Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir – Baş nazir  İqtisadiyyat
  • LEYSAN MƏMMƏDOV – QARABAĞIN YENİDƏNQURMA MİSSİYASINA LAYİQİNCƏ XİDMƏT EDƏN RƏHBƏR Cəmiyyət
  • Bu il uşaqlara ən çox qoyulan adlar – SİYAHI Cəmiyyət
  • İlham Əliyev Slovakiya Prezidentinə mövqeyinə görə təşəkkür etdi Ölkə
  • Los mejores giros gratis en casinos online de España Blog
  • Azərbaycanda birinci kurs tələbələrini təhdid edən şəxs universitetdən qovuldu – RƏSMİ – YENİLƏNİB Kriminal
  • Bakıda və Abşeronda güclü külək əsir, regionlarda duman var – FAKTİKİ HAVA Ölkə
  • Neftimiz yenidən ucuzlaşdı İqtisadiyyat

Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – FOTO

Posted on 11 Oktyabr 2026 By admin Şərh yoxdur Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – FOTO

Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı ilə yadda qalıb. Hamilə itin döyüldükdən sonra hündürlükdən atılması ilə bağlı yayılan görüntülər cəmiyyətdə ciddi narazılıq yaradıb. Hadisə heyvanlara qarşı qəddar rəftara görə qanunvericilikdə nəzərdə tutulan cəzaların yetərliliyi məsələsini yenidən gündəmə gətirib. Bəs Azərbaycanda bu cür əməllərə görə hansı məsuliyyət tədbirləri tətbiq olunur?

Məlumat üçün bildirək ki, Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində heyvanla rəhmsiz rəftar edən şəxsin kimliyi müəyyənləşdirilib. Məhkəmənin qərarı ilə ona 25 sutka inzibati həbs cəzası verilib. Lakin itin ölümü ilə nəticələnən bu ağır əmələ görə tətbiq edilən inzibati həbs cəmiyyətdə və hüquq müstəvisində müzakirələrə səbəb olub.

Qanunvericilik nə deyir?

Vəkil Turan Abdullazadə deyir ki, heyvanlara qarşı qəddar və rəhmsiz rəftar Azərbaycanda əsasən İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən, heyvanlara zorakılıq, xəsarət yetirmək, zəhərləmək və ya digər şəkildə əziyyət vermək inzibati xəta sayılır: “İnzibati Xətalar Məcəlləsinin 274.1-ci maddəsinə əsasən, heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə 500 manatdan 800 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Bu əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə 800 manatdan 1 000 manatadək məbləğdə cərimə edilir. Bu əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda 1 000 manatdan 1 500 manatadək, tələf edilməsinə səbəb olduqda 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir. Yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur”.

Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? - Foto

“İnkişaf etmiş ölkələrdə bu, cinayət sayılır”

Vəkil deyir ki, həmin məcəllənin 274-1-ci maddəsinə əsasən, heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsinə və ya heyvanlarla rəhmsiz rəftara açıq çağırışlar edilməsinə, bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadə edilməsinə görə isə 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur:

“Açıq danışsaq, bizdə bu əməllər hələ də yalnız inzibati məsuliyyət doğurur. Cinayət Məcəlləsində heyvanlara qəddar rəftara dair müstəqil maddə yoxdur. Halbuki inkişaf etmiş ölkələrdə xüsusi qəddarlıqla, uşaqların gözü qarşısında və ya təkrarən törədilən bu cür əməllər cinayət sayılır”.

Vəkil deyir ki, qanunvericilikdə ikinci boşluq – təkrarlıq amilidir. Bu gün cəriməni ödəyən şəxs sabah eyni əməli təkrar edə bilər və hüquqi vəziyyəti dəyişmir. Sahəni bütövlükdə tənzimləyən – heyvan saxlamağın qaydalarını, sahibsiz heyvanlarla davranışı, baytarlıq nəzarətini bir araya gətirən vahid çərçivə qanununa ehtiyac var.

Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? - Foto

İnsana qarşı zorakılığın ilk əlaməti

Vəkil heyvanlara qarşı zorakılığın yalnız heyvanların müdafiəsi məsələsi olmadığını düşünür. Onun sözlərinə görə, bu cür əməllər cəmiyyətin təhlükəsizliyi və insanlarda empatiya hissinin formalaşması baxımından da əhəmiyyətlidir:

“İmmanuel Kant deyirdi ki, insanın heyvana münasibəti onun insanlara münasibətinin güzgüsüdür. Kriminologiya da bunu təsdiqləyir: heyvana qarşı zorakılıq çox vaxt insana qarşı zorakılığın ilk əlamətidir. Ona görə də bu maddələr təkcə heyvanları qorumur – cəmiyyəti qoruyur”.

“Bütün yük könüllülərin üzərinə düşür”

Heyvan müdafiəçisi Aqşin Məmmədov illərdir küçədə yaralı, xəstə və sahibsiz heyvanları xilas edən insanlardan biridir. O deyir ki, insanların məsuliyyətsizliyinin nəticəsində yaranan yük sonda heyvanlara kömək edən könüllülərin üzərinə düşür:

“İllərdir yaralı və xəstə heyvanları küçədən götürürəm. Borc edirəm, imkanım çatmayanda yenə yol axtarıram, müalicə etdirirəm, əməliyyat etdirirəm, sağaltmağa çalışıram. Sonra isə başqa bir problem başlayır. Heyvan sağalır, amma onu küçəyə qaytarmağa vicdanım imkan vermir. Çünki düşünürəm ki, yenə maşın vurar, küçədə döyərlər, yaxud yemək verən olmaz”.

Əgər bir insan heyvanı eyvandan ata bilirsə…

A.Məmmədov eyvandan atılan it hadisəsini də yalnız bir heyvana qarşı qəddarlıq kimi qiymətləndirmir. Deyir ki, bu, müdafiəsiz bir canlının həyatının heçə sayılmasıdır:

“Əgər bir insan heç bir müdafiə imkanı olmayan heyvanı eyvandan ata bilirsə, burada çox ciddi empatiya problemi var. Cəmiyyətin reaksiyası da önəmlidir. Çünki biz illərdir küçələrdə yaralı, xəstə, maşın vurmuş, zəhərlənmiş heyvanlarla qarşılaşırıq. Lakin bunları yenə insanlar xilas edir. Dövlət qurumlarının, bələdiyyələrin və digər aidiyyəti strukturların üzərinə düşən məsuliyyət tam şəkildə yerinə yetirilmədikdə, bütün yük könüllülərin və heyvansevərlərin üzərinə düşür”.

Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? - Foto

“Bu şəxslərin psixoloji vəziyyəti araşdırılmalıdır”

Hazırda tətbiq olunan cəzaların kifayət edib-etmədiyinə gəldikdə isə, o hesab edir ki, mövcud yanaşma kifayət qədər çəkindirici deyil:

“İllər ərzində gördüyüm mənzərə mənə göstərib ki, cəzasızlıq yeni qəddarlıq üçün zəmin yaradır. Bir heyvanın canı, ağrısı, qorxusu, yaşamaq instinkti var. Qanun elə işləməlidir ki, insan əvvəlcədən bilsin ki, heyvana işgəncə verməyin, onu qəsdən yaralamağın və öldürməyin real nəticəsi olacaq. Təkrar qəddarlıq edən şəxslərə daha ağır yanaşılmalı, heyvan saxlamaq hüququ məhdudlaşdırılmalı və konkret hallarda şəxsin psixoloji və psixiatrik vəziyyəti də araşdırılmalıdır. Yalnız qanunu sərtləşdirmək də kifayət deyil. Qanun işləməlidir”.

Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? - Foto

A.Məmmədov heyvana qarşı zorakılıq hadisəsi ilə qarşılaşan şəxslərin yalnız sosial şəbəkələrdə paylaşmaqla kifayətlənməməli olduğunu deyir. Onun sözlərinə görə, hadisə zamanı təhlükəsiz şəkildə foto və video çəkmək, şahidləri müəyyənləşdirmək və aidiyyəti qurumlara rəsmi müraciət etmək vacibdir:

“Heyvanlara qarşı qəddarlığın qarşısını almaq üçün sadəcə heyvansevərlərin vicdanına güvənmək yox, dövlətin məsuliyyəti öz üzərinə götürməsi lazımdır”.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Azərbaycan gimnastları qızıl və gümüş medallar qazanıblar
Next Post: Azərbaycana qarşı saxta xəbərlər yayan kanalın təsisçisi deport edildi

Related Posts

  • Mingəçevirdə binaların fasadları yenilənir: sakinlərə çağırış edildi Cəmiyyət
  • Təzəpir məscidində bayram namazı qılınıb Cəmiyyət
  • Mingəçevirdə yay aylarında irinli xəstəliklər artır – Cərrah Kərim Kərimovdan əhaliyə mühüm xəbərdarlıq Cəmiyyət
  • Azərbaycanda yüksək dəyəri olan sərvəti bilmədən zibilliyə atırlar – AÇIQLAMA Cəmiyyət
  • Metrodan istifadə edənlərə ŞAD XƏBƏR Cəmiyyət
  • Fakültə birincisi Nuray Mustafazadə: “MDU mənim üçün sadəcə universitet deyil, böyük bir ailədir” Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Qrenlandiyalılar ABŞ konsulluğunun yaxınlığında etiraz aksiyası keçirdilər Dünya
  • Yaşar Gülər: Sülh və əmin-amanlıq istəyiriksə, müharibəyə hazır olmalıyıq Dünya
  • İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb Ölkə
  • Sinif yoldaşı tərəfindən yandırılan şagirddən XƏBƏR VAR Hadisə
  • London nəhəngindən 25 milyon avroluq addım: Niderlandlı qolkiper “Çelsi”yə keçir – FOTO İdman
  • “Real Madrid” Arda Gülerlə bağlı qərarını verdi İdman
  • Hacıbala Abutalıbov Bakıya QAYITDI Ölkə
  • Kanal 12: Tramp tələb etdi-İsrail İrana hücumları dayandırdı Siyasət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by