Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı Hadisə
  • Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir Ölkə
  • İlham Əliyev Müctəba Xameneyini İranın ali rəhbəri seçilməsi münasibətilə təbrik edib Ölkə
  • Şimali Koreya əsgərləri Cənubi Koreya ilə sərhədi keçiblər Dünya
  • Məşhur müğənniyə ilik köçürüləcək Mədəniyyət
  • Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib Ölkə
  • Boliviyada yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 22-yə çatıb Dünya
  • Bu halda, Ermənistanda yeni seçki qaçılmazdır – Deputatdan sensasion proqnoz Siyasət

Hökumətdən yeni qərar – ƏT UCUZLAŞACAQ?

Posted on 7 Sentyabr 2026 By admin Şərh yoxdur Hökumətdən yeni qərar – ƏT UCUZLAŞACAQ?

Azərbaycanda örüş və otlaqlarda yem bazasının yaxşılaşdırılması, eləcə də, heyvanların erkən kəsiminin qarşısının alınması üçün xırdabuynuzlu heyvandarlığa subsidiya veriləcək.

Belə ki, Aqrar Subsidiya Şurasının qərarı ilə istifadəsində azı 100 ha örüş və ya otlaq sahəsi olan 500 baş və ya daha artıq xırdabuynuzlu heyvan olan təsərrüfatlarda qeydiyyatda olan heyvana görə 4 manat, diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanlara görə hər kq diri çəki üzrə 0,4 manat subsidiya təyin olunu

Sözügedən subsidiyaların heyvandarlığa təsirini, nəticədə, ət qiymətlərində gözlənilən dəyişiklikləri araşdırıb.

İqtisadçı ekspert Eldəniz Əmirov saytımıza açıqlamasında bildirib ki, erkən kəsimin qarşısının alınması ölkədə ət istehsalının həcmini artıra bilər:

“Müvafiq tədbirlərin görülməsi: maarifləndirmə, inzibati prosedurlar ət istehsalının həcmini artıra bilər və şübhəsiz ki artıracaqdır. Lakin bunun ətin qiymətinə təsiri gözlənilən deyil. Özəlliklə də, ucuzlaşma proqnozlaşdırılmır”.

Ekspert deyib ki, bunun bir sıra obyektiv səbəbləri var: “Çünki ölkədə istehsal həcmi yetəri qədər deyil. Eyni zamanda, digər istiqamətlərdə müəyyən problemlər var. Belə ki, tələbatın yüksək, bazardakı məhsulun da yetəri qədər olmaması bu həcmin artırılmasını zəruri edir. Düşünmürəm ki, erkən kəsimlərin qarşısının alınması qiymətləri endirəcək qədər istehsalı artırsın”.

E.Əmirovun fikrincə, daxili istehsalın artırılması üçün kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var. O vuröulayıb ki, bu sahədə obyektiv maneələr mövcuddur:

“Belə ki, son dövrlər ölkəmizdə otlaq və biçənək sahələrinin həcmi kifayət qədər azalıb. Bunun əvəzində isə əkin sahələri artıb. Ölkəmizin torpaq resursları kifayət qədər geniş deyil”.

İqtisadçı ekspert Natiq Cəfərli isə kəndlilərin, kiçik-orta sahibkarların, fermerlərin proqramdan kənarda qalacağını bildirib.

“Ölkədə hansı kiçik-orta sahibkarın, fermerin 100 hektar torpağı, 500 və daha artıq baş qoyun-keçisi var? Bu subsidiyaları kim alacaq? 500 qoyunu olan üçün ildə cəmi 2000 manat subsidiya veriləcəksə, bu, hansı dərdə dərman olacaq? Hələ bu 2000 manatı almaq üçün otlaqlarda, örüş yerlərində münbitlik, biomüxtəliflik artmalıdır”, – o deyib.

İqtisadiyyat

Yazı naviqasiyası

Previous Post: Məscidə dua etməyə getmişdi, cərimələndi
Next Post: Anar Məmmədli və Anar Abdullayevə hökm oxundu

Related Posts

  • “Bitcoin” yenidən bahalaşır İqtisadiyyat
  • Azərbaycanda bu bankın ləğvi tamamlandı İqtisadiyyat
  • Azərbaycandan Ermənistana dizel göndərilib – YENİLƏNİB İqtisadiyyat
  • Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyənləşdi – Bu tarixdə qüvvəyə minəcək İqtisadiyyat
  • Neftimiz yenidən ucuzlaşdı İqtisadiyyat
  • Tramp: ABŞ neftin böyük hissəsini ələ keçirdiyi İran tankerlərindən alır  İqtisadiyyat

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Qəzzada ölənlərin sayı 74 min nəfəri keçib Dünya
  • Samuxda evdən 60 yaşlı kişi meyiti tapılıb Hadisə
  • ABŞ Zəngəzura qoşun yeridə bilər Siyasət
  • Futbol, yoxsa biznes? – Dünya çempionatında reklam qalmaqalı böyüyür İdman
  • Bu günün valyuta məzənnələri İqtisadiyyat
  • 50 mindən çox vəsaitin leqallaşdırılması iddiası – Zamin Zəkiyə 8 il həbs istənildi Kriminal
  • İlk dəfə Trampla görüşdü Dünya
  • Sabah Yardımlıda qaz olmayacaq Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by