Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • 34 il keçir — Şəhid Yalçın İsmayılovun əziz xatirəsi Cəmiyyət
  • Neftimiz bahalaşdı İqtisadiyyat
  • Azərbaycanlı gəlin toy qızılları ilə yoxa çıxdı – Video Hadisə
  • Hava kəskin dəyişir – Leysan, şimşək, daşqın Ölkə
  • “Formula -1” komandalarının dəyəri: təxmini məbləğ AÇIQLANDI İdman
  • 624 bal topladı – Ali məktəbə qəbul ola bilmədi Təhsil
  • Gürcüstanın keçmiş dövlət naziri həbs edildi Dünya
  • Məşhur aktyor son vəziyyəti ilə bağlı açıqlama verdi Mədəniyyət

Laçının Şamkənd kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olub.

Posted on 21 Oktyabr 2026 By admin Şərh yoxdur Laçının Şamkənd kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olub.

Abidə kompleksi dövlətin bərpa və quruculuq işlərinə dəstək məqsədilə kənd sakinlərinin təşəbbüsü ilə inşa edilib.

Mərasimdə Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və Laçın Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları, Laçın Rayon Müharibə və Əmək Veteranları təşkilatının sədri, rayon ağsaqqalı Qəzənfər Hüseynov, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra abidə kompleksinin önünə əklil və gül dəstələri düzülüb.

Mərasimdə Sosialist Əməyi Qəhrəmanı Şərqiyyə Vəliyeva, Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayılov,
Laçın Rayon Müharibə və Əmək Veteranları təşkilatının sədri, rayon ağsaqqalı Qəzənfər Hüseynov, şəhid Səma Kərimovanın anası Sevda xanım, Milli Qəhrəman Fazil Mehdiyevin qardaşı Azər Mehdiyev, şəhid ailələrinin üzvləri və rayon ziyalıları çıxış ediblər.

Çıxışlarda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyəti, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların qəhrəmanlığı və onların xatirəsinin yaşadılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, xalqın birliyi, dövlətin qətiyyətli siyasəti və Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaq həsrətinə son qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilib. Bu tarixi Zəfərin əldə olunmasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, siyasi iradəsi və diplomatik xidməti xüsusi qeyd olunub.

Mərasimin sonunda şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, onların ruhuna dualar oxunub və ehsan süfrəsi təşkil olunub.

Qeyd edək ki, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi zamanı Şamkənd kəndi ümumilikdə 41 şəhid verib. Onlardan 7 nəfəri “Tunel” qətliamı (Kəlbəcər-Laçın avtomobil yolu üzərindəki “Tunel” ərazisi), 20 nəfəri isə Ballıqaya qətliamı zamanı amansızlıqla qətlə yetirilib. Qətlə yetirilənlər arasında 6 azyaşlı uşaq da olub. Onların ən kiçiyi cəmi 6 aylıq körpə olub.

Şamkənd şəhidlərindən biri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, biri isə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Hazırda şəhidlərdən 8 nəfəri itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Daha 3 şəhidin nəşi isə 44 günlük Vətən müharibəsindən sonra aşkar edilərək dəfn olunub.

Şamkənd kəndində ucaldılan abidə kompleksi şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

İxtiyar Həsəni, Laçın

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Mingəçevirdə “Azərenerji” ASC və Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 20 Oktyabr – Energetiklər Gününə həsr olunan tədbir keçirilib.
Next Post: Elmi əməkdaşlıqdan dayanıqlı gələcəyə: Mingəçevir Dövlət Universitetinin həmtəşkilatçılığı ilə VIII Avrasiya Konfransı işə başlayıb

Related Posts

  • Banklar şəxsi məlumatlarımızı niyə toplayır? Cəmiyyət
  • Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər Cəmiyyət
  • Sarıkökün bu faydalarını bilirdiniz? Cəmiyyət
  • Xalq artisti Aygün Kazımova yeni görüntüləri ilə gündəmə gəlib. Cəmiyyət
  • Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! – FOTO Cəmiyyət
  • Təcili yardım niyə gecikir? – Ekspert səbəbləri açıqladı Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Superkompüterdən yeni proqnoz – Dünya çempionu kim olacaq? İdman
  • Sakinlər narahatdır: Sahibsiz itlər uşaqlara hücum edir Cəmiyyət
  • İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb Ölkə
  • Bu avtomobillərlə bağlı mühüm xəbər – GƏLƏN İL VAXTI BİTİR İqtisadiyyat
  • Kremlin çirkli savaşı: Qafqazdan silinən Rusiya İlham Əliyevə qarşı ailə üzərindən hücum edir – Aqil Ələsgər yazır Siyasət
  • Zidan bu komandanı çalışdıracaq İdman
  • Bu tarixlərdə küçələrə çıxmayın: Bakıda yollar bağlanır – SİYAHI Ölkə
  • Məşhur aktyor son vəziyyəti ilə bağlı açıqlama verdi Mədəniyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by