Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Mingəçevir Dövlət Universitetində “Novruz Ənənəsi: Baharın Yaşıl Nəfəsi” adlı ədəbi-bədii tədbir keçirilib Cəmiyyət
  • Neftimizin qiyməti 94 dolları keçdi İqtisadiyyat
  • Bakıda bu qurum gücləndirilmiş iş rejiminə keçdi Ölkə
  • Deputatdan təklif: Belçika ilə parlamentlərarası qrupunun fəaliyyəti dayandırılsın Siyasət
  • Avtomobil inəkləri vurub, aşdı – Xəsarət alanlar var Hadisə
  • DİM-dən 300 bal toplasa da, adı siyahıda olmayan abituriyentlə bağlı AÇIQLAMA Təhsil
  • MDU-nun Rektordan yeni təyinatlar – SİYAHI Təhsil
  • Bu mənəzərəli kənd satışa çıxarıldı: tələb olunan qiymət nə qədərdir? Dünya

Bahalı şokaladın ucuz tərkibi: Sonra deyirik ki, xəstəliklər niyə bu qədər artıb?! – FOTO

Posted on 9 Fevral 202610 Fevral 2026 By admin

“Bir məhsulun dadlı və bahalı olması məhsulun keyfiyyətli və sağlam olduğu anlamına gəlmir”.

Bunu “E-saglam.az” sağlamlıq və tibbi xəbərlər portalında təsisçi və Baş redaktor Könül Oruc qeyd edib. O, qiyməti baha, lakin ucuz tərkibli şokoladdan söz açıb:

“Son bir neçə ildir, məhsulların tərkibini oxumadan almıram. Bacardığım qədər yaxşı tərkibli məhsulları seçməyə çalışıram. Amma bazarda tərkibi yaxşı olan məhsul təəssüf ki, çox azdır.
Bir məhsulun dadlı və bahalı olması məhsulun keyfiyyətli və sağlam olduğu anlamına gəlmir.

Bazarda qiyməti və dadı ilə məşhur olan bu şokoladın tərkibində palma yağı var. Normalda yüksək qiymət məhsulun yağından tutmuş digər inqrediyentlərinə qədər daha keyfiyyətli seçimlərdən istifadə edildiyini göstərməlidir. Təəssüf ki, bu və ona bənzər bir çox başqa məhsullarda belə deyil. Hazırda satışda olan bir çox şokolad və qida məhsullarının əksəriyyəti palma yağı ilə hazırlanır.

Bu şokaladın 300 qramı 37 manatdır, 1 kiloqramı təxminən 123 manat edir. Bazar üçün olduqca yüksək qiymətdir. Amma tərkibi onu demir”.

Jurnalist bahalı qidaların belə tərkibinə vurulan ucuz palma yağının zərərlərini sadalayıb:

“Palma yağının zərərləri onun hansı hissədən əldə olunmasından asılıdır. Meyvədən alınan palma yağı nisbətən təhlükəsiz sayılır, amma ucuz başa gəldiyinə görə bir çox şirkət çəyirdəkdən alınan palma yağından istifadə edir. Çəyirdəkdən əldə olunan palma yağı yüksək doymuş yağ tərkibli olduğu üçün ürək-damar xəstəlikləri riskini artırır, pis xolesterolu yüksəldir və damarların sərtləşməsinə səbəb ola bilər. Üstəlik, yüksək temperaturda emal prosesi kanserogen maddələrin yaranma ehtimalını artırır.

Sonra deyirik ki, bu xəstəliklər niyə bu qədər artıb?!

Bahalı məhsulların tərkibinə ucuz inqrediyentlər əlavə etmək nə dərəcədə doğrudur?”, – deyə o sual edib.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Pensiya artımları kimlərə şamil olunacaq?
Next Post: Azərbaycanda daşınmaz əmlakla bağlı prosedur qaydaları dəyişib

Related Posts

  • Vüsalə Səttarova vəfat etdi – FOTO Cəmiyyət
  • Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb Cəmiyyət
  • “İndiki gənclər uşaq dünyaya gətirmək istəmir” Cəmiyyət
  • Məhkəmə sədrinə AĞIR İTKİ Cəmiyyət
  • Azərbaycanda yağıntı sabah axşamadək davam edəcək Cəmiyyət
  • Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ Cəmiyyət

  • Qavi “Barselona”ya qayıtmağa hazırlaşır İdman
  • Benzinlə ehtiyasız davrandı, vəziyyəti ağırdır Hadisə
  • Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb Cəmiyyət
  • Türkiyə səhəri güclü zəlzələ ilə açdı Dünya
  • Pensiya artımları kimlərə şamil olunacaq? Cəmiyyət
  • Konfrans Liqası: “Dinamo” və “Qarabağ” matçı başladı – CANLI – YENİLƏNİR İdman
  • Kreml Bakının Avrasiya İnkişaf Bankının səhmdar olmasını istəyir – Qaluzin Siyasət
  • Qonşu ölkədə apteklərin sayı Avropadakından üç dəfə çoxdur Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by