Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • “TikTok” ABŞ-yə 400 milyon dollar ödəyəcək Dünya
  • Hindistan gəmisi Oman sahillərində batıb Hadisə
  • “Bölgə.az” xəbər portalından Esmira Hidayətovaya 8 Mart təbriki Cəmiyyət
  • Prezidentin sosial media hesablarında “SABAH.city” ilə bağlı video paylaşılıb Cəmiyyət
  • “Hər səhər 6 yumurta yeyirəm, 54 kiloyam” Dünya
  • Maltadan dünyaya nümunə – ChatGPT Plus-a pulsuz giriş Dünya
  • Livanda İsrail hücumlarının qurbanlarının sayı açıqlandı Siyasət
  • Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır Ölkə

Azərbaycanda birinci kurs tələbələrini təhdid edən şəxs universitetdən qovuldu – RƏSMİ – YENİLƏNİB

Posted on 16 Sentyabr 2026 By admin Şərh yoxdur Azərbaycanda birinci kurs tələbələrini təhdid edən şəxs universitetdən qovuldu – RƏSMİ – YENİLƏNİB

“Bu gün sosial şəbəkələrdə, xüsusilə, “TikTok” platformasında yayılan video Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyi tərəfindən araşdırılıb”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq ADMİU-dan bildirilib ki, sözügedən videoda yer alan şəxslər bacı və qardaşdır.

“Bildiririk ki, videoda görünən qız Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almır və işləmir. Onun qardaşı Kənan Zindadil isə universitetin Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru ixtisası üzrə II tədris ilinin tələbəsidir.

Yaranmış problemin həlli ilə əlaqədar təcili olaraq ADMİU-nun İntizam Komissiyasının iclası keçirilib.

Ali təhsil müəssisəsi ilə təhsilalan arasında bağlanan fərdi müqavilənin 2.3.3-cü bəndi, “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Təhsilalanların Universitetdaxili Nizam-İntizam Qaydaları”nın 5.4-cü bəndi (“a) Universitet əməkdaşları və təhsilalanlara hədə-qorxu gəldikdə”) əsas götürülərək Kənan Zindadilin ADMİU-dan xaric edilməsi barədə qərar qəbul edilib. Qərar rektor tərəfindən əmrləşdirilərək qüvvəyə minib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bir daha bildirir ki, tələbələrin hüquq və mənafelərinin qorunmasına xüsusi həssaslıqla yanaşır, onların özlərini rahat və təhlükəsiz hiss etdikləri təhsil mühitinin formalaşdırılması istiqamətində zəruri tədbirləri həyata keçirir”, – deyə cavabda vurğulanıb.

***

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) yeni qəbul olunan tələbələr ilə bağlı sosial şəbəkədə paylaşılan video narazılığa səbəb olub.

Videoda birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlədilib.

 

Belə ki, “TikTok” sosial şəbəkəsində “leylakenan” adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələrini hədələyib, lazım gəldiyi təqdirdə onların üzlərinə fiziki xəsarət yetirəcəklərini bildiriblər.

Onlar qeyd ediblər ki, daha əvvəl də bu əməlləri törədiblər və aşağı kurs tələbələrinə “dərs vermək” üçün üzlərinə cızıqlar atıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən məsələ ilə bağlı məlumatlıdırlar, hazırda bu istiqamətdə araşdırma aparılır.

Həmin videonun müəllifləri sonradan etdikləri müraciətdə görüntülərin düzgün təqdim edilmədiyini bildiriblər:

“Canlı yayımda keçən il olan söhbətlər edilirdi. O universitetdə keçən il nələr olduğu hamıya məlumdur. İndi hansı dövrdə yaşayırıq ki, kimsə-kiməsə təzyiq göstərsin. Əgər kimsə övladına düzgün tərbiyə verməyib, məktəbə, universitetə göndərir, övladı da kimisə təhqir edir, söyüş söyürsə, problem yaradırsa, təbii ki, lazımı qaydada cavabını alır. Canlıda bizə “sizə şram atarıq” deyildi, biz də cavab olaraq, “biz şram atarıq” dedik. Kim bizə şram ata bilər ki? Video da məhz həmin hissədən götürülüb paylaşılıb”.

Kriminal

Yazı naviqasiyası

Previous Post: Ülvi Quliyevdən ilk AÇIQLAMA
Next Post: Vətən müharibəsi veteranlarını sevindirəcək QƏRAR

Related Posts

  • Həmkəndlisi ilə yeyib-içib, sonra öldürüb – Göygöldəki qətlin təfərrüatı – YENİLƏNİB Kriminal
  • Əmisi tərəfindən baltalanan yeniyetmədən XƏBƏR VAR Kriminal
  • Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb Kriminal
  • Azərbaycanda həkimlər rüşvətə görə həbs edildi Kriminal
  • Rusiyada qətldə ittiham olunan azərbaycanəsilli iş adamı üçüncü dəfə bəraət aldı Kriminal
  • Axtarışda olan 128 nəfər saxlanıldı Kriminal

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Britaniyaya Rusiya ilə müharibə riski barədə xəbərdarlıq edilib Siyasət
  • İran “Abraham Lincoln”a raket atdı – Video Siyasət
  • ABŞ-ın İrandakı itkiləri açıqlandı – 7 döyüş təyyarəsi Dünya
  • Əhvalınızı düzəldəcək kiçik vərdişlər Maraqlı
  • Ötən ilin  inflyasiyası bu qədər olub Ölkə
  • MDU rektoru Anar Eminovun doğum günüdür – universitetdə yeni inkişaf mərhələsi Təhsil
  • Deputatlardan etiraz: Nə vaxt bu yad adlardan əl çəkəcəyik  Ölkə
  • Xırdalandakı güclü yanğın olub – VİDEO Hadisə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by