Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Azərbaycan və UN-Habitat WUF13 standartlarının gələcəkdə tətbiqi ilə bağlı Niyyət Məktubu imzalayıb Ölkə
  • Aylarla beynini “söndürən” və ölməyən canlı Dünya
  • Buraxılış imtahanının nəticəsi bu tarixdə açıqlanacaq Təhsil
  • Mingəçevir Dövlət Universitetinin əziz xanım əməkdaşları və tələbələri!  Təhsil
  • Bloger Hüseyn Həsənovun toyudur – VİDEO Cəmiyyət
  • Azərbaycandan Ermənistana Gürcüstan vasitəsilə neft məhsullarının daşınması ucuzlaşıb Siyasət
  • Türkiyə sərhədçiləri yüksək hazırlıq vəziyyətinə gətirilib Dünya
  • Ceffri Epşteynin oxşarı sensasiya yaratdı Dünya

Qaz uğrunda savaş: İsrail bazara girir, Bakı üstünlüyünü qoruyur

Posted on 6 Aprel 2026 By admin Şərh yoxdur Qaz uğrunda savaş: İsrail bazara girir, Bakı üstünlüyünü qoruyur

“Yaxın Şərqdə müharibənin dərinləşməsi, Hörmüz boğazı ətrafında risklərin artması və Qətərin LNG ixrac zəncirində yaranan fasilələr Avropa qaz bazarında yeni təlatüm yaradıb. 2026-cı ilin ilk rübündə Avropada qaz anbarlarının doluluq səviyyəsinin aşağı düşməsi və LNG bazarında qeyri-müəyyənliyin artması nəticəsində Avropa Birliyi daha sabit və şaxələndirilmiş təchizat mənbələrinə yönəlir. Bu fonda Şərqi Aralıq dənizində böyük qaz resurslarına malik İsrail yenidən diqqət mərkəzinə çıxır. Avropanın 2025-ci ildə qaz idxal portfelində Norveç 97,2 mlrd m³, ABŞ 79,4 mlrd m³, Azərbaycan isə 12,4 mlrd m³ ilə mühüm paya sahib olub”.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Deputat bildirib ki, bu bazar Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır: “Çünki Avropa qaz bazarında hər yeni təchizatçı təkcə əlavə resurs deyil, həm də qiymət formalaşmasına, uzunmüddətli müqavilələrə və tranzit infrastrukturunun yüklənməsinə təsir göstərən strateji amildir”.

Deputat əlavə edib ki, İsrailin Avropa qaz bazarına iddiasının əsasında “Leviathan” yatağı dayanır. “Aralıq dənizində yerləşən bu yatağın təsdiqlənmiş bərpa olunan ehtiyatı təxminən 635 mlrd m³ hesab olunur. Bu həcm Avropanın təxminən 1,5–2 illik qaz tələbatına yaxın müqayisəli potensial deməkdir. Son qərarlara əsasən, “Chevron” və tərəfdaşları yatağın genişləndirilməsinə yekun investisiya qərarı veriblər və hasilat gücü mövcud 12 mlrd m³-dən 2029-cu ilə qədər 21 mlrd m³-ə yüksələcək.

Burada əsas məqam ondan ibarətdir ki, İsrail qazının Avropa üçün əhəmiyyəti yalnız ehtiyatların həcmi ilə ölçülmür. Əsas məsələ bu qazın hansı marşrutla, hansı maya dəyəri ilə və hansı geosiyasi risklər altında bazara çıxacağıdır”, – o vurğulayıb.
Deputat qeyd edib ki, İsrail qazının Avropaya çatdırılması üçün üç əsas marşrut müzakirə olunur:

“Birincisi, “EastMed” boru kəməridir ki, bu hazır deyil. Ambisiyalı layihə olsa da, kommerisya baxımdan sual altındadır və çox riskli hesab olunur.
Çünki,  “EastMed”  layihəsi İsrail–Kipr–Yunanıstan–İtaliya xətti nəzəri baxımdan Avropa üçün birbaşa marşrutdur. Lakin 1000 km-dən çox uzunluq, dərin sularda tikinti və 6–10 mlrd dollarlıq investisiya tələbi bu layihəni iqtisadi baxımdan yüksək riskli edir. Burada əsas problem CAPEX-in yüksəkliyi və qazın Avropa terminal qiyməti ilə rəqabətidir. ABŞ LNG-si və Norveç boru qazı ilə rəqabətdə bu layihənin tarif üstünlüyü yoxdur.

İkincisi, ən real kommersiya modeli İsrail qazının Türkiyə üzərindən TANAP–TAP sisteminə qoşulmasıdır. Bu halda, yeni infrastruktur xərci azalır, Avropa bazarına daha qısa məsafə yaranır, mövcud Cənub Qaz Dəhlizi yüklənir.  Lakin İsrail-Türkiyə münasibətləri, Şərqi Aralıq dənizində Kipr məsələsi və regional hərbi-siyasi gərginlik bu marşrutu hazırkı mərhələdə siyasi riskli edir.

Üçüncüsü, hazırda ən real və işlək marşrut İsrail qazının Misirə ötürülərək LNG-yə çevrilməsi və tanker vasitəsilə Avropaya göndərilməsidir. Bu model artıq işləyir və yaxın illərdə də əsas ixrac kanalı olaraq qalacaq.
Lakin burada İsrailin əsas rəqibləri ABŞ , Qətər və qismən də  Şimali Afrika LNG mənbələridir.

Qətərdə son fasilələr və Hörmüz riskləri fonunda İsrail LNG-si üçün Avropa bazarında qısamüddətli imkan pəncərəsi açılır”.
Deputat onu da qeyd edib ki, İsrail qazının əsas zəifliyi resurs yox, təhlükəsizlik riskidir: “2026-cı ilin fevral–mart hadisələri göstərdi ki, hərbi gərginlik zamanı “Leviathan” platformasında hasilat müvəqqəti dayandırıla bilir. Yalnız aprel ayının əvvəlində platforma yenidən işə salındı.
Bu, Avropa alıcıları üçün çox vacib siqnaldır: resurs böyükdür, kommersiya potensialı yüksəkdir, amma təchizat sabitliyi regional təhlükəsizlikdən ciddi asılıdır. Enerji bazarında isə sabitlik çox zaman qiymətdən daha vacibdir”.

Azərbaycan üçün rəqabət və üstünlüklər
Deputat bildirib ki, İsrail qazının Avropaya daxil olması Azərbaycan üçün daha çox LNG seqmentində dolayı rəqabət yaradır. Boru qazı seqmentində isə Azərbaycanın üstünlüyü hələ də çox güclüdür:
“Birinisi, Azərbaycanın əsas üstünlükləri isə mövcud və işləyən infrastruktura malik olmasıdır. Şahdəniz qazı artıq fəaliyyətdə olan Cənub Qaz Dəhlizi ilə Avropaya çatdırılır. Bu marşrut fiziki, hüquqi və kommersiya baxımından tam formalaşıb.  İkincisi, marşrut sabitliyidir. İsrail qazı üçün Misir, Türkiyə və ya Şərqi Aralıq dənizi tranziti hələ də siyasi risk daşıyır. Azərbaycan isə artıq uzunmüddətli müqavilələrlə İtaliya, Yunanıstan, Bolqarıstan və Cənub-Şərqi Avropada möhkəmlənib. Üçüncüsü bu xətlərin genişlənmə potensialıdır. Avropanın Azərbaycan qazına marağı artır. Xüsusilə Qətər LNG-sində fasilələr və ABŞ LNG qiymətlərində artım fonunda boru qazı daha rəqabətli görünür. Son aylarda AB daxilində Azərbaycan qazının idxal prosedurlarını yumşaltmaq təşəbbüsləri də bunu göstərir. İsrail Avropa qaz bazarına perspektivli yeni təchizatçı kimi daxil olur. Leviathan yatağının 21 mlrd m³-ə yüksələcək hasilat gücü bunu dəstəkləyir. Lakin marşrutların siyasi və texniki həssaslığı İsrail qazını hələlik “əlavə mənbə” statusunda saxlayır.

Azərbaycanın  isə bu bazarda artıq işlək boru sistemi, formalaşmış alıcı portfeli, yüksək müqavilə etibarlılığı, əlavə ehtiyat potensialı ilə əsas və sabit təchizatçı rolundadır. Başqa sözlə, İsrail qazı Avropa üçün imkan, Azərbaycan qazı isə artıq enerji təhlükəsizliyinin sütunlarından biridir”.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Evlərini əvəzləşmə qaydasında MTK-ya verənlərə XƏBƏRDARLIQ
Next Post: Prokurorluq orqanlarına məxsus nəqliyyat vasitələri operativ kateqoriyaya daxil edilir

Related Posts

  • AB liderləri Orbanın tələsinə düşdülər – KİV Siyasət
  • Razılıq bu sahəni dərhal “sağaltmayacaq” – Xeyli çəkəcək Siyasət
  • ABŞ-nin Yaxın Şərq üçün növbəti planı nədir? – Amerika nəşri Siyasət
  • İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub Siyasət
  • Fars körfəzi ölkələri raket və PUA-ların hücumları barədə məlumat verib Siyasət
  • “ABŞ və İsrail yaxın günlərdə müharibəni dayandıracaqlar” Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • NİİM: Yağışa görə bəzi ərazilərdə nəqliyyatın hərəkəti çətinləşib, sıxlıq yaranıb Cəmiyyət
  • Bu ölkənin tankeri Hörmüz boğazını keçib Dünya
  • Azərbaycan səması Avropa ilə Asiyanı fəal şəkildə birləşdirir – VİDEO Ölkə
  • İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub Siyasət
  • Samuxda evdən 60 yaşlı kişi meyiti tapılıb Hadisə
  • Növbəti iki gündə yağıntılar intensivləşəcək – XƏBƏRDARLIQ Ölkə
  • Kubada Kommunist Partiyasının ofisinə hücum edilib Dünya
  • WUF13-də iştirak edən dövlət başçılarının və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafət verilib Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by