Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Qadın boğularaq öldürüldü, qohumu saxlanıldı Kriminal
  • Spiker: Korrupsiyaya qarşı mübarizə istiqamətində zəruri tədbirlər davam etdirilib Ölkə
  • Novxanıda narkobunker aşkarlandı Kriminal
  • Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü Hadisə
  • Keçmiş “Şamaxı”lı Ermənistan klubuna keçdi İdman
  • Top Mobile Casinos for UK Players Blog
  • Mingəçevir məktəblərində zərərli vərdişlərə qarşı mübarizə tədbirləri davam edir. Cəmiyyət
  • Bu şəxslərin maaşları artırıldı İqtisadiyyat

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov 2026/2027-ci tədris ilində universitetə yeni qəbul olunmuş tələbələrlə görüş keçirib.

Posted on 18 Sentyabr 202618 Sentyabr 2026 By admin Şərh yoxdur Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov 2026/2027-ci tədris ilində universitetə yeni qəbul olunmuş tələbələrlə görüş keçirib.

Görüşün əsas məqsədi tələbələrin universitet mühitinə adaptasiyasına dəstək göstərmək, onları MDU-nun təhsil imkanları, akademik mühiti, tələbəyönümlü yanaşması və inkişaf prioritetləri barədə məlumatlandırmaq, eləcə də yeni tədris ili münasibətilə təbrik etmək olub.

Tələbələri salamlayan rektor Anar Eminov onları MDU-ya qəbul olunmaları və universitet həyatında yeni mərhələyə qədəm qoymaqları münasibətilə təbrik edib. Rektor qeyd edib ki, tələbəlik illəri yalnız ixtisas üzrə bilik və bacarıqların əldə edilməsi deyil, eyni zamanda dünyagörüşünün formalaşdığı, sosial məsuliyyət, təşəbbüskarlıq, liderlik və komanda ilə işləmək bacarıqlarının inkişaf etdiyi mühüm bir dövrdür.

Görüş zamanı 2026/2027-ci tədris ili üzrə qəbul göstəriciləri barədə də məlumat verilib. Bildirilib ki, bu il MDU-da bakalavriat səviyyəsində 38 ixtisas üzrə 1631 nəfər tələbə, magistratura səviyyəsində isə 29 ixtisaslaşma üzrə 130 nəfər magistrant adını qazanıb. Rektor yeni qəbul göstəricilərinin universitetə göstərilən etimadın və MDU-da həyata keçirilən inkişaf proseslərinin mühüm göstəricilərindən biri olduğunu diqqətə çatdırıb.

Anar Eminov tələbələrə MDU-da yaradılmış təhsil və inkişaf imkanlarından səmərəli istifadə etməyi, tədris prosesində fəal olmağı, elmi-tədqiqat, innovasiya, beynəlxalq mübadilə, könüllülük, sosial və ictimai fəaliyyətlərdə yaxından iştirak etməyi tövsiyə edib. Bildirilib ki, universitetdə müasir əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı mütəxəssislərin hazırlanması ilə yanaşı tələbələrin fərdi və peşəkar inkişafına, praktik bacarıqlarının gücləndirilməsinə və beynəlxalq təcrübə imkanlarının genişləndirilməsinə xüsusi önəm verilir.

Rektor çıxışında MDU-da müasir, əlçatan və tələbəyönümlü təhsil mühitinin inkişaf etdirilməsinin əsas prioritetlərdən biri olduğunu diqqətə çatdırıb. Gənclərin təhsil aldığı dövrdə yalnız peşəkar mütəxəssis kimi deyil, eyni zamanda cəmiyyət qarşısında məsuliyyətini dərk edən, təşəbbüskar və müasir çağırışlara həssas vətəndaş kimi formalaşmasını universitetin təhsil yanaşmasında mühüm yer tutduğu vurğulanıb.

Görüşdə tələbələrin ətraf mühitə məsuliyyətli münasibətinin formalaşdırılması, ekoloji düşüncə mədəniyyətinin təşviqi, mövcud resurslardan səmərəli istifadə və universitet həyatında dayanıqlı yanaşmaların genişləndirilməsinin əhəmiyyəti də diqqətə çatdırılıb. Tələbələrin bu istiqamətdə həyata keçirilən təşəbbüslərdə fəal iştirakı həm universitet mühitinin inkişafına, həm də cəmiyyət üçün məsuliyyətli gənc nəslin yetişməsinə mühüm töhfə olduğu bildirilib.

Yeni qəbul olunmuş tələbələrə müraciət edən Anar Eminov onların universitetin akademik və ictimai həyatında fəal iştirak edəcəklərinə, yeni ideya və təşəbbüsləri ilə MDU-nun inkişafına töhfə verəcəklərinə əminliyini ifadə edib.

Rektor tələbələrə müraciətində bildirib: “Siz artıq Mingəçevir Dövlət Universitetinin böyük ailəsinin bir üzvüsünüz. Qarşıdakı illər ərzində əldə edəcəyiniz bilik və bacarığın gələcək peşəkar fəaliyyətiniz üçün möhkəm təməl olacağına inanıram. Sizə daim öyrənməyi, araşdırmağı, yeni imkanlardan çəkinmədən istifadə etməyi və qarşınıza yüksək hədəflər qoymağı arzulayıram. Hər birinizin uğuru həm universitetimizin, həm də cəmiyyətimizin gələcəyinə verilən dəyərli töhfədir. Yeni tədris ilinin hər biriniz üçün uğurlu, məhsuldar və yaddaqalan olmasını arzulayıram”.

Sonda rektor Anar Eminov tələbələri 2026/2027-ci tədris ilinin başlanması və MDU tələbəsi adını qazanmaları münasibətilə bir daha təbrik edib, onlara yüksək akademik nailiyyətlər, zəngin tələbəlik həyatı, şəxsi və peşəkar inkişaf yolunda uğurlar arzulayıb.

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı müzakirələr aparılıb.

Təhsil

Yazı naviqasiyası

Previous Post: Brusellyoz təhlükəsi: xəstəlik necə yayılır və ondan necə qorunmaq olar?
Next Post: MDU rektoru Anar Eminov 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib

Related Posts

  • 40 illik müəllim ömrü: Zülfiyyə Əliyevanın yetişdirdiyi nəsillər Təhsil
  • Mingəçevir Dövlət Universiteti Naxçıvanda keçirilən respublika elmi konfransında təmsil olunub Təhsil
  • MDU rektoru Anar Eminovun doğum günüdür – universitetdə yeni inkişaf mərhələsi Təhsil
  • Sertifikasiya ilə bağlı hansı yeniliklər olacaq? Təhsil
  • Daha 28 məktəbdə təmayüllü siniflər olacaq – SİYAHI Təhsil
  • Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Qərb derbisində qalib müəyyənləşmədi İdman
  • Uçqun baş verən Lahıc-İsmayıllı yolunda SON VƏZİYYƏT Hadisə
  • 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü Hadisə
  • Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (21.04.2026) İqtisadiyyat
  • Sürücülərin diqqətinə! Cəmiyyət
  • İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib Ölkə
  • İstefa verməyi səbirsizliklə gözləyirəm – Vuçiç Dünya
  • Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edildi Ölkə

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by