Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Bakıda 29 yaşlı oğlan HOTELDƏ ÖLDÜ Hadisə
  • Sən demə, təyyarədəki bahalı oturacaqların səbəbi bu imiş Maraqlı
  • “O vaxtın keyfiyyətsiz musiqiçilərini indi korifey kimi təqdim edirlər” Mədəniyyət
  • Rusiya: Fevralın əvvəlindən Ukraynada 12 yaşayış məntəqəsini ələ keçirmişik Dünya
  • Azərbaycandan Rusiyaya pul köçürmələri azalıb İqtisadiyyat
  • “Sevgililər Günü” qızıl-zinət bazarına necə təsir edib? – AÇIQLAMA Cəmiyyət
  • Generalın oğlu AAYDA-dakı işindən çıxarıldı Cəmiyyət
  • Ehtiyatlı olun, bu, ən zərərli çörək növüdür – HƏKİMDƏN XƏBƏRDARLIQ Dünya

Bu avtomobillərlə bağlı mühüm xəbər – GƏLƏN İL VAXTI BİTİR

Posted on 8 Oktyabr 2026 By admin Şərh yoxdur Bu avtomobillərlə bağlı mühüm xəbər – GƏLƏN İL VAXTI BİTİR

Azərbaycanda elektrikli avtomobillərə maraq artır. Bu zaman əsas məqamlardan biri də əlçatan və ucuz enerjidoldurma xidmətidir.

Bu ildən elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışına tətbiq olunan vergi güzəştinin vaxtı bitir. Belə ki, bu məhsullara 2022-ci il yanvarın 1-dən 5 il müddətinə ƏDV güzəşti tətbiq olunub.

Bəs güzəştin aradan qaldırılması enerji doldurma xidmətinə, onun qiymətlərinə və  elektrikli avtomobillərə marağın ölçüsünə təsir edə bilərmi?

Nəqliyyat eksperti Eldəniz Cəfərli  açıqlamasında ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri, xüsusən də elektromobillər və enerji doldurma məntəqələrinin yaradılması üçün lazım olan cihazların idxalına tətbiq olunmuş güzəştlərin davam etməli olduğunu deyib:

“Ölkəmizdə hazırda benzin və dizel mühərrikli avtomobillərə maraq böyükdür. Hibrid mühərrikli avtomobillərə də indi maraq artır. İdxal olunan avtomobillərin statistikasına baxdıqda isə hibrid avtomobillərin sayının artdığını, lakin elektromobillərin sayının azaldığını görürük. Biz çalışmalıyıq ki, elektromobillərin və hibridlərin sayı artsın. Yəni yalnız benzin və dizel yanacağından asılı olaraq nəqliyyat vasitələri istismar olunmasın. Elektrik mühərrikli avtomobillərin həm gətirilməsinə, həm də ölkə daxilində istismarına şərait yaradılmalıdır. Buna görə də, enerji doldurma məntəqələrinə tətbiq olunmuş güzəştlərin davam etdirilməsi düşünürəm ki, yaxşı olardı”.

Ekspert hesab edir ki, enerji doldurma məntəqələrinin yaradılması ilə bağlı da müəyyən dəyişikliklərə ehtiyac var: “Hər hansı bir məcburi qərarla yox, tövsiyə xarakterli qərarla hazırda mövcud olan yanacaq doldurma şirkətləri qarşısında məsələ qaldırıla bilər ki, əgər yanacaq doldurma məntəqəsi varsa, orada heç olmazsa bir cihaz elektrikli enerji doldurma cihazı olsun. Bu zaman düşünürəm ki, insanların elektrik mühərrikli avtomobillərə də marağı getdikcə artar. Çünki Bakıdan kənar ərazilərə, rayonlara, şəhərlərə səfər edərkən orada enerji doldurma məntəqəsinin olmayacağını və enerji ilə bağlı problem yaşaya biləcəyimizi düşünürük. Ona görə də, elektromobillərə qarşı maraq bir qədər azalır”.

E. Cəfərli vergi güzəştinin müddətinin uzadılmayacağı təqdirdə bunun qiymətlərə yox enerjidoldurma məntəqələrinin sayına təsir edəcəyini deyib:

“Düşünürəm ki, enerji doldurma məntəqələrində qiymət yüksəlsin, ancaq enerji doldurma məntəqələrinin yaradılmasına maraq azalacaq”.

İqtisadiyyat

Yazı naviqasiyası

Previous Post: İtkin düşmüşlərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib
Next Post: Bu il uşaqlara ən çox qoyulan adlar – SİYAHI

Related Posts

  • Çin maşınlarının liderlik dövrü BİTDİ: Yerini bu ölkənin avtomobilləri tutacaq İqtisadiyyat
  • Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.05.2026) İqtisadiyyat
  • Yeni dövlət rüsumu müəyyənləşir İqtisadiyyat
  • Hökumətdən yeni qərar – ƏT UCUZLAŞACAQ? İqtisadiyyat
  • İqtisadiyyat
  • Bu günün valyuta məzənnələri İqtisadiyyat

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Hər beş dəqiqədə iki yeni diaqnoz: İranda xərçəng xəstəliyi ilə bağlı qorxunc statistika Dünya
  • Laboratoriyada yetişdirilən neyronlar: Bioloji kompüterlər gəlir Dünya
  • Mətanət İsgəndərli plastik əməliyyat etdirdi Mədəniyyət
  • “Nyukasl”la oyunun biletləri bu gün satışa çıxarılır İdman
  • Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü Hadisə
  • Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verib – FOTO Cəmiyyət
  • Türkiyə sərhədçiləri yüksək hazırlıq vəziyyətinə gətirilib Dünya
  • Stiv Uitkoff və Cared Kuşner Moskvadadır Siyasət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by