Masallı (2 997,9 manat), Qax (2 960,3 manat), Ağstafa (2 948,3 manat), Tərtər (2 944,2 manat), Qusar (2 884,3 manat), Sabirabad (2 881,9 manat), Ağsu (2 878,3 manat), Beyləqan (2 831,3 manat), Qəbələ (2 779,8 manat), Oğuz (2 733,3 manat), Siyəzən (2 727,3 manat), Gədəbəy (2 709,9 manat) və Daşkəsən (2 666,1 manat) daxildir.

Ən aşağı göstəricilər

Reytinqin sonlarında isə Astara (2 496,0 manat), Qobustan (2 143,6 manat), Şabran (2 108,2 manat), Samux (2 071,1 manat), Xızı (1 808,3 manat), Zərdab (1 807,0 manat), Lerik (1 572,0 manat), Yardımlı (1 248,1 manat), Füzuli (814,5 manat) və Ağdam (723,9 manat) yer alır.

P.S: Qarabağ bölgəsində yerləşən Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Şuşa, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilan üzrə göstəricilər statistik məcmuədə təqdim edilməyib.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının medalları təqdim olunub
Next Post: Küveyt ordusundan xəbərdarlıq – HHM sistemləri işə düşdü

Related Posts

  • Ceyhun Bayramov ilə Bolqarıstanın xarici işlər naziri arasında telefon danışığı olub Ölkə
  • Sabah Şərurun bəzi ərazilərində işıq olmayacaq Ölkə
  • Hikmət Hacıyev: Qafqaz Albaniyasının zəngin irsi Qarabağda öz izlərini qoruyub saxlayır Ölkə
  • Növbəti iki gündə yağıntılar intensivləşəcək – XƏBƏRDARLIQ Ölkə
  • Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR Ölkə
  • Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Malayziyada təyyarənin şassisində insan cəsədi tapıldı Dünya
  • Bakıda maşın piyadanı vuraraq öldürdü Hadisə
  • Cómo funciona el póker de casino para principiantes Blog
  • Hövsanın su təchizatında fasilə yaranıb – SƏBƏB NƏDİR? Ölkə
  • Dünya çempionu olan boksçu tituldan məhrum edildi İdman
  • Jurnalistin 15 yaşlı oğlu faciəvi şəkildə öldü Hadisə
  • Bakıda müdir maaşını istəyən işçisini döydü Hadisə
  • Hindistanda fabrikdə partlayış: 17 nəfər ölüb Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by