Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Musa Qurbanlı yenidən legioner həyatı yaşayacaq  İdman
  • Kosmosda qiyamət sınağı: İki qara dəlik toqquşmağa hazırlaşır Maraqlı
  • LaGuardia hava limanında qəza – pilotlar həlak olublar Dünya
  • Netanyahunun mətbuat katibi istefa verir Dünya
  • AQTA-dan sahibkarlara XƏBƏRDARLIQ İqtisadiyyat
  • “Röyal adlı şəxs mənə qarşı 300 minlik dələduzluq edib” Kriminal
  • “Formula-1” üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? – AÇIQLAMA İdman
  • Yeməkdən sonra piyada gəzmək mütləqdir? Cəmiyyət

34 il keçir — Şəhid Yalçın İsmayılovun əziz xatirəsi

Posted on 25 Avqust 2026 By admin Şərh yoxdur 34 il keçir — Şəhid Yalçın İsmayılovun əziz xatirəsi

Bu gün 78 yaşlı şəhid anası Səmayə İsmayılova üçün zamanın dayandığı gündür. Tam 34 il əvvəl onun oğlu — Vətən uğrunda canından keçən şəhid Yalçın İsmayılov şəhidlik zirvəsinə ucalıb.


Yalçın İsmayılov Birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun əbədiyyətə qovuşmasından 34 il keçsə də, adı, xatirəsi və Vətən yolunda göstərdiyi fədakarlıq unudulmayıb.


Şəhid Yalçın İsmayılov Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Bu gün onun məzarı qarşısında dayanarkən bir daha anlayırıq ki, şəhidlər üçün zaman anlayışı yoxdur. Onlar illər keçdikcə köhnəlmir, əksinə, xalqın yaddaşında daha da əbədiləşirlər.


Arxada isə bir ana qalıb…
78 yaşlı Səmayə İsmayılova 34 ildir oğul həsrəti ilə yaşayır. Şəhid anasının qəlbində Yalçın üçün zaman heç vaxt keçməyib. Ana üçün oğlunun yaşı dəyişməyib — onun yaddaşında Yalçın həmişə həmin Vətən uğrunda döyüşə gedən oğuldur.


Bir şəhidin ölümü bir ailənin ömrünə sığmayan ağrıdır. Amma həmin şəhidin adı bütöv bir xalqın yaddaşına həkk olunanda onun həyatı əbədiyyətə çevrilir.
Yalçın İsmayılov da bu əbədiyyət yolunu seçənlərdəndir.


Bu gün — şəhidlik zirvəsinə ucalmasının 34-cü ildönümündə onun əziz xatirəsini ehtiramla yad edir, şəhid anası Səmayə İsmayılovaya isə sonsuz səbr və möhkəm can sağlığı arzulayırıq.


Şəhidlər ölmür. Onlar Vətən yaşadıqca yaşayırlar.
Yalçın İsmayılovun ruhu qarşısında baş əyirik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Esmira Hidayətova, Mingəçevir

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Best Paying UK Slots This Year: Finding the Highest RTP Games
Next Post: ABŞ-dən Azərbaycanla bağlı gözlənilməz qərar – Tarixdə ilk dəfə olacaq

Related Posts

  • Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi – FOTO Cəmiyyət
  • Sonsuzluqla bağlı hansı yanlış inanclar var? – AÇIQLAMA Cəmiyyət
  • Mingəçevir məktəbliləri üçün növbəti maarifləndirici görüş təşkil olunub. Cəmiyyət
  • Metrodan istifadə edənlərə ŞAD XƏBƏR Cəmiyyət
  • İlham Mirzəyev son durumu açıqlandı – Vəziyyəti ağırdır Cəmiyyət
  • Uşaqlara qarşı zorakılıq və dilənçiliyə məcburetmə hallarına görə cərimələr təsdiqlənib Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • İranda zəlzələ oldu Dünya
  • Qeyri-sabit hava bu tarixədək davam edəcək – XƏBƏRDARLIQ Ölkə
  • Şamil Heydərov və Ramiz Mehdiyev kölgəsi: “İdeal” MTK-da 600 minlik hesabat sirri və sakinlərin üsyanı Cəmiyyət
  • Bakıda bu halda kirayə qiymətləri kəskin düşə bilər Cəmiyyət
  • Guía completa de bonos de bienvenida en casinos online Blog
  • Kosmos səyahəti insan bədəninə necə təsir edir? Maraqlı
  • Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? Ölkə
  • İran dövriyyəyə yeni əskinas buraxdı Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by