Bu il 30 yaşını qeyd edən Azercell yubiley sevincini abunəçiləri ilə bölüşür. Şirkət bu
əlamətdar tarix münasibətilə “30 il səninlə” lotereyasına start verir. Şəhərin
mərkəzində mənzil, Toyota Corolla Cross avtomobilləri, iPhone 17 Pro smartfonları
lotereyanın qaliblərini gözləyir.
Lotereyaya qoşulmaq tamamilə ödənişsizdir. Fakturalı xətt abunəçiləri üçün qeydiyyat 25
sentyabr tarixindən, fakturasız xətt abunəçiləri üçün isə 28 sentyabrdan etibarən açıqdır.
Bunun üçün “Azercell” tətbiqinin “Lotereya” bölməsindən qeydiyyatdan keçmək və ya 3035
qısa nömrəsinə START sözünü SMS-lə göndərmək kifayətdir.
Qeydiyyatdan keçən abunəçilər balanslarını artırdıqda, eləcə də Azercell-in məhsul və
xidmətlərini əldə etdikdə lotereyada iştirak şansı qazanacaqlar. Hər əməliyyat üzrə təqdim
olunan şansların sayı Azercell-in rəsmi saytında göstərilən qaydalara uyğun hesablanacaq.
Fakturasız xətt abunəçiləri isə lotereya müddətində “Azercell” tətbiqi üzərindən həftəlik
tapşırıqları tamamlayaraq əlavə şanslar əldə edə biləcəklər. Fakturalı xətt abunəçilərinin
şansları fakturalama dövründən asılı olaraq 25 sentyabr və ya 5 oktyabr tarixindən
hesablanacaq. Fakturasız xətt abunəçiləri üçün isə şansların hesablanması 19 oktyabrdan
başlayacaq.
Qaliblər müəyyən olunmuş tarixlərdə keçiriləcək canlı tirajlarda təsadüfi seçim üsulu ilə
müəyyən ediləcək. Əvvəlki tirajlarda uduş qazanmayan şanslar qüvvədə qalacaq və final
tirajında iştirak edəcək. Finalın əsas hədiyyəsi isə şəhərin mərkəzində mənzil olacaq.
Qeyd edək ki, “30 il səninlə” lotereyasına 18 yaş və yuxarı istehlakçı seqmentinə aid
fakturalı və fakturasız Azercell abunəçiləri qoşula bilərlər.
Lotereyanın şərtləri, iştirak qaydaları, şansların hesablanması, tirajlar və hədiyyələr barədə
ətraflı məlumat Azercell-in rəsmi saytında təqdim olunur: |Azercell
Siz də lotereyaya qoşulun, Azercell-dən dəyərli hədiyyələr qazanmaq fürsətini qaçırmayın!