Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • İsrailli nazir “Eşref Rüya”nın aktyorunu təhdid etdi – VİDEO Dünya
  • Pulunu ala bilməyən usta hördüyü divarı dağıtdı – VİDEO Cəmiyyət
  • Sertifikasiya ilə bağlı hansı yeniliklər olacaq? Təhsil
  • Ramazanın 15-ci gününün imsak, iftar vaxtı Ölkə
  • Umar Cəbrayılovun meyiti tapıldı, Epşteyn işində adı var idi Dünya
  • İranın yeni ali lideri seçildi – KİV Dünya
  • İradə Aşumova və tələbəsi məhkəməyə məcburi gətirildilər: “Cəmi 30 manat verilib” Cəmiyyət
  • Qonşu ölkədə apteklərin sayı Avropadakından üç dəfə çoxdur Dünya

Əmək bazarında yeni dinamika – Yerli kadrlar əcnəbi işçiləri üstələyirlər

Posted on 16 Mart 2026 By admin Şərh yoxdur Əmək bazarında yeni dinamika – Yerli kadrlar əcnəbi işçiləri üstələyirlər

Ötən ilin yekunlarına görə, Azərbaycanda əmək bazarında xarici işçi qüvvəsinin dinamikası müəyyən dəyişikliklərlə müşahidə olunub. Rəsmi statistikaya əsasən, 2025-ci ilin sonuna ölkədə qüvvədə olan iş icazələrinin sayı 7 990 nəfər təşkil edib. Bu göstərici 2024-cü ilin sonundakı 8 141 nəfərlə müqayisədə 151 nəfər və ya təxminən 1.9 faiz azdır. Maraqlıdır, görəsən, bu azalmanın əsas səbəbi nədir?

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:

Əmək bazarında yeni dinamika - Yerli kadrlar əcnəbi işçiləri üstələyirlər

Tikinti sektoru liderdir

Sahələr üzrə bölgüyə nəzər saldıqda, tikinti sektorunun lider mövqedə qaldığı görünür. 2025-ci ildə tikintidə çalışan əcnəbilərin xüsusi çəkisi 34.3 faiz təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 0.4 faiz bəndi azalsa da, sektorun ümumi strukturda dominantlığını qoruduğunu göstərir. Mədənçıxarma sənayesində isə əks tendensiya müşahidə olunur. 2024-cü ildə 9.8 faiz olan pay 2025-ci ildə 10 faizə yüksəlib. Enerji və xammal sektorunda texnoloji bilik və spesifik təcrübə tələb edən sahələrdə xarici mütəxəssislərə ehtiyacın davam etməsi bu artımı izah edir. Emal sənayesində isə müəyyən geriləmə qeydə alınıb. Əgər 2024-cü ildə bu sahənin payı 9.3 faiz idisə, 2025-ci ildə 8.9 faizə enib. Turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda daha nəzərəçarpan azalma müşahidə edilib. 2024-cü ildə 8.6 faiz olan pay 2025-ci ildə 7.6 faizə düşüb.

Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində də azalma qeydə alınıb. 6.1 faizdən 5.6 faizə enən göstərici bu istiqamətdə xarici işçi qüvvəsinə tələbatın nisbətən zəiflədiyini göstərir. Eyni zamanda, təhsil sektorunda artım diqqət çəkir. 2024-cü ildə 5.4 faiz olan pay 2025-ci ildə 5.7 faizə yüksəlib.

Əmək bazarında yeni dinamika - Yerli kadrlar əcnəbi işçiləri üstələyirlər

İşçiyə ehtiyac azalıb?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, Azərbaycanda əcnəbi vətəndaşların iş icazələri peşə və ərazi üzrə deyil, ümumi kvota əsasında müəyyən olunur. Miqrasiya qanunvericiliyinə görə, iş icazəsi əcnəbilərə bir il müddətinə verilir. Qarabağdakı yenidənqurma işləri ilə əlaqədar bəzi hallarda bu müddət iki ilə qədər uzadılıb. S.Məmmədov ehtimal edir ki, həmin ərazilərdə işçi ehtiyacı azalıb: “Əvvəllər hətta ixtisaslı fəhlələrə, mürəkkəb montaj və elektrik işləri üzrə kadrlara, habelə mühəndislərə böyük tələbat var idi. Görünür, hazırda bu işlərdə xarici işçilərə ehtiyac minimuma enib”.

Ekspert hesab edir ki, bu tendensiyanın həm müsbət, həm də mənfi tərəfləri var: “Müsbət tərəfi odur ki, yerli işçi qüvvəsinin kvalifikasiyası artıb və ixtisaslı işləri yerli əmək bazarı təmin edə bilir. Mənfi tərəfi isə infrastruktur layihələrinin həcminin azalması ilə bağlı ola bilər”.

Əmək bazarında yeni dinamika - Yerli kadrlar əcnəbi işçiləri üstələyirlər

Kəmiyyət keyfiyyətə dəyişib

Millət vəkili Azər Allahverənov deyib ki, əməkçi miqrantların sayının azalması bir neçə amillə bağlıdır. Azərbaycanda azalma, əsasən, yerli şərait və iqtisadi faktorlardan qaynaqlanır.

Deputatın sözlərinə görə, pandemiya dövründə iqtisadi sahələrdə layihələrin dayandırılması əməkçi miqrantların iş imkanlarını məhdudlaşdırıb, bu isə öz növbəsində iş yerlərinin bağlanmasına səbəb olub: “Amma sonrakı illərə nəzər saldıqda görürük ki, miqrasiya mübadiləsi templəri sabitləşib. Əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin sayında müəyyən hərəkətlənmə müşahidə olunur. Bu da onunla bağlıdır ki, yerli qanunvericilikdə əməkçi miqrantlar məsələsində yeni bir yanaşma sərgilənməyə başlayıb. Yəni, qanunvericilikdə yüksək ixtisasa malik miqrantlara xüsusi diqqət göstərilir ki, nəticədə kəmiyyət-keyfiyyət dəyişiklikləri yaranıb”.

Əmək bazarında yeni dinamika - Yerli kadrlar əcnəbi işçiləri üstələyirlər

A.Allahverənov, həmçinin bildirib ki, hazırda əcnəbi miqrantların əsas fəaliyyət sahələri neft-qaz, tikinti, yüksək texnologiyalar və sahibkarlıqdır: “Əsas pay neft-qaz sektoruna aiddir. Amma işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq layihələrində də xeyli xarici şirkət fəaliyyət göstərir və onlar birbaşa ixtisaslı miqrantların xidmətindən istifadə edirlər. Bizdə əmək bazarında əməkçi miqrantlarla bağlı bir neçə alət var. Onların arasında əmək kvotalarının verilməsi, fərdi uçot sistemində qeydiyyat məsələsi çox vacib alətlərdir. Məsələn, işğaldan azad olunmuş ərazilərdə əmək kvotası yoxdur. Amma əcnəbilərin fərdi uçot sistemində qeydiyyatı tələbi qüvvədə qalır. Ümumilikdə iş icazələrinin verilməsi məhz kvota çərçivəsində həyata keçirilir. İş icazəsi olmadan əcnəbi Azərbaycanda əmək fəaliyyəti ilə məşğul ola bilməz. Amma burada da istisnalar mövcuddur. Miqrasiya Məcəlləsində konkret müddəalar var. Hansı ki, həmin müddəalar əcnəbi miqrantı iş icazəsi almaqdan azad edir”.

Yerli kadrlar üstünlük qazanırlar

Deputat onu da əlavə edib ki, son illər əmək bazarında yerli kadrların rəqabət qabiliyyəti artıb: “Azalma həm də onunla bağlı ola bilər ki, əmək bazarında yerli kadrlar rəqabətə daha dayanıqlıdır. Tarixi misal kimi, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan sonra neft-qaz sektorunda konsorsiumlarda əməkçi heyətin 85-90 faizi əcnəbilərdən ibarət idi. Lakin hökumətin tələbi ilə yerli kadrların formalaşdırılması və yetişdirilməsi nəticəsində hazırda iri xarici şirkətlərin əməkdaşlarının 95 faizi yerli mütəxəssislərdən ibarətdir”.

Əmək bazarında yeni dinamika - Yerli kadrlar əcnəbi işçiləri üstələyirlər

Azalma müvəqqətidir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) iqtisadiyyat kafedrasının dosenti, iqtisad elmləri namizədi Emin Qəribli isə bildirib ki, Azərbaycanda əcnəbi işçilərin böyük əksəriyyəti neft sektorunda çalışır: “Hazırda ölkədə neft sahəsində müvəqqəti azalmalar müşahidə olunur ki, bu da xarici işçilərin sayına təsir edən əsas amillərdən biridir”.

E.Qəribli vurğulayıb ki, Qarabağ və Ələt iqtisadi zonalarındakı böyük investisiya layihələri ixtisaslı kadrlar üçün tələbatı yaxın gələcəkdə artıracaq. Onun sözlərinə görə, ölkədə investisiyaların dinamikası müsbətdir, lakin cari ilin iqtisadi artımı bir qədər zəifdir. Qonşu ölkələrdə yaranmış gərginliklər də regiona təsirsiz ötüşmür. Ekspert qeyd edib ki, iqtisadi aktivliklə bağlı xarici işçi sayında dalğalanmalar həmişə müşahidə olunub və bu azalmanın müvəqqəti xarakter daşıdığını düşünür.

Ölkə

Yazı naviqasiyası

Previous Post: İbrahim Tatlısəs qızını məhkəməyə verdi
Next Post: Bu çaydan boya çıxdı – ALMAYIN- FOTO

Related Posts

  • Güclü geomaqnit qasırğası gəlir – Bu tarixlərdə Ölkə
  • Deputat: Bunun ən təhlükəli tərəfi məzmunu deyil, niyyətidir Ölkə
  • Vəkillər Kollegiyası: “Son 2 ildə hüquq tələbələrinin inkişafına 55 min manatdan artıq maliyyə dəstəyi göstərilib” Ölkə
  • Bakı: Qlobal böhranlarda dialoqun və sülhün strateji mərkəzi Ölkə
  • Azərbaycanı içəridən çökdürmək planı ifşa olundu – Deputatdan ağır sözlər Ölkə
  • Rəsmi Bakı Azərbaycana dəstək verən ölkə və təşkilatlara təşəkkür etdi Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Dünya çempionu olan boksçu tituldan məhrum edildi İdman
  • Böyük hesab səhvi: Dəniz səviyyəsi illərdir yanlış ölçülüb Dünya
  • Göründüyü qədər yüngül deyil: Bir bulud əslində neçə tondur? Maraqlı
  • Avropa çempionatı: Hidayət Heydərov gümüş medal qazanıb – YENİLƏNİB İdman
  • Əczaçı milyonlarla insanın hər həftə yediyi “dünyanın ən təhlükəli məhsulu”nu açıqladı Maraqlı
  • ABŞ planlarını bizə deməlidir – Lavrov Dünya
  • “Amerikalıların qisasını alacağıq, aydın məqsədimiz var” Siyasət
  • Bu günün valyuta məzənnələri İqtisadiyyat

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by