Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Sözün və Elmın Vəhdəti: Gənc şair Nərmin Əliyevanın vətənpərvərlik missiyası Cəmiyyət
  • Azərbaycanda inflyasiya artıb, azalıb? – Rəsmi rəqəmlər İqtisadiyyat
  • Təbiət qoynunda istirahət edənlərin diqqətinə – Nazirlik XƏBƏRDAQLIQ yaydı Cəmiyyət
  • Günəşlidə evlərin ətrafında ilanlar peyda olub – VİDEO Cəmiyyət
  • Bu günün valyuta məzənnələri İqtisadiyyat
  • Mingəçevirdə növbəti səyyar qəbul keçirildi: sakinlərin müraciət və təklifləri dinlənildi Siyasət
  • Günəşdə güclü partlayış gözlənilir – Maqnit qasırğası olacaq Dünya
  • İranda son bir ildə 15 min insan yol qəzalarının qurbanı olub Dünya

Oğlumla bir gün əvvəl danışdıq, dedi ki.. Nəsimi Musayevin atası

Posted on 14 Oktyabr 2026 By admin Şərh yoxdur Oğlumla bir gün əvvəl danışdıq, dedi ki.. Nəsimi Musayevin atası

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmətdə olan əsgəri Nəsimi Musayev Ermənistanda saxlanılmazdan bir gün əvvəl ailəsi ilə danışıbmış.

Bu barədə Modern.az-a hərbçinin atası Rasim Musayev və bacısı Şəlalə Alıyeva məlumat veriblər.

Onlar Nəsiminin sonuncu telefon danışıqlarında hər hansı narahatlıq ifadə etmədiyini bildiriblər.

Nəsimi Musayevin bacısı Şəlalə Alıyeva deyib ki, qardaşı ilə həmin vaxta qədər telefon danışıqları normal keçib. Onun sözlərinə görə, Nəsimi hər zəngində heç bir problemin olmadığını, hər şeyin yaxşı olduğunu vurğulayıb.

Hərbçinin atası Rasim Musayev isə oğlu ilə sonuncu dəfə sentyabrın 25-də, xidmət yerində olmamasının müəyyən edilməsindən bir gün əvvəl danışdığını bildirib:

“Hər dəfə necə danışırdısa, elə də danışdı. Dedi ki, hər şey yaxşıdır burada. Heç bir narahatlığının olmadığını bildirdi. Soruşduqda hər şeyin normal olduğunu deyirdi”.

Oğlunun taleyindən narahat olan ata məsələnin həllini gözlədiklərini və dövlətə güvəndiklərini də vurğulayıb:

“Biz müraciətlərimizi etmişik, nəticələri gözləyirik. Mənim Prezidentimizə, dövlətimizə güvənim tamdır. İndiyə qədər heç bir vətəndaş, əsgər darda qoyulmayıb. Ona görə də mən inanıram ki, məsələ qısa vaxtda həllini tapacaq”.

Xatırladaq ki, Nəsimi Musayevin sentyabrın 26-da Laçın rayonu istiqamətində xidmət yerində olmaması müəyyən edildikdən sonra onun axtarışına başlanılıb. Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.

Oktyabrın 1-də Nəsimi Musayev Ermənistanın Zəngəzur vilayətinin Şəki kəndində saxlanılıb. Ermənistan məhkəməsi istintaq altında olan əsgər barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Mingəçevirli 700 bal toplayan Burlaxatun Məcidliyə Prezident təqaüdü verildi
Next Post: “Kim deyib ki, bir qızın namusunu qorumağın yeganə yolu onun başını örtməkdir?” – Məşhur aparıcıdan şok açıqlama

Related Posts

  • Dostluq parkında yaşıllıqlara qulluq işləri aparılıb Cəmiyyət
  • “İndiki gənclər uşaq dünyaya gətirmək istəmir” Cəmiyyət
  • Ayaz Müseyibova yeni vəzifə verildi Cəmiyyət
  • Bu il uşaqlara ən çox qoyulan adlar – SİYAHI Cəmiyyət
  • Niyə uşağı “2” qiymətinə görə danlamaq olmaz? Cəmiyyət
  • İqlim fəaliyyəti sahəsində tərəfdaşlığın gücləndirilməsi müzakirə edildi Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Çinarə Fətəliyeva direktor təyin edildi İqtisadiyyat
  • Niko Uilyams “Mançester Yunayted”ə keçə bilər İdman
  • Amerikanın “ikiqat zərbəsi” Tehranı sındıra bilməyəcək – Bloomberg  Siyasət
  • Délais de vérification d’identité sur les casinos en ligne : ce qu’il faut savoir Blog
  • Qurbanov “Neftçi” ilə bir həftədə iki dəfə qarşılaşmaq qərarından danışdı – Video İdman
  • Hikmət Hacıyev: Qafqaz Albaniyasının zəngin irsi Qarabağda öz izlərini qoruyub saxlayır Ölkə
  • ABŞ İranın Ali Rəhbərindən “yaşıl işıq” gözləyir – Axios Siyasət
  • Baş nazir qazla bağlı yeni qərar imzaladı Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by