Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? Ölkə
  • Dünya çempionu olan boksçu tituldan məhrum edildi İdman
  • Uşağın doğulduğu ay onun inkişafına təsir edir? – Araşdırma Maraqlı
  • Gürcüstanda 20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq Dünya
  • Sakit okeanda zəlzələ baş verdi Dünya
  • Bilgəhdə dənizdə bir nəfər batdı Hadisə
  • 6 avtomobil və iki marketi talayan şəxs saxlanıldı Kriminal
  • Mingəçevir Su Anbarında iki fəhlə quyuya düşdü Hadisə

Mingəçevirdə “Azərenerji” ASC və Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 20 Oktyabr – Energetiklər Gününə həsr olunan tədbir keçirilib.

Posted on 20 Oktyabr 202620 Oktyabr 2026 By admin Şərh yoxdur Mingəçevirdə “Azərenerji” ASC və Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 20 Oktyabr – Energetiklər Gününə həsr olunan tədbir keçirilib.

Əvvəlcə ölkəmizdə elektroenergetika sahəsinin tarixini və bu gününü əks etdirən fotolardan ibarət sərgiyə baxış olub. Tədbirdə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin ölkəmizdə elektroenergetika sahəsinin inkişafına göstərdiyi diqqətdən bəhs edən “Müstəqil energetikanın banisi” adlı video-çarx nümayiş etdirilib. Tədbirdə həmçinin, “Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevin 20 Oktyabr – Energetiklər Günü münasibətilə əməkdaşlara ünvanladığı təbrik müraciəti səsləndirilib.

 

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək Mingəçevirin inkişafında energetika sahəsinin və energetiklərin əməyinin mühüm rolunu qeyd edib. Vurğulanıb ki, tədbirin məhz Mingəçevirdə keçirilməsi rəmzi məna daşıyır. Azərbaycanın energetiklər şəhəri kimi tanınan Mingəçevir uzun illərdir ölkənin elektroenergetika sisteminin əsas mərkəzlərindən biridir. Burada formalaşmış zəngin energetika ənənələri, böyük enerji obyektləri və energetiklərin əməyi ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. “8 Noyabr” Elektrik Stansiyasının direktoru Üzeyir Yusifov Azərbaycan energetikasının keçdiyi inkişaf yolu, son illərdə “Azərenerji” ASC tərəfindən həyata keçirilən genişmiqyaslı layihələr və enerji sisteminin gələcək inkişaf istiqamətləri barədə məlumat verib. Bildirib ki, son illərdə ölkənin elektroenergetika sistemində böyük həcmdə yenidənqurma və modernləşmə işləri həyata keçirilib. Yeni generasiya gücləri yaradılıb, elektrik stansiyaları və yarımstansiyalar tikilib və yenidən qurulub, yüksək gərginlikli ötürücü şəbəkələr müasirləşdirilib, enerjisistemin idarə olunmasında rəqəmsal texnologiyaların tətbiqi genişləndirilib. Azərbaycanın energetika tarixində xüsusi yeri olan “Azərbaycan” İstilik Elektrik Stansiyasının 45 illiyinin tamam olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, stansiya ötən 45 il ərzində ölkənin enerji təminatında mühüm rol oynayıb və burada böyük energetika məktəbi formalaşıb. Eyni zamanda, Mingəçevirdə yaradılmış müasir “8 Noyabr” Elektrik Stansiyasının ölkənin generasiya imkanlarının artırılması, enerjisistemin etibarlılığının və dayanıqlılığının gücləndirilməsi baxımından əhəmiyyətindən söz açılıb. Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxışında energetika sahəsinin inkişafında insan kapitalının roluna diqqət çəkərək, peşəkar kadrların hazırlanması, gənc mütəxəssislərin inkişafı, elm, təhsil və istehsal arasında əməkdaşlığın genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. “8 Noyabr” Elektrik Stansiyasının əməkdaşı, Vətən müharibəsi qazisi Toğrul Eminov enerji sahəsində çalışan əməkdaşlara göstərilən diqqət və qayğıdan bəhs edib. Tədbirin davamında 20 Oktyabr – Energetiklər Günü çərçivəsində “AzərEnerji” ASC tərəfindən “Azərbaycan enerjisisteminin arxitekturası” kitabının təqdimatı keçirilib. Sonda energetika sahəsində uzunmüddətli və səmərəli fəaliyyəti, peşəkarlığı, şəhərin inkişafında xidməti və ictimai həyatda fəal iştirakı ilə fərqlənən əməkdaşlar fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar. Gənc nəslin energetika sahəsinə marağının artırılması məqsədilə tələbələr də mükafatlandırılıblar.


Esmira Hidayətova,Mingəçevir

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Mingəçevirdə “Azərenerji” ASC və Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 20 Oktyabr – Energetiklər Gününə həsr olunan tədbir keçirilib.
Next Post: Laçının Şamkənd kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olub.

Related Posts

  • İstirahətə gedənlərin nəzərinə: Yol polisi xəbərdarlıq etdi Cəmiyyət
  • Avtobus sürücüsünün görüntüləri müzakirə yaratdı – VİDEO Cəmiyyət
  • Su təsərrüfatının inkişafına verdiyi töhfəyə görə Fəxri Fərmanla təltif olundu Cəmiyyət
  • Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı Cəmiyyət
  • Ötən gün itkin düşən 9 nəfər tapılıb Cəmiyyət
  • Mingəçevir Dövlət Universitetində nümunəvi addım – Rektor Anar Eminov əməkdaşlara bayram münasibətilə mükafat verdi Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Hasil Abbasov şöbə müdirini işdən çıxardı Ölkə
  • Ağadadaş Ağayev qızının xəstəliyindən danışdı Mədəniyyət
  • Zamirə Ədilova vəzifəsindən azad olundu Ölkə
  • Qırmızı işıqda yolayrıcına daxil olan skuter avtomobillə toqquşdu – VİDEO Hadisə
  • Myanmada minlərlə məhbus əfv edilib Dünya
  • İlk dəfə qızının üzünü göstərdi – FOTO Dünya
  • Məşhur türkiyəli aktrisa həbs edildi Dünya
  • İtkin düşən 5 nəfər ötən gün tapılıb Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by