Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəldi Siyasət
  • Kreml Putin-Paşinyan danışıqlarının formatını açıqlayıb Siyasət
  • Beyləqanda ağır qəza – Ata öldü, qızı yaralandı Hadisə
  • Mingəçevir Dövlət Universiteti tələbələr üçün iqlim və hidrometeorologiya sahəsində yeni imkanlar yaradır: Milli Hidrometeorologiya Xidməti ilə əməkdaşlıq Memorandumu Təhsil
  • Avtobus sürücüsünün görüntüləri müzakirə yaratdı – VİDEO Cəmiyyət
  • “Rəhbərlə bir gün”: Mingəçevər gəncləri İlham İsmayılovla görüşdü Siyasət
  • 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir – Fotolar Cəmiyyət
  • Milli Qəhrəman komaya düşüb – Vəziyyəti ağırdır Cəmiyyət

Mingəçevirdə məişət zorakılığına qarşı maarifləndirici görüş keçirilib

Posted on 30 Oktyabr 2026 By admin Şərh yoxdur Mingəçevirdə məişət zorakılığına qarşı maarifləndirici görüş keçirilib

30 oktyabr 2026-cı il tarixində Mingəçevirdə məişət zorakılığının qarşısının alınması, bu istiqamətdə ictimai maarifləndirmənin gücləndirilməsi və cəmiyyətdə sağlam sosial münasibətlərin formalaşdırılması məqsədilə maarifləndirici görüş keçirilib.

Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun təşkilatçılığı, Mingəçevir Dövlət Universitetinin (MDU) dəstəyi ilə baş tutan tədbirdə İcra Hakimiyyətinin rəsmiləri, universitetin tələbələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Görüşdə məişət zorakılığının cəmiyyət üçün yaratdığı ciddi sosial problemlər, onun ailə institutuna, fərdlərin psixoloji vəziyyətinə və xüsusilə qadınların və uşaqların həyatına mənfi təsirləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, məişət zorakılığı yalnız fiziki şiddətlə məhdudlaşmır, psixoloji təzyiq, təhdid, təhqir, iqtisadi asılılıq yaratmaq və digər davranış formaları da bu anlayışa daxildir.

Tədbirdə çıxış edən monitorinq və əlaqələndirmə qrupunun katibi Səbuhi Hüseynov məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlər, mövcud qanunvericiliyin tələbləri və dövlət qurumlarının bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib. O, zorakılıq hallarının vaxtında aşkarlanmasının, müraciətlərin diqqətlə araşdırılmasının və zərərçəkmiş şəxslərə lazımi dəstəyin göstərilməsinin əhəmiyyətini vurğulayıb.

Şəhər İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi Qorxmaz Abbaszadə isə çıxışında məişət zorakılığına qarşı mübarizədə dövlət qurumları ilə yanaşı, ailələrin, təhsil müəssisələrinin və bütövlükdə cəmiyyətin üzərinə düşən məsuliyyətdən danışıb. Qeyd olunub ki, bu problemin aradan qaldırılması üçün hüquqi mexanizmlərlə yanaşı, maarifləndirmə işlərinin də davamlı və sistemli şəkildə aparılması vacibdir.

Görüşdə psixoloq Aynaz Quliyeva məişət zorakılığının psixoloji tərəflərinə toxunaraq, zorakılıq münasibətlərində müşahidə olunan nəzarət, manipulyasiya, emosional təzyiq və psixoloji asılılıq mexanizmlərini izah edib. O, bu cür davranışların insanın özünəinamına, qərarvermə qabiliyyətinə və sosial həyatına ciddi təsir göstərdiyini diqqətə çatdırıb.

Tədbirin əsas diqqət çəkən məqamlarından biri də tələbələrin mövzu ətrafında müzakirələrə cəlb olunması olub. Gənclərə zorakılığın əlamətlərinin tanınması, belə hallarla qarşılaşdıqda düzgün davranış qaydaları, hüquqi müdafiə imkanları və aidiyyəti qurumlara müraciət mexanizmləri barədə məlumat verilib. Sonda iştirakçıların sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun 9 aprel 2025-ci il tarixində vəzifəyə təyin olunmasından sonra ali təhsil müəssisəsində yalnız akademik və elmi fəaliyyətin deyil, eyni zamanda sosial yönümlü, ictimai əhəmiyyət daşıyan maarifləndirici tədbirlərin də geniş vüsət aldığı müşahidə olunur. Universitetdə tələbələrin ictimai proseslərdə fəallığının artırılması, sosial problemlərə həssas yanaşmanın formalaşdırılması, hüquqi və psixoloji maarifləndirmənin gücləndirilməsi istiqamətində keçirilən görüşlər MDU-nun cəmiyyətlə əlaqələrinin inkişafına xidmət edir. Bu baxımdan məişət zorakılığına qarşı təşkil olunan maarifləndirici görüş də universitetin sosial məsuliyyət və ictimai fəallıq istiqamətindəki fəaliyyətinin növbəti nümunəsi kimi diqqət çəkir.

Esmira Hidayətova, Mingəçevir

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Tanınmış sənətçinin BANK KARTI QARƏT OLUNDU – “Evin kirayəsini, kommunal xərcləri necə ödəyəcəm?”

Related Posts

  • Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! Cəmiyyət
  • Azərbaycanda yüksək dəyəri olan sərvəti bilmədən zibilliyə atırlar – AÇIQLAMA Cəmiyyət
  • Bakıda dəbdəbəli toyu olan bəyin kimliyi məlum olub – FOTO Cəmiyyət
  • Ramazan ayının on ikinci gününün DUASI Cəmiyyət
  • Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun başsağlığı Cəmiyyət
  • Ölkədə işsizlərin sayı açıqlandı  Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Edersona hücum edən şəxs saxlanıldı – “Fənərbaxça” bəyanat yaydı İdman
  • Mingəçevirdə musiqi məktəbinin direktoru istefa verdi Cəmiyyət
  • Bakıda baş verən güclü yanğın söndürüldü – YENİLƏNDİ Hadisə
  • Mingəçevirdə böyrək xəstəliklərinin müalicəsi: 45 ildən artıq təcrübəsi olan Allahverdi həkim Cəmiyyət
  • Şənbə günü hava dumanlı olacaq Ölkə
  • “Qarabağ” Martin Zlomisliçi transfer edib İdman
  • Tramp: İspaniya ilə bağlı bütün əlaqələri dayandıra bilərəm Dünya
  • Bakıya gəlmək istəyən erməni tankları – VİDEO Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by