Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Xankəndidə 27 Sentyabr- Anım Gününə həsr olunmuş tədbir keçirilib – FOTO Ölkə
  • Bu ərazilərdə işıq olmayacaq Cəmiyyət
  • İlk dəfə qızının üzünü göstərdi – FOTO Dünya
  • Azərbaycanda vəkillərin sayı açıqlanıb Ölkə
  • Agentlik sədri şöbə müdirini işdən çıxardı – Yeni təyinat Cəmiyyət
  • Sertifikasiya ilə bağlı hansı yeniliklər olacaq? Təhsil
  • Sabahdan lisey və gimnaziyalara qəbul başlayır Təhsil
  • Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib Kriminal

Edersona hücum edən şəxs saxlanıldı – “Fənərbaxça” bəyanat yaydı

Posted on 14 Aprel 2026 By admin Şərh yoxdur Edersona hücum edən şəxs saxlanıldı – “Fənərbaxça” bəyanat yaydı

“Fənərbaxça” klubu şənbə axşamı “Kayserispor”la keçirilən səfər matçında (0:4) baş verən xoşagəlməz hadisə ilə bağlı rəsmi sosial şəbəkə hesablarında məlumat paylaşıb.

Klubun yaydığı bəyanatda qarşılaşma zamanı qapıçı Edersona kənar maddə atan şəxsin kimliyinin müəyyən edildiyi bildirilir.

Aparılan araşdırmalar nəticəsində həmin şəxs saxlanılaraq ifadəsi alınıb, barəsində idman yarışlarını izləməyə qadağa qoyulub və işi prokurorluğa göndərilib.

Məlumata görə, sözügedən hadisə ilə bağlı ümumilikdə 10 nəfər barəsində hüquqi tədbirlər görülüb. İstintaqın gedişatından asılı olaraq bu sayın artacağı istisna edilmir.

“Fənərbaxça” klubu hadisənin ilk anından etibarən prosesi yaxından izlədiyini və məsuliyyət daşıyanların qısa müddətdə müəyyənləşdirilməsi üçün lazımi addımlar atıldığını qeyd edib.

Xatırladaq ki, Türkiyə Super Liqasının 29-cu həftəsində keçirilən görüşün 45+1-ci dəqiqəsində Nqolo Kantenin qolu ilə “sarı-lacivərdlilər” hesabı açmasından sonra “Kayserispor” tribunalarından meydana yad əşyalar atılıb. Atılan cisimlərdən biri qapıçı Edersona dəyib və braziliyalı qolkiper fiziki xəsarət alıb. Belə ki, zərbə nəticəsində qaşı yarılan Ederson, eyni zamanda həmin an onu yaxın planla çəkən kameraya əsəblə zərbə endirib. Braziliyalı oyunçunun sözügedən reaksiyası sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İdman

Yazı naviqasiyası

Previous Post: Türkiyədə üç məşhurun narkotik test nəticələri müsbət çıxdı
Next Post: İradə Aşumova və tələbəsi məhkəməyə məcburi gətirildilər: “Cəmi 30 manat verilib”

Related Posts

  • Saçları ilə rəqibə iki qırmızı vərəqə aldırdı – VİDEO İdman
  • Roberto Karlos milyonlarlarını itirdi İdman
  • Şahruddin Səudiyyə Ərəbistanına gedib Zubirlə görüşdü İdman
  • İsveçrə milli komandasında qalmaqal: Caka və Embolo saxta COVID sənədi bədəlini necə ödədilər İdman
  • “Turan Tovuz” 1 qolla 3 xal qazandı İdman
  • “Araz-Naxçıvan”a baş məşqçi təyin edildi İdman

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Mingəçevir Dövlət Universiteti 5 il müddətinə akkreditasiya olundu Təhsil
  • “Makedon” vəfat etdi Mədəniyyət
  • Qatarlar qrafikindən kənara çıxa bilər – RƏSMİ Ölkə
  • Bu ölkədə balıq yemək qadağan edildi Dünya
  • Professor: xalq təbabətində istifadə olunan bu otlar təhlükəli ola bilər Cəmiyyət
  • Azərbaycanda həkimlər rüşvətə görə həbs edildi Kriminal
  • 16 kilo arıqladı, sirrini açdı: məşhurun inanılmaz dəyişimi və təhlükəli etirafı! – FOTO Mədəniyyət
  • Tramp İranla müharibəni nüvə sazişi olmadan bitirə bilər Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by