Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun başsağlığı Cəmiyyət
  • 28 ədəd kərə yağına görə 23 gün həbsdə yatacaq Kriminal
  • Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” Ölkə
  • “Hansı əmr və ya tapşırıq alsalar da, bunu dəyişə bilməzlər” – Kobaxidze Siyasət
  • Dəm qazı yenə can aldı Hadisə
  • 80 milyon baxış, 1 milyon layk gəldi – Həmin VİDEO İdman
  • Mingəçevir İES MMC-nin direktoru Təhmasib Hüseynovun doğum günüdür Cəmiyyət
  • Guide du baccarat pour joueurs français Blog

Mingəçevirdə beynəlxalq standartlı İngilis dili olimpiadası

Posted on 1 Mart 20261 Mart 2026 By admin Şərh yoxdur Mingəçevirdə beynəlxalq standartlı İngilis dili olimpiadası

Mingəçevir Dövlət Universitetində Dayanıqlı inkişaf və keyfiyyətli təhsil prioritetlərinə uyğun olaraq regionda ilk iri həcmli İngilis dili Olimpiadası keçirilir

2026-cı ilin 1 mart tarixindən Mingəçevir Dövlət Universitetinin Beynəlxalq Dil Mərkəzi və Kembric Universitetinin Azərbaycandakı rəsmi nümayəndəsi olan ITAC-ın (International Training and Assessment Center) birgə təşkilatçılığı ilə Mingəçevir məktəbliləri və universitet tələbələri üçün beynəlxalq səviyyəli İngilis dili Olimpiadası keçirilir.

Regionda bu formatda və miqyasda təşkil olunan ilk olimpiada olan tədbirdə 100-dən çox Mingəçevirli məktəbli və MDU tələbəsi iştirak edir. Olimpiada gənclərin beynəlxalq standartlara uyğun bilik və bacarıqlarının qiymətləndirilməsi, onların akademik və şəxsi inkişaf imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Olimpiadanın birinci mərhələsi test formatında dinləmə və yazı bacarıqlarını əhatə edir. Bu mərhələdə uğur qazanan iştirakçılar növbəti – danışıq mərhələsinə keçid edəcəklər. Belə çoxmərhələli qiymətləndirmə modeli iştirakçıların dil kompetensiyalarını kompleks şəkildə ölçməyə imkan yaradır.

Tədbirin Mingəçevirdə keçirilməsi region gəncləri üçün beynəlxalq səviyyəli qiymətləndirmə imkanlarının əlçatanlığını artırır, bərabər təhsil imkanlarının təşviqinə və rəqabətqabiliyyətli insan kapitalının formalaşmasına töhfə verir. Olimpiada eyni zamanda gənclərin qlobal və dayanıqlı təhsil mühitinə inteqrasiyasını dəstəkləyən, onların bilik əsaslı gələcəyə hazırlanmasına xidmət edən mühüm təşəbbüsdür.

Olimpiadanın qalibləri və iştirakçıları sertifikat və müxtəlif hədiyyələrlə təltif olunacaqlar. Mingəçevir Dövlət Universiteti gələcəkdə də bu kimi beynəlxalq formatlı olimpiada və Kembric sınaq imtahanlarının regionda təşkilini davam etdirməyi nəzərdə tutur.

Esmira Hidayətova, Mingəçevir

Təhsil

Yazı naviqasiyası

Previous Post: Mingəçevirdə uzun illər məktəb direktoru olmuş Yaqub Babayev vəfat edib
Next Post: Comment évaluer la qualité d’un support client dans l’univers du jeu en ligne

Related Posts

  • Sertifikasiya ilə bağlı hansı yeniliklər olacaq? Təhsil
  • Məktəblərdə dərslərin başlama saatı dəyişdirilir? – NAZİRDƏN MÜHÜM AÇIQLAMA Təhsil
  • Mingəçevir Dövlət Universiteti ilə “FLEX” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb Təhsil
  • 624 bal topladı – Ali məktəbə qəbul ola bilmədi Təhsil
  • İmtahan çətinliyi barədə nazirdən MESAJ Təhsil
  • Yeni mexanizm məktəblərə ayrılan resursların səmərəliliyini artıracaq – EKSPERTLƏR Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Mingəçevir liseyinin növbəti qürur mənbəyi: Burlaxatun qəbul imtahanında yüksək nəticə göstərdi Təhsil
  • Xameneinin həyat yoldaşı da ÖLDÜ Dünya
  • Avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb Ölkə
  • Bu sahədə layihələrə qrant veriləcək İqtisadiyyat
  • 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı – VİDEO Cəmiyyət
  • Rusiya Ukraynanın üç yaşayış məntəqəsini nəzarətə götürdü Dünya
  • Azərbaycanda vəkillərin sayı açıqlanıb Ölkə
  • Mətanət İsgəndərli plastik əməliyyat etdirdi Mədəniyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by