Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Martın 2-si lə bağlı əhaliyə XƏBƏRDARLIQ Cəmiyyət
  • İsveçrə Aİ-nin sanksiyalarına dəstək verdi Dünya
  • “Avropada ölüm doğumu üstələyir” – İlon Maskdan xəbərdarlıq Dünya
  • İntensiv yağış, şimşək, dolu – XƏBƏRDARLIQ Ölkə
  • Los mejores giros gratis en casinos online de España Blog
  • Süni intellekt yüzdən çox yeni ekzoplanet kəşf edib Maraqlı
  • Təbiət qoynunda istirahət edənlərin diqqətinə – Nazirlik XƏBƏRDAQLIQ yaydı Cəmiyyət
  • Ana oğlunu evdən çıxarmaq üçün məhkəməyə verdi Dünya

“Kim deyib ki, bir qızın namusunu qorumağın yeganə yolu onun başını örtməkdir?” – Məşhur aparıcıdan şok açıqlama

Posted on 14 Oktyabr 2026 By admin Şərh yoxdur “Kim deyib ki, bir qızın namusunu qorumağın yeganə yolu onun başını örtməkdir?” – Məşhur aparıcıdan şok açıqlama

“Nazirlər Kabinetinin məktəbli forması ilə bağlı qərarından sonra məktəblərdə vahid formaya nəzarətin gücləndirilməsi cəmiyyətdə müzakirələrə səbəb olub. Bu məsələdə hər kəsin öz fikrini bildirmək hüququ var. İstənilən narazılıq hüquqi çərçivədə, sivil şəkildə ifadə olunmalıdır. Dini hisslər də, dövlətin qaydaları da qarşılıqlı hörmət və qanun çərçivəsində müzakirə edilməlidir. Amma, mənim üçün bu məsələnin daha dərin tərəfi var: Biz nə üçün qız uşaqlarının mənəvi dəyərini ilk növbədə başındakı örtüklə ölçməyə başlamışıq?”.

Bunu Əməkdar artist Nailə İslamzadə sosial şəbəkə hesabında etdiyi paylaşımda qeyd edib.

Paylaşımda qeyd olunub ki, insanın əxlaqı parça ilə ölçülmür:

“Abır-həya insanın davranışında, vicdanında, başqasına münasibətində, sözündə və əməlində görünür. Bəs kim bizə deyib ki, başıaçıq, normal və səliqəli geyinən qız abırlı ola bilməz? Kim deyib ki, bir qızın namusunu qorumağın yeganə yolu onun başını örtməkdir? Namus başda daşınan örtük deyil, insanın daxilində daşıdığı məsuliyyətdir. Kiçik yaşlı qızın hicab taxması məsələsində də özümüzə sual verməliyik: bu, uşağın yaşına uyğun, sərbəst şəkildə formalaşmış şəxsi seçimidir, yoxsa ailənin, mühitin və dini təzyiqin nəticəsi? Uşağın hüquqları və psixoloji inkişafı böyüklərin ideoloji mübahisələrindən üstün tutulmalıdır. Valideynin dini inancına hörmət vacibdir, lakin uşağın təhsil hüququ, təhlükəsizliyi və gələcəkdə müstəqil seçim etmək imkanı da eyni dərəcədə vacibdir.

İğtişaşlardan, şüşə və qapıların sındırılmasından, şüarlar vasitəsilə qarşıdurmanın qızışdırılmasından siyasi və ya başqa məqsədlərlə istifadə etməyə çalışanların niyyətləri də faktlarla araşdırılmalı, məsuliyyət məsələsi sübutlara əsasən həll edilməlidir. Mənim üçün əsas məsələ nə hicabın özü, nə də başıaçıq gəzməkdir. Əsas məsələ qız uşağının gələcəyidir. Onun qarşısında seçim imkanlarının genişlənməsi, savadlanması, şəxsiyyət kimi formalaşmasıdır. Məktəbə buraxılmayan başıörtüklü kiçik qızların acıqlı valideynlərin yanında çarəsiz  görmək ürək ağrıdır. Biz uşaqlarımızı elə yetişdirməliyik ki, onlar nə dini, nə də dini inkarı kor-koranə qəbul etsinlər. Öyrənsinlər, düşünsünlər, sual versinlər və qərarlarını anlayaraq versinlər.

Çünki, qız uşağının başını örtmək asan, beynini biliklə, qəlbini mərhəmətlə, düşüncəsini azadlıqla doldurmaq isə çətindir. Əsl valideynlik də məhz bu çətin məsuliyyəti daşımaqdır. Qızlarımızın gələcəyini parçanın uzunluğu ilə deyil, düşüncələrinin dərinliyi ilə ölçək. Çünki, başı örtmək insanın zahirini dəyişə bilər, amma cəmiyyəti dəyişən yalnız maarif, elm və azad düşüncədir”.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Oğlumla bir gün əvvəl danışdıq, dedi ki.. Nəsimi Musayevin atası
Next Post: Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəldi

Related Posts

  • Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər Cəmiyyət
  • Yanaşı iki mağaza – Necə olur ki biri yaxşı qazanır, digəri yox? Cəmiyyət
  • “Beniz” ləqəbli tiktokerə hökm oxundu Cəmiyyət
  • Mingəçevirdə Üzeyir Hacıbəyli adına musiqi məktəbinə yeni direktor təyin olunub Cəmiyyət
  • Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından 70 il ötür Cəmiyyət
  • 90 yaşlı insanlar ən çox nəyə görə peşman olurlar? – Psixoloq cavabları açıqladı Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • 44 yaşlı müəllimə faciəli şəkildə öldü – FOTO Hadisə
  • MDU və “Mingəçevir Tekstil” birgə elmi-tədqiqat və innovasiya layihələri həyata keçirəcək Təhsil
  • 60 mindən çox köçkünün müavinəti kəsilib Ölkə
  • Altı marşrutun hərəkət istiqaməti dəyişir Ölkə
  • Azərbaycandakı Türkiyə bankının riskli aktivləri kəskin artdı İqtisadiyyat
  • Azərbaycanda bu sahəyə 12 milyon manat ayrıldı Ölkə
  • Səfəvilərin İranda tikdirdiyi “Gülüstan” sarayı vuruldu Siyasət
  • Fransada tarixin ən isti və quraq yayı: 100 min hektardan çox ərazi yandı Dünya

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by